22 İyun 2024 13:56
460
CƏMİYYƏT
A- A+
Əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələri növlərinin Siyahısı iki dəfədən çox genişləndirilib  

Əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələri növlərinin Siyahısı iki dəfədən çox genişləndirilib  

 

Nazirlər Kabinetinin yeni Qərarı ilə “Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin Siyahısı” iki dəfədən çox genişləndirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Siyahıya gəzinti üçün təkərli hərəkət vasitəsi (rollator), yıxılma detektorları, statik vertitikalizator, ayaq əyriliyi breketləri, daşına bilən panduslar, gözdən əlilliyi olanlar üçün ağ əsa, brayl əlifbası ilə yazılmış saat, brayl sistemi ilə yazı üçün cihaz, optik böyüdücülər, ekran-oxuyucuları (skrinriderlər), hamam otağı üçün stul və ya kətil, tualet kreslosu, hopdurucu bezlər və mələfələr,fərdi həyəcan-siqnalizasiya sistemləri, ünsiyyət lövhələri və s. reabilitasiya vasitələri də daxil edilib.

Beləliklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlıq çərçivəsində, eyni zamanda əlilliyi olan şəxslərin rəy və təklifləri əsasında Siyahı üzrə reabilitasiya vasitələrinin sayı 57-dən 130-a çatdırılıb. Onlardan 81-i əsas reabilitasiya vasitələri, 49-u isə əlavələrdir.

Siyahıda hərəkətlilik, özünəqulluq, görmə, eşitmə və ünsiyyət üçün reabilitasiya vasitələrinin qruplaşdırılması aparılıb.

Qeyd edək ki, ÜST ilə əməkdaşlıq çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş təkliflər əsasında son 4 ildə Siyahıdakı reabilitasiya vasitələrinin sayı 3,8 dəfə artırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BRICS onlarla dövləti əhatə edəcək - AÇIQLAMA

15:31
28 Sentyabr

Haiti Fransadan təzminat tələb edir

15:30
28 Sentyabr

Dağıstandakı partlayışda ölü sayı artır   

15:03
28 Sentyabr

Beynəlxalq konfransın iştirakçıları Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti barədə məlumatlandırılıb

15:01
28 Sentyabr

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə təlim keçirilib

14:25
28 Sentyabr

Özbəkistan Prezidenti: Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu regional inkişafa töhfə verəcək  

14:24
28 Sentyabr

Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin görüşü olub

14:22
28 Sentyabr

Prezident İlham Əliyev: Azərbaycan-Çin dövlətlərarası əlaqələrinin bugünkü səviyyəsi bizi sevindirir

14:21
28 Sentyabr

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

14:18
28 Sentyabr

Sabah ölkə ərazisində havanın yağmursuz keçəcəyi gözlənilir

13:32
28 Sentyabr

“Philips” yeni monitorunu nümayiş edib

12:35
28 Sentyabr

ABŞ-də qasırğa 40 nəfərin həyatına son qoyub

12:33
28 Sentyabr

Abşeron rayonunda keçirilən əməliyyat zamanı 22 kiloqram narkotik vasitə aşkarlanıb

12:31
28 Sentyabr

Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilir

12:30
28 Sentyabr

Belarus və Rusiya təhlükəsizlik təminatı haqqında saziş imzalamağı planlaşdırır

11:38
28 Sentyabr

“Xiaomi”nin ilk qatlanan smartfonu təqdim edilib  

11:36
28 Sentyabr

Dövlət katibi: Birləşmiş Ştatlar Rusiya və Çin arasında iqtisadi demarkasiyaya can atmır

11:34
28 Sentyabr

Niderlandın xarici işlər naziri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

11:32
28 Sentyabr

Azərbaycan-Bosniya və Herseqovina strateji tərəfdaşlığı müzakirə olunub

11:27
28 Sentyabr

Yeni ekzoplanet kəşf edilib

11:10
28 Sentyabr

Lerikdə narkokuryerliyə cəlb olunmuş şəxslər saxlanılıblar

11:06
28 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!