27 Iyun 2024 23:27
234
SİYASƏT
A- A+

Əlahiddə Ümumqoşun Orduda vətənpərvərlik mövzusunda silsilə tədbirlər keçirilib

 

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblı Naxçıvan Muxtar Respublikasında olub.

AZƏRTAC xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrində keçirilən silsilə tədbirlərdə Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Azərbaycan Ordusunun tarixindən danışıb, respublikamızın müstəqilliyini bərpa etdikdən sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hələ Naxçıvanda olarkən ordu quruculuğu sahəsində göstərdiyi uzaqgörən təşəbbüslərdən, möhtəşəm layihələrdən söhbət açıb, Ulu Öndərlə bağlı xatirələrini söyləyib, Azərbaycan Silahlı Qüvvələrinin mütəşəkkil, çevik qüvvəyə çevrildiyini vurğulayıb.

Qeyd edilib ki, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşünülmüş siyasəti, qətiyyəti, sərkərdəlik məharəti, hücum diplomatiyası və dəmir yumruğunun sayəsində daha güclü, qüdrətli ordu səviyyəsinə yüksələrək 30 illik Qarabağ həsrətinə son qoyub, düşmən üzərində qəti qələbə çalaraq respublikamızın suverenliyini və ərazi bütövlüyünü tam təmin edib.

Xalqımız və ordumuzun şəxsi heyəti dördüncü ildir ki, 26 İyun - Silahlı Qüvvələr Gününü qələbə əhvali-ruhiyyəsi ilə qeyd edir, ordumuzun maddi-texniki təchizatı, şəxsi heyətin peşəkarlığı, mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, vətənpərvərlik hissi daha da yüksəlir.

“Zəfər nəğmələri”, “Səni tərənnüm edirəm, Vətən əsgəri!”, “Bayrağım, varlığım, bəxtiyarlığım”, “Ordu xalqla əl-ələ!”, “Ruhumuzun qələbəsi naminə” adlı tematik ədəbi-bədii konsert proqramlarını yüzlərlə hərbi qulluqçu və onların ailə üzvləri böyük maraqla izləyiblər.

Yaradıcı heyət Naxçıvanda olduğu müddətdə “Qərbi Azərbaycana qayıdış” festival-konqresinə də dəvət alıb. Çoxminli festival-konqres iştirakçıları mahnı və rəqs ansamblının təqdim etdiyi “Dərələyəzə gedən yollar görünür” adlı ədəbi-bədii-xoreoqrafik kompozisiyanı (ssenari müəllifi və quruluşçu rejissor A.Qurbani) alqışlarla qarşılayıblar.

Əməkdar artist, Prezident mükafatçısı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı aktyoru Cahangir Qurbanov, istedadlı ifaçılardan Nigar Rəhimova, Rüstəm Əliyev, Vüsal Ağayev, Leyla Əliyeva və rəqs kollektivinin çıxışları tamaşaçılara qürurverici və duyğulu anlar yaşadıb.

Əlahiddə Ümumqoşun Ordunun komandanlığı vətənpərvərlik tədbirlərinin təşkilatçılarına və iştirakçılarına şəxsi heyətə mədəni xidmət göstərilməsində fəal iştirak etdiklərinə görə təşəkkür edib, onların fəaliyyətini yüksək qiymətləndirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video