09 İyul 2024 12:24
453
DÜNYA
A- A+
Ermənipərəst ABŞ senatoru səlahiyyətlərini satmaqda ittiham edilib

Ermənipərəst ABŞ senatoru səlahiyyətlərini satmaqda ittiham edilib

 

Hazırda məhkəməsi başa çatmaqda olan ermənipərəst ABŞ senatoru Bob Menendez Nyu-Cersidəki iş adamlarına köməklik göstərmək və Misirin xarici agenti kimi xidmət etmək üçün qızıl, nağd pul və “Mercedes Benz” markalı avtomobili rüşvət qismində alaraq səlahiyyətlərini satmaqda ittiham olunur. AZƏRTAC ABC telekanalının məlumatına istinadla xəbər verir ki, ABŞ prokurorunun köməkçisi iyulun 8-də keçirilən məhkəmə prosesində müvafiq ittihamla çıxış edib.

ABŞ prokurorunun köməkçisi Pol Monteleoni yekun ittiham çıxışında deyib: “Nyu-Cersi ştatından olan yüksək səviyyəli ABŞ senatoru, Senatın Xarici əlaqələr komitəsinin yüksəkvəzifəli üzvü və o vaxt sədri olmuş Robert Menendez öz səlahiyyətlərini satışa çıxarıb”.

Monteleoni bildirib ki, Menendezin əməlləri açıq-aşkar korrupsiya nümunəsidir. O əlavə edib: “Vaşinqtonun ən güclü siyasi fiqurlarından biri olması ona kifayət etmədi. Robert Menendez bütün bu siyasi gücdən özü və həyat yoldaşı üçün sərvət yığmaq üçün istifadə etmək istədi”.

Məhkəmə zamanı münsiflərə 2022-ci ilin iyununda Menendezin Nyu-Cersidəki evindən federal agentlər tərəfindən aşkar edilərək götürülən qızıl külçələr göstərilib. Bundan əlavə, Federal Təhqiqat Bürosunun (FBI) agentləri 480.000 dollardan çox nağd pul aşkar ediblər, bu məbləğin çoxu zərflərə doldurulmuş və paltarlarda, şkaflarda gizlədilmiş halda tapılıb, həmçinin onun həyat yoldaşı Nadine Arslanyan-Menendezin seyfindən 70.000 dollardan çox nağd pul götürülüb.

Yetmiş yaşlı Menendez rüşvətxorluq, dələduzluq, qeydiyyatdan keçməmiş xarici agent kimi fəaliyyət göstərmək və ədalət mühakiməsinə mane olmaq kimi 16 cinayət ittihamı üzrə özünü təqsirli bilməyib. Senatorun həyat yoldaşı Nadine Arslanyan-Menendez süd vəzisi xərçəngi diaqnozu səbəbindən məhkəmədə iştirak etməyib və o, avqust ayında ayrıca mühakimə olunacaq.

Rüşvətxorluq ittihamlarının siyahısı onun rəsmi vəzifələrini yerinə yetirərkən Misir və Qətər hökumətlərinə xidmət etməsi, habelə Nyu-Cersi ştatından olan biznesmenlərdən ibarət üçlüyə - Fred Daibes, Vael Hana və Xose Uribeyə qeyri-qanuni mənfəət əldə etmək üçün köməklik göstərməsi kimi törədilməsi iddia edilən əməllərlə bağlıdır. Senatorun yüz minlərlə dollar məbləğində nağd pul, qızıl, ipoteka ödənişləri və lüks bir avtomobil alması faktları sübuta yetirilib. Onun erməniəsilli həyat yoldaşı isə təqsirsiz olduğunu iddia edib.

Bu, Menendezin Senatın üzvü olduğu təxminən 20 il ərzində onun korrupsiya ittihamı ilə üzləşdiyi ikinci federal cinayət məhkəməsi prosesidir. Əvvəlki məhkəmə istintaqı münsiflər heyətinin hökm çıxara bilməməsi səbəbindən yanlış araşdırma ilə nəticələnib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Meksikada narkokartelin 19 üzvü öldürüldü

14:40
23 Oktyabr

ABŞ və Yaponiya genişmiqyaslı təlimlərə başladı

14:39
23 Oktyabr

Qurban Qurbanov: "Ayaks"la matçda çəkinmədən mübarizə aparacağıq

14:36
23 Oktyabr

Pərviz Şahbazov çinli və iranlı həmkarları ilə enerji əməkdaşlığını müzakirə edib

14:35
23 Oktyabr

BRICS-in tərəfdaşları siyahısına 13 dövlət daxil olub

14:34
23 Oktyabr

Türkiyə Prezidenti BRICS sammitində iştirak etmək üçün Kazana yola düşüb

14:32
23 Oktyabr

Azərbaycan dəmir yollarında üztanıma ilə ödənişlərə başlanılacaq

14:31
23 Oktyabr

Azərbaycan ilə Qırğızıstanın Müdafiə nazirlikləri arasında 2025-ci il üçün hərbi əməkdaşlıq planı imzalanıb

14:22
23 Oktyabr

Almaniya səfiri Rusiya XİN-ə çağırıldı

14:21
23 Oktyabr

Kvaratsxeliya mövsümə 6 milyon avro qazanacaq

14:13
23 Oktyabr

Ukraynanın baş prokuroru istefa verdi

14:06
23 Oktyabr

Xavi "Mançester Yunayted"də?

13:57
23 Oktyabr

Böyük Britaniya və Almaniya arasında saziş imzalanacaq

13:47
23 Oktyabr

Oktyabrın 24-də ölkə ərazisində hava əsasən yağmursuz olacaq

13:42
23 Oktyabr

Emin Mahmudov: "Açıq deyim ki, fiziki baxımdan çox zəifik”  

13:31
23 Oktyabr

BMT-nin baş katibi BRİCS sammitinə getdi 

13:22
23 Oktyabr

Paşinyan BRİKS sammitində iştirak edəcək

13:16
23 Oktyabr

Baydendən hərbi xərclərlə bağlı açıqlama

13:04
23 Oktyabr

Braziliyada qırıcı qəzaya uğradı

13:02
23 Oktyabr

Azərbaycan Prezidenti İlham Əliyevin Kazanda Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi ilə görüşü olub YENİLƏNƏCƏK

13:01
23 Oktyabr

DİN “ASAN xidmət” mərkəzlərində göstərdiyi xidmətlər üzrə vəzifələrə müsabiqə elan edir  

12:57
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!