31 Mart 2024 09:00
751
SİYASƏT
A- A+
Ermənilərin törətdikləri Quba soyqırımı

Ermənilərin törətdikləri Quba soyqırımı

 

Tarixi faktlar gec-tez üzə çıxır. Heç bir həqiqət gizli qalmır. Qubada kütləvi məzarlıq da 2007-ci il aprelin 1-də təsadüf nəticəsində tapıldı. Məzarlıq Quba şəhərinin şimalında, Qudyalçayın sağ sahilində idman kompleksinin təmiri zamanı qazma işləri aparılarkən aşkar edildi. 
Kütləvi məzarlığın ümumi sahəsi 514 kvadratmetrdir. Məlum idi ki, həmin ərazidə heç zaman qəbiristanlıq olmayıb. Digər tərəfdən insan sümüklərinin töküldüyü bu yerə məzarlıq demək mümkünsüzdür. Çünki yüzlərlə insan sümükləri bir-birinin üstündə idi.
Təmir işləri dayandırıldı. Bölgəyə mütəxəssislər gəldi. Sümüklərlə dolu iki quyu aşkarlandı. Böyük quyunun diametrinin 5, kiçik quyunun diametrinin isə 2,5 metr olduğu məlum oldu. Tədqiqat işləri nəticəsində həmin quyularda müxtəlif yaş qruplarına aid 500-dək insan cəsədinin qalıqları aşkarlandı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aid idi. Qətlə yetirilənlərin meyitləri gələcəkdə daşqınlar zamanı izin itirilməsi məqsədilə yamacda qazılmış quyulara doldurulmuşdu. Meyitlər birinci quyuya yerləşmədiyindən ikinci quyu qazılmışdı.
Araşdırmaçılar tədqiqat işləri apararkən dəhşətə gəldilər. Çünki görünməmiş vəhşiliklərlə qarşılaşmışdılar. Ərazidə insan kəlləsinin və bədəninin sümüklərinin ayrı-ayrı basdırılması insanların başlarının xüsusi qəddarlıqla kəsildiyini göstərirdi. Qubada aşkarlanan kəllə və digər insan sümüklərində güllə yeri yox idi, küt alətlərin izləri vardı. Onların baş nahiyəsindən balta ilə vurub, sonra xəncərlə başı bədəndən ayırmışlar. Bəzi kəllə sümüklərində isə mismarlar aşkarlanmışdı. Araşdırıcılar çoxlu insan kəlləsi, uşaq sümükləri arasından yalnız 35 skeleti bütöv halda aşkarlamışlar. 
Araşdırmalar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımi ilə bağlı olduğu sübut olundu. 2009-cu il dekabrın 30-da isə Prezident İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında sərəncam imzaladı. 2013-cü il sentyabrın 18-də Quba Soyqırımı Memorial Kompleksinin açılışı oldu.
Mütəxəssislər tarixi faktlara əsaslanaraq, bu məzarlığın ermənilər tərəfindən 1918-ci ildə Qubada törədilən qətliamların hələ aşkara çıxan bir hissəsi olduğunu qeyd edirlər. Çünki həmin il əksər bölgələrdə azərbaycanlıların başına dəhşətli faciələr gətirilmişdi. Erməni daşnakları və bolşeviklər qırğınlara Bakıdan başlamışlar. 1918-ci il martın 31-də Bakıda soyqırımı törətmişlər. Həmin günün səhəri bu qədim şəhərin müsəlman-türk məhəllələri, evləri dəhşətli hadisələrin şahidi oldu. Azğınlaşmış bolşevik-daşnak dəstələrinin verdiyi işgəncələrdən uşaqların, gənclərin, qocaların nalələri ərşə bülənd oldu.
Bolşevik-daşnak birləşmələri 1918-ci ildə yalnız Bakıda və Bakı ətrafında deyil, Şamaxı, Quba, Xaçmaz, Muğan, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər yerlərdə də dəhşətli qırğınlar törətdilər, on minlərlə azərbaycanlını qətlə yetirdilər. 
Tarixçilərin yazdıqlarına görə, 1918-ci il mart qırğınlarından sonra Bakı Xalq Komissarları Soveti tərəfindən Quba qəzasının bolşeviklərin hakimiyyətini könüllü qəbul etməsi barədə Quba ictimaiyyəti ilə danışıqlar aparmaq David Gelovaniyə həvalə edildi. Gelovaninin hərbi dəstəsi Qubaya yaxınlaşdığı haqda məlumat alan qubalılar nümayəndələrini bolşeviklərin dayandığı Xaçmaz stansiyasına yolladılar. Nümayəndələr xahiş etdilər ki, hərbi dəstənin Qubaya nə məqsədlə gəldiyini öyrənmək üçün Bakıya buraxılsınlar. Gelovani onlara Bakıya getməyi, məsələni bolşeviklərin rəhbərləri ilə araşdırmağı tövsiyə etsə də, iki gün sonra 187 əsgərdən ibarət silahlı dəstə ilə şəhərə girdi.
Şəhər bir neçə gün sonra mühasirəyə alındı. Gelovaninin dəstəsinə qarşı hücum başladı. Xaçmazdan 2 topla birlikdə Ağacanyanın rəhbərlik etdiyi, yalnız ermənilərdən ibarət 150 nəfərlik hərbi dəstə onun köməyinə yetişdi. Döyüşlər bir neçə gün davam etdi. Gelovani dəstəsi ilə Qubadan qovuldu. Ağacanyanın dəstəsi geri çəkilərkən Bulvar küçəsini yandırdı, Bazar küçəsində 16, Komendant küçəsində 7, şəhərin kənarında, köhnə həbsxananın yaxınlığında isə 35 nəfəri öldürdü. Bolşeviklər geri çəkilərkən Qəza idarəsi, Şəhər Duması və Barışıq məhkəməsinin binalarını yandırdılar. 
1918-ci il mayın 1-də Hamazaspın komandanlığı altında 3 minlik erməni ordusu 3 tərəfdən Quba şəhərinə daxil oldu. Toplardan, pulemyotlardan, tüfənglərdən şəhərə aramsız atəş yağdırıldı. Tarixi faktlara əsasən, birinci gün şəhərin aşağı hissəsində əksəriyyəti qadın və uşaqlar olan 715 müsəlman qətlə yetirildi. İkinci gün isə şəhərin 1-ci və 2-ci hissələrində 1012 nəfər öldürüldü.
Şəhərin başçısı Əliabbas bəy Əlibəyovun meyitlərin dəfni ilə bağlı dəfələrlə etdiyi müraciətini Hamazasp rədd etdi. Dördüncü gün erməni carçılar çağırdılar ki, müsəlman kişiləri qollarında ağ sarğı ilə gəlib meyitləri basdırsınlar. Bir çoxu inanıb bayıra çıxdılar, ancaq onlar da erməni güllələrinə tuş gəldilər. Sağ qalanlar gizlənməli oldular. Qəddar, təcavüzkar ermənilər Qubada doqquz gün ərzində vəhşiliklər törətməkdə davam etdilər. 
Quba qırğınları zamanı şəhərdə öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdıldı, 2750-dən çox ev yandırıldı. Həmin kəndlərin əhalisinə ümumi dəyəri 58.121.059 rubl ziyan vurulmuşdu. Tarixi məlumata görə, Quba şəhər sakini Hacı İsmayıl Orucov izahatında ölüləri dəfn edən mollanın 2800 nəfərin cənazəsinin torpağa tapşırıldığını saydığını yazırdı. 
Təcavüzkar ermənilər Azərbaycanın əksər bölgələrində 1918-ci ilin sentyabrında məğlubiyyətə uğradılar. Bütün ölkə ərazisində Azərbaycan Xalq Cümhuriyyəti bərqərar oldu. 

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:03
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!