14 Yanvar 2026 14:17
286
CƏMİYYƏT
A- A+
Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir  

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir  


Əlahiddə Ümumqoşun Orduda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.

Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, müddətdən artıq həqiqi hərbi xidmətə sənəd qəbulu fevralın 15-dək Əlahiddə Ümumqoşun Ordunun Təlim və Tədris Mərkəzində (Ünvan: Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhəri, 1 nömrəli hərbi şəhərcik) həyata keçiriləcək.

"Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"na ən azı ümumi orta təhsilli, müddətli həqiqi hərbi xidmətini başa vurmuş 35 yaşınadək hərbi vəzifəlilər (zabit, gizir, miçman hərbi rütbəsi olanlar istisna olmaqla), eləcə də ixtisasını dəyişmək və ya artırmaq arzusunda olan Silahlı Qüvvələrdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş ("Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156-cı maddəsinin "a" bəndinə (xidmət müddəti başa çatdığına görə), "q" bəndinə (ştat ixtisarına görə) əsasən ordu sıralarından ehtiyata buraxılmış) 40 yaşınadək hərbi vəzifəlilər və 30 yaşınadək qadın cinsli vətəndaşlar qəbul edilirlər.

Kursa qəbul üçün tələb olunan sənədlər:

- kursa qəbul olunmaq barədə ərizə;

- anket forması;

- tərcümeyi-hal (1 nüsxədə);

- təhsil haqqında sənədin surəti (1 nüsxədə);

- doğum haqqında şəhadətnamənin surəti (1 nüsxədə);

- yaşayış yeri və ailə tərkibi haqqında arayış (1 nüsxədə);

- əlavə peşə və ya ixtisasınız varsa, təsdiqedici sənədlərin surəti (diplom, sertifikat, şəhadətnamə və s.);

- şəxsiyyət vəsiqəsinin surəti və ya yeni nəsil şəxsiyyət vəsiqəsindən çıxarış (1 nüsxədə);

- sürücülük vəsiqəsinin surəti (olduğu təqdirdə, 1 nüsxədə);


- nikah haqqında şəhadətnamənin surəti (evli olduqda, 1 nüsxədə);

- həyat yoldaşının və uşaqların şəxsiyyət vəsiqələrinin surəti (1 nüsxədə);

- rəngli fotoşəkil (baş geyimsiz, anfas, 6 ədəd 3x4 sm, 2 ədəd 4.5x6 sm və 3 ədəd 9x12 sm);

- hərbi biletin bütün vərəqlərinin notarial qaydada təsdiq olunmuş surəti (1 nüsxədə, kişi cinsli vətəndaşlar üçün);

- psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.

Müraciətlər fevralın 15-dək saat 09:00-dan 17:00-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) qəbul edilir.


Qeyd:

1. Müddətdən artıq həqiqi hərbi xidmətdən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.

2. "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"nu müvəffəqiyyətlə bitirmiş şəxslərin təyinatı Əlahiddə Ümumqoşun Ordunun ehtiyaclarına uyğun vakant vəzifələrin komplektləşdirilməsi üzrə həyata keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

14:30
08 Fevral

ABŞ vitse-prezidentinin səfəri: Bakı-Vaşinqton münasibətlərində yeni mərhələ  

12:39
08 Fevral

Azərbaycanın qadın güləşçisi reytinq turnirində bürünc medal qazanıb  

12:17
08 Fevral

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə qadın sahibkarın sağlam qida brendi ilə tanış olublar  

11:17
08 Fevral

Dünya bazarında qızıl və gümüş bahalaşıb

11:03
08 Fevral

Gəncənin Şah Abbas məscidini ziyarət

10:55
08 Fevral

Dünya birjalarında neft bahalaşıb

10:45
08 Fevral

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində olublar

10:13
08 Fevral

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə STEAM mərkəzində və 37 nömrəli tam orta məktəbdə olublar  

10:01
08 Fevral

Leyla Əliyeva və Alena Əliyeva Gəncə Memorial Kompleksini və Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər

09:01
08 Fevral

ABŞ Dövlət katibinin müavini gələn həftə Azərbaycana səfəri zamanı vitse-prezident Vensə qoşulacaq  

23:01
07 Fevral

Ermənistan XİN-də Azərbaycan ilə sülh sazişi müzakirə olunub  

23:00
07 Fevral

Azərbaycanın hərbi attaşesi Kayseri və Kahramanmaraşda şəhid ailələrini ziyarət edib  

22:59
07 Fevral

Rusiya Ermənistan AES-də yeni enerji bloku tikmək niyyətindədir  

20:59
07 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

19:14
07 Fevral

Milli Aviasiya Akademiyası ilə Təhsilin İnkişafı Fondu və “Kapital Bank” arasında əməkdaşlıq memorandumları imzalanıb  

18:53
07 Fevral

II “GİNius” intellektual yarışı başlayıb YENİLƏNİB

18:12
07 Fevral

Nazir: Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır

15:41
07 Fevral

Həkimlər: Rusiya ordusunun sui-qəsdə uğrayan generalının həyatı üçün təhlükə yoxdur

14:38
07 Fevral

AAYDA-nın İdarə Heyətinin yeni sədri kollektivə təqdim edilib  

14:26
07 Fevral

Sabahın hava proqnozu açıqlanıb

14:25
07 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!