18 Oktyabr 2025 16:11
848
İQTİSADİYYAT
A- A+
Ekspert: Azərbaycan Avropanın etibarlı və getdikcə daha əhəmiyyətli enerji tərəfdaşı kimi çıxış edir - MÜSAHİBƏ

Ekspert: Azərbaycan Avropanın etibarlı və getdikcə daha əhəmiyyətli enerji tərəfdaşı kimi çıxış edir - MÜSAHİBƏ

Azərbaycan dəyişən dünya iqtisadiyyatı şəraitində böyümə və inkişaf üçün unikal imkanlara malik, mühüm strateji dönəmdə dayanır. Faydalı coğrafi mövqeyi, zəngin təbii resursları və iddialı islahatları sayəsində ölkənin Avrasiya regionunda əsas oyunçulardan birinə çevrilmək şansı böyükdür. İqtisadi təşəbbüslərin uğurla həyata keçirilməsi və xarici investisiyaların cəlb edilməsi infrastrukturun sürətlə inkişafını və əhalinin həyat səviyyəsinin yüksəlməsini xeyli sürətləndirə bilər. Qeyd etmək lazımdır ki, Azərbaycan yeni qlobal çağırışlara fəal şəkildə adaptasiya olur, qlobal iqtisadiyyatda öz mövqelərini möhkəmləndirir və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirir.

AZƏRTAC irlandiyalı makroiqtisadçı, keçmiş investisiya mütəxəssisi Filip Pilkinqton ilə müsahibəni təqdim edir.

-Avropa və Avrasiyada mövcud makroiqtisadi vəziyyəti necə qiymətləndirirsiniz və bu tendensiyalar yaxın 5 ildə Azərbaycan iqtisadiyyatına necə təsir göstərə bilər?

-Avropadakı iqtisadi tendensiyalar, yumşaq desək, heç də ürəkaçan deyil. Qitə ucuz rus qazına çıxışını itirib və bunun fonunda sənayenin tənəzzülü prosesi başlayıb. Bəzi ölkələr, üstəlik, Çinlə ticarət müharibəsinə başlamağa cəhd göstərir. Buna baxmayaraq, Macarıstan və Slovakiya kimi istisnalar da var. Avropanın gələcəkdə Rusiya və Çinlə iqtisadi münasibətlərini necə quracağı hələ də açıq sualdır.

Azərbaycan üçün isə vəziyyət tam fərqlidir. Rusiya qazına çıxışın itirilməsi fonunda Avropanın Azərbaycan qazına marağı xeyli artıb. Bu baxımdan Azərbaycan Avropa üçün etibarlı və getdikcə daha əhəmiyyətli enerji tərəfdaşı rolunu oynayır ki, bu da ölkə iqtisadiyyatına yaxın illərdə müsbət təsir göstərəcək.

-Hansı sahələri xarici investorlar üçün daha perspektivli hesab edirsiniz? Onlar hansı risk və imkanları gözə almalıdırlar?

-Azərbaycanda ən perspektivli sektor, şübhəsiz ki, enerji sahəsidir. Lakin ölkə “holland xəstəliyi” adlanan fenomendən, yəni enerji ixracından həddən artıq asılı vəziyyətə düşməkdən yayınmalı, sənayeni inkişaf etdirməlidir. Mən bilirəm ki, Azərbaycan hökuməti bu riski yaxşı anlayır. Amma düşünmürəm ki, xarici sərmayədarlar digər sektorlar haqqında o qədər də məlumatlı deyillər. Lakin söhbət etdiyim insanların əksəriyyəti hələ də enerji sektorunda diqqəti cəmləyiblər.

-Sizin fikrinizcə, Cənubi Qafqazdakı geosiyasi vəziyyət Azərbaycan və qonşu ölkələrdə investisiya iqliminə necə təsir göstərir?

