AZ-MLSPP-463551-GO-RFB
Satınalan təşkilat: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Layihə: Məşğulluğa Dəstək Layihəsi
Müqavilənin
adı:
Məşğulluğa Dəstək Layihəsi çərçivəsində “Özünəxidmət
avtoyuma”, “Avtodəmirçi xidmətləri və PDR (zədələrin boyasız təmiri)”,
“Avtorazval xidməti” və “Avtomobil disklərinin təmiri” zərfləri üzrə
avadanlıqların satınalınması
Ölkə: Azərbaycan
Kredit № / Qrant №: № AZ-9044
RFQ №: AZ-MLSPP-463551-GO-RFB
Hazırkı
bildiriş Məşğulluğa Dəstək Layihəsi çərçivəsində “Özünəxidmət avtoyuma”,
“Avtodəmirçi xidmətləri və PDR (zədələrin boyasız təmiri)”, “Avtorazval
xidməti” və “Avtomobil disklərinin təmiri” zərfləri üzrə avadanlıqların satınalınması ilə bağlı keçirilmiş açıq tender prosesini, qiymətləndirmə nəticələrini və müqavilənin
təltif edilməsi məlumatlarını əks etdirir.
Satınalan
təşkilat 25-26 fevral 2025-ci il tarixlərində “Azərbaycan” qəzetində, ”Azerweb”
və UN Development Business htpp://devbusiness.un.org portallarında Təkliflər
üçün Sorğu elanı vasitəsilə uyğun iddiaçıları möhürlənmiş tender təkliflərinə dəvət
etmişdir. Aşağıdakı iddiaçılar tender sənədlərini əldə etmişlər:
·
“Aday Group Insaat Taahhut Turizm
Hayvancilik ve Tarim Danişmanlığı Ticaret Limited Şirketi” (Türkiyə)
·
“Endless Goods” QSC (Azərbaycan)
·
“Rems” MMC (Azərbaycan)
·
“ZN Trade” MMC (Azərbaycan)
Təkliflərin təqdim olunması üçün müəyyən
edilmiş son tarix 23 aprel 2025-ci il idi. 4 iştirakçı şirkətin texniki
təklifləri 23 aprel 2025-ci il saat 15:00-da (yerli vaxtla) açılmışdır.
Kvalifikasiya qiymətləndirilməsinin nəticələrinə əsasən, “Rems” MMC
kvalifikasiya tələblərinə əsasən əhəmiyyətli dərəcədə uyğunsuz hesab edilmişdir
və texniki cəhətdən əhəmiyyətli dərəcədə uyğun olan iddiaçılara aşağıdakı
texniki ballar verilmişdir:
·
“Aday Group Insaat Taahhut Turizm
Hayvancilik ve Tarim Danişmanlığı Ticaret Limited Şirketi” (Türkiyə) – 40.00 bal
·
“Endless Goods” QSC (Azərbaycan) –
40.00 bal
·
“ZN Trade” MMC (Azərbaycan) – 30.00 bal
12 avqust
2025-ci il saat 12:00-da (yerli vaxtla) texniki cəhətdən əhəmiyyətli dərəcədə
uyğun olan iddiaçıların maliyyə təklifləri açılmışdır.
|
No.
|
İddiaçı
|
Elan olunmuş təklif dəyəri (ABŞ Dolları)
|
Qiymətləndirilmiş təklif dəyəri (ABŞ Dolları)
|
|
1
|
“Aday Group
Insaat Taahhut Turizm Hayvancilik ve Tarim Danişmanlığı Ticaret Limited
Şirketi” (Türkiyə)
|
2,898,500.00
|
2,898,500.00
|
|
2
|
“Endless Goods”
QSC (Azərbaycan)
|
2,425,572.00
|
2,425,572.00
|
|
3
|
ZN Trade” MMC
(Azərbaycan)
|
2,583,692.60
|
2,583,692.60
|
Tender Komissiyası yekun qiymət təkliflərini qiymətləndirmiş və hər aktiv paketi üzrə ən aşağı qiymət təklifi təqdim etmiş təchizatçı ilə müqavilənin imzalanmasını tövsiyə etmişdir. Uğursuz iddiaçilara tenderin nəticələri haqqında bildirişlər 05 sentyabr 2025-ci il tarixində göndərilmişdir. Gözləmə müddəti 08-19 sentyabr 2025-ci il tarixləri arasında tətbiq edilmişdir. Bu vaxt ərzində Layihə İcra Qrupuna heç bir şikayət/aydınlaşdırma sorğusu daxil olmamışdır. Gözləmə müddəti bitdikdən sonra qalib gələn iddiaçıya müqavilə imzalanması barədə bildiriş göndərilmişdir. Keçirilmiş müsabiqə nəticəsində 10 oktyabr 2025-ci ildə aşağıdakı müqavilə imzalanmışdır:
“Endless Goods” QSC - Cəmi dəyəri ƏDV daxil - 2,425,572.00 ABŞ dolları (iki milyon dörd yüz iyirmi beş min
beş yüz yetmiş iki ABŞ dolları).