12 Fevral 2025 08:50
308
SİYASƏT
A- A+
Erməni vandallığına son qoyulması üçün qətiyyətli addımlar atılmalıdır

Erməni vandallığına son qoyulması üçün qətiyyətli addımlar atılmalıdır


Bunun üçün beynəlxalq təşkilatlar təsir imkanlarından istifadə etməlidirlər


Yer üzündə yaşayan millətlər, xalqlar dünyada daha çox mədəniyyətləri, tarixi abidələri ilə tanınırlar. Çünki abidələr xalqların, millətlərin mənəvi kimliyini, tarixi keçmişini göstərən kitabələrdir. Erməni xalqını isə dünya yaratdığı, tikdiyi tarixi abidələri ilə deyil, daha çox qonşularının uçurub-dağıtdıqları mədəniyyət abidələri ilə tanıyır. 

Qarabağın, eləcə də ətraf rayonların 30 illik işğalı dövründə ermənilər bu ərazilərdəki yüzlərlə, minlərlə tarixi abidələri dağıdıblar. Dağıtmadıqlarından da tövlə kimi istifadə edərək donuz saxlayıblar. Bütün bunlar erməni xalqının vəhşiliyini, barbarlığını dünyaya göstərən danılmaz faktlardır. 30 il davam edən işğal zamanında ermənilər bölgələrdəki bütün tarixi abidələri ya tamam dağıdıb izlərini silmiş, ya da  ağır zədə yetirərək tanınmaz hala salmışdılar. 

Təkzibolunmaz faktlar sübut edir ki, erməni vəhşiliyi, erməni  vandalizmi sərhəd tanımır. Bu vandallar işğal dövründə evləri, yaşayış binalarını, tarixi abidələri və başqa tikililəri uçurmaqla kifayətlənməyərək qəbiristanlıqları da dağıdıblar. Qəbirlərin daş və sinə daşlarını sındırıb parça-parça ediblər. Mərmərdən olan başdaşlarını isə söküb aparıblar. Erməni vəhşiləri Zəngilan rayonunun Məmmədbəyli kəndindəki qəbiristanlıqda bütün qəbirləri çanaqlı traktorlarla qazıblar. Daşnaklar təkcə canlılara deyil, hətta ölülərə də dinclik verməyiblər. Bu qaniçən vandallar Ermənistandakı məscidlərimizi, tarixi abidələrimizi, qəbiristanlıqları da məhv etməyə çalışıblar. Əsas məqsədləri də qədim Azərbaycan torpaqlarından soydaşlarımızın izlərini itirmək olub. Ermənilər bu çirkin məqsədlərinə çatmaq üçün qədim məkanların adlarını da dəyişdiriblər. Bəzi tarixi abidələrimizi isə erməniləşdiriblər. 

Törədilən bu vandalizm və barbarlıq təkcə tarixi abidələrin, tarixi məkanların məhv edilməsi deyil, həm də bir xalqın minillər boyunca yaradılmış mədəni irsinin Yer üzündən silinməsinə hesablanmış çirkin siyasətdir. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar bu cür dağıntılara, barbarlığa laqeyd yanaşmış, susqunluq nümayiş etdirmişlər. Bu vəhşiliyin qarşısının alınması üçün heç bir tədbir görməmişlər. Heç ermənilərin xətrinə dəyib xəbərdarlıq da etməmişlər, bəyanat da verməmişlər. Buna görə də onlar tarixi abidələrimizə qarşı vəhşiliklər törətməkdə davam etmişlər. 

Bu günlərdə sosial şəbəkələrdə  ermənilərin vəhşiliyini təsdiq edən daha bir görüntü yayılıb. Görüntülərdə İrəvanın Təpəbaşı məhəlləsində yerləşən tarixi Azərbaycan məscidinin qalıqları əks olunub. Həmin görüntülərə baxdıqca ürək dağlanır, qəlb göynəyir. Ermənilər əcdadlarımızın əsrlər əvvəl tikdikləri və uzun müddət dini ayinlər icra etdikləri məscidi spirtli içkilərin istehlak edildiyi məkana çeviriblər. Dini abidəmizə qarşı olan bu açıq hörmətsizlik xalqımızı qəzəbləndirir. Göründüyü kimi, ermənilər növbəti dəfə mədəni irsimizi təhqir edir, inanc yerlərimizi şərab saxlanılan məkana çevirir. 