-Mən hesab edirəm ki, Cənubi Qafqazda, həmçinin İranda və Yaxın Şərqdə mövcud olan geosiyasi vəziyyət bütövlükdə region üçün investisiya baxımından əsas risk amilidir. Mənim fikrimcə, regionun bütün ölkələri nəyin bahasına olursa-olsun, sabitliyin qorunmasına maksimal diqqət yetirməlidirlər. Ciddi qeyri-sabitlik yaranacağı təqdirdə region ən azı on il, bəlkə də daha uzun müddət geriyə düşə bilər.

-Azərbaycan neft-qaz sektorundan kənarda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində fəal iş aparır. Bu məqsədə nail olmaq üçün hansı strategiya və yanaşmalar, sizin fikrinizcə daha səmərəli ola bilər?

-Azərbaycanın nəhəng enerji sektoru digər sahələrdən diqqəti və kapitalı uzaqlaşdırmamalıdır. Valyuta siyasətinə diqqət yetirmək vacibdir. Məlumdur ki, Azərbaycan milli valyutası ABŞ dollarına qarşı sabit məzənnəsini qoruyur. Keçmişdə bunun məntiqi əsasları olsa da, hazırda dollar əvvəlki dövrlərlə müqayisədə daha az sabitdir. Buna görə də Azərbaycanın valyuta siyasətinin ticarət axınlarını daha dəqiq əks etdirməsi və ölkənin rəqabət qabiliyyətini qoruması üçün əsaslı səbəblər mövcuddur.

-Azərbaycan maliyyə bazarının infrastrukturunu necə təkmilləşdirə və böyük həcmdə xarici investisiya cəlb etmək üçün investorların etimadını artıra bilər?

-Qeyd etmək istərdim ki, Azərbaycan Fond Birjasının internet saytı olduqca heyrətamiz görünür. Lakin burada kotirovka olunan şirkətlər barədə açıq şəkildə təqdim olunan məlumatlar çox deyil. İdeal variant odur ki, bu məlumatların mümkün qədər çoxu ictimaiyyət üçün açıq və əlçatan olsun. Fond bazarına investisiya yatırmaq imkanını nəzərdən keçirən, lakin məlumat əldə etmək üçün ödənişlə üzləşən hər bir potensial investor itirilmiş investor deməkdir. Bu məsələdə valyuta siyasəti də mühüm rol oynayır, lakin mən artıq bu barədə danışmışdım.

-Azərbaycan üçün ən aktual makroiqtisadi və siyasi risklər hansılardır və ölkə iqtisadi dayanıqlılığını necə gücləndirə bilər?

-Hazırda dünyada nəhəng geosiyasi dəyişikliklər baş verir. Azərbaycan enerji sektoru sayəsində bu dəyişikliklərdən müəyyən fayda əldə edir. Lakin regionda ciddi qeyri-sabitlik yaranacağı təqdirdə bu üstünlüklərin hamısı itə bilər. Eyni zamanda, Avrasiya quru nəqliyyat dəhlizi üzrə ticarət həcmlərinin əhəmiyyətli dərəcədə artacağı gözlənilir və mənim fikrimcə, Azərbaycan bu imkanlardan faydalanmaq üçün əlverişli mövqedədir.

-Sizin fikrinizcə, rəqəmsal iqtisadiyyatın və innovativ texnologiyaların inkişafı gələcəkdə Azərbaycanın iqtisadi artımında hansı rolu oynaya bilər?

-Açığını desəm, mən hesab edirəm ki, bu gün rəqəmsal iqtisadiyyatın əhəmiyyəti bir qədər şişirdilir. Hamı ABŞ-da süni intellekt sahəsində bazar dəyərlərinin süni şəkildə şişirdilməsinin müşahidə olunduğunu deyir və məncə, bu, həmin sahədəki real vəziyyətin kifayət qədər dəqiq qiymətləndirilməsidir. Mən hesab edirəm ki, ölkələr diqqətlərini əsas istiqamətlərə, xüsusilə istehