18 Sentyabr 2022 00:41
663
SİYASƏT
A- A+
Ermənilərin faşist əməllərini dünya görməlidir

Ermənilərin faşist əməllərini dünya görməlidir

 

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. Hələ Vətən müharibəsi dövründə və ondan əvvəl düşmənin təxribatları nəticəsində mülki əhali və hərbçilər arasında həlak olanlar və yaralananlar vardı. Çoxsaylı yaşayış evlərinə, mülki obyektlərə ciddi ziyan vurulmuşdur.
  Ermənistanın terrorçu-faşist qruplaşması Gəncədə Xocalı soyqırımını təkrar etməklə, dinc əhalinin, uşaqların, qadınların, qocaların qanını tökməklə, qətliam aktı həyata keçirməklə öz alçaq mahiyyətini, vandal və barbar simasını bir daha göstərdi. Mülki əhalinin qəsdən hədəfə alınması beynəlxalq humanitar hüququn, o cümlədən də 1949-cu il Cenevrə Konvensiyalarının kobud surətdə pozulması deməkdir. Birmənalı söyləmək olar ki, 2020-ci ilin iyulunda - bütün dünyanın COVID-19 pandemiyasına qarşı mübarizə apardığı bir dövrdə törədilmiş Tovuz təxribatı Ermənistanın məhz mülki əhalini hədəf seçməsinin əyani təzahürü idi. Ermənistan nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan qərarlarına məhəl qoymur. Hələ də Ermənistan mülki insanları atəşə məruz qoymaqla yeni-yeni hərbi cinayətlər törətməkdə davam edir.

 

Ermənilər günahsız insanları hədəfə alıblar

 

Ermənistan  2020-ci ilin Tovuz hadisələrində, həmin ilin sentyabrından başlatdığı təxribatlarda olduğu kimi, yenə də Azərbaycanın mülki şəxslərini atəşə tutdu.  Ermənistanın mülki əhalini atəşə tutması onun terrorçu və antiinsani mahiyyətini göstərir. Düşmən Azərbaycan hərbi hissələrinin yerləşdiyi ərazilərə minaatanlardan  atəş açmaqla tək hərbçilərə  qarşı vuruşmur, bu əraziyə köçürülmüş mülki  əhalimizin, təsərrüfat işləri ilə məşğul olan insanlarımızın, eyni zamanda yenidənqurma işlərində çalışan mülki əhalimizin həyatına da son qoymağa çalışır. 
Ermənistanın hərbi hissələri Kəlbəcər, Laçın, Daşkəsən, Zəngilan istiqamətindən Azərbaycanın hərbi və mülki şəxslərini atəşə tutmaqda davam edir. Son gündə iki mülki şəxsimiz Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən açılan atəş nəticəsində yaralanıb. Bunlar Kəlbəcər rayonu ərazisində heyvandarlıqla məşğul olan - Goranboy rayonunun Veyisli kəndində yaşayan Kəlbəcər rayonu Bozlu kənd sakini, 1975-ci il təvəllüdlü Musayev Asim İsa oğlu və Goranboy rayonunun Qaraçinar kəndində yaşayan - Kəlbəcər rayonu Ağdaban kənd sakini, 1984-cü il təvəllüdlü Orucov Arzuman İman oğludur. A.Musayev Gəncə şəhəri A.Səhhət adına 1 nömrəli Xəstəxanada müalicə alır, onun vəziyyəti orta-ağır qiymətləndirilir. A.Orucova isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Ermənistanın bu kimi əməlləri Azərbaycanın işğaldan azad edilmiş sərhədyanı rayonlarda həyata keçirdiyi irimiqyaslı mülki infrastruktur layihələrinin icrasını ləngitmək və Azərbaycan sərhədləri yaxınlığında gərginlik mühitini saxlamaq məqsədini güdür.
Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarını işğalda saxladığı müddətdən bu günə qədər heç bir beynəlxalq hüquq normalarına əməl etmir, uzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir. Bunun üçün də hər cür məkrli təxribatlara əl atır və Azərbaycan Ordusu tərəfindən qətiyyətlə cəzalandırılır. Son təxribatlardan sonra  Ermənistanın xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan  iki S-300  raketi, 200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarca postu məhv edilib. Azərbaycan Ordusunun sarsıdıcı zərbələri nəticəsində həm canlı qüvvə, həm də texnika baxımından böyük itkilər verən düşmən geri çəkilməkdə, döyüş mövqelərini qoyub qaçmaqdadır.

 

Ermənistan beynəlxalq hüquqa məhəl qoymur

 

Beynəlxalq hüquq deyir ki, əhalinin zəif təbəqəsi olan uşaqlara, qadınlara, qocalara, mülki şəxslərə qarşı  güc tətbiq etmək qadağandır. Lakin ermənilər beynəlxalq hüququ saymırlar. Təəssüf ki, beynəlxalq təşkilatlar buna göz yumur, hərbi cinayətlər törədən işğalçı dövlətə təzyiq göstərmirlər.
Ermənistanın terrorçu mahiyyəti, onun yalnız Azərbaycan üçün deyil, bölgədəki hər bir dövlət üçün təhdid və təhlükə mənbəyi olması region dövlətləri tərəfindən də dərk edilməlidir. Onlar anlamalıdırlar ki, qonşu dövlətlərə qarşı davamlı şəkildə ərazi iddiaları irəli sürən, ərazisində terror təşkilatları yerləşdirən Ermənistan onlar üçün də böyük təhlükədir. Regionda fundamental insan hüquqlarının təmin olunması məqsədilə Ermənistanın təcavüzünə dərhal son qoyulmalı, beynəlxalq təşkilatlar və aparıcı dünya dövlətləri tərəfindən kəskin surətdə pislənilməli və tədbir görülməlidir.

Elşən YƏHYAYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İrana müraciət edib: “Masaya qayıdın və razılaşma əldə edin”

01:17
08 İyun

İran yenidən İsrailə hava zərbələri endirib

23:48
07 İyun

Ermənistanda keçirilən parlament seçkilərində seçicilərin 58,97 faizi iştirak edib

22:23
07 İyun

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb

20:58
07 İyun

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır

20:13
07 İyun

Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub  

19:43
07 İyun

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır

19:31
07 İyun

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub 

18:59
07 İyun

Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb  

18:47
07 İyun

Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər

18:42
07 İyun

ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq  

18:15
07 İyun

Tramp: ABŞ Tehranla razılığa gəlsə, zənginləşdirilmiş uranı məhv etmək üçün birlikdə çalışacaq  

18:14
07 İyun

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı müşahidə radar məntəqələrinə zərbələr endirib  

17:51
07 İyun

Azərbaycan ilə Dağıstan, Kareliya, Həştərxan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir

16:47
07 İyun

XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb  

15:11
07 İyun

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

14:06
07 İyun

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var  

13:32
07 İyun

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm

12:57
07 İyun

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

12:49
07 İyun

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

11:50
07 İyun

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək  

11:47
07 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!