Bununla bağlı olaraq Qərbi Azərbaycan İcması UNESCO-nu İrəvandakı Təpəbaşı məscidi ilə bağlı təxirəsalınmaz addımlar atmağa, Ermənistana təzyiq göstərməyə çağırıb. İcmanın yaydığı bəyanatda bildirilir ki, sosial şəbəkələrdə bir bloqçunun İrəvanın Təpəbaşı məhəlləsində yerləşən tarixi Azərbaycan məscidinin qalıqlarını lentə aldığı görüntülər yayılıb: "Həmin görüntülərdən aydın olur ki, məscid hazırda spirtli içkilərin istehlak edildiyi məkana çevrilib. Bu, Azərbaycan xalqının dini və mədəni heysiyyətinə toxunan açıq təxribatdır. Ermənistan tərəfinin Azərbaycan mədəniyyət abidələrini qəsdən məhv etməsi və Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki mədəni izlərini silməsi beynəlxalq hüququn, o cümlədən 1954-cü il Haaqa Konvensiyası və UNESCO-nun müvafiq qərarlarının kobud şəkildə pozulmasıdır. Ermənistanın bu addımları bölgədə sülh və barışığın əldə olunmasına ciddi maneə törədir".

Bəyanatda daha sonra bildirilir: "Mədəni irs obyekti sayılan Təpəbaşı məscidinin dağıdılmasına, qalıqlarının isə bu cür təhqiramiz şəkildə istifadəsinə qətiyyətlə etiraz edərək, UNESCO-nu və digər beynəlxalq təşkilatları təxirəsalınmaz addımlar atmağa, o cümlədən məscidin və digər dağıdılmış Azərbaycan abidələrinin bərpası və qorunması üçün Ermənistana təzyiq etməyə çağırırıq. Biz Ermənistan hökumətindən Azərbaycan xalqına məxsus bütün dağıdılmış və ya saxtalaşdırılmış mədəniyyət abidələrinin bərpası və qorunması istiqamətində öhdəliklərini dərhal yerinə yetirməyi tələb edirik".

Beynəlxalq təşkilatlar Qərbi Azərbaycan İcmasının bu bəyanatına biganə qalmamalıdırlar. Ermənistanda Azərbaycan xalqının mədəni irsinin vandalizmə məruz qalmasının qarşısının alınması istiqamətində mühüm və qətiyyətli addımlar atmalıdırlar. Ermənilərin bu təhqiramiz hərəkətləri yalnız xalqımıza qarşı deyil, bütövlükdə türk dünyasına, islam aləminə qarşı yönəlmiş çirkin addımdır. Bu, bəşəriyyətə çox böyük hörmətsizlikdir. Məscidlər, tarixi abidələr, inanc yerləri onu yaradan, tikən xalqın mənəvi kimliyidir. Onun dünənidir, tarixi keçmişidir, gələcəyidir. Ona toxunmaq, zərər vermək, onu şərab istehlakı yerinə çevirmək insanlığa qarşı bağışlanmaz cinayətdir. Səlahiyyətli beynəlxalq təşkilatlar Ermənistan ərazisindəki tarixi abidələrimizi vandalizmdən qorumaq üçün qısa müddət ərzində müvafiq tədbirlər görməlidir. Əgər müvafiq addımlar atılmasa, erməni vandalizminin əhatə dairəsi getdikcə daha da genişlənə bilər. Bu isə bəşəriyyət üçün böyük təhlükədir.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çin Yaponiyanın təhlükəsizliyinə təhdid yaratdığını bəyan edib  

09:44
08 Dekabr

MN: Pirəkəşkül və Ağdərədə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək  

09:40
08 Dekabr

Kəlbəcər, Laçın, Qubadlı, Şahdağa qar yağır - FAKTİKİ HAVA

09:39
08 Dekabr

ABŞ gələn il Ukraynaya 400 milyon dollar hərbi yardım ayırmağı planlaşdırır

09:31
08 Dekabr

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək  

09:12
08 Dekabr

Baş katib: D-8-in beynəlxalq ictimaiyyət arasında tanınmasında Azərbaycanın rolu xüsusilə təqdirəlayiqdir  

22:41
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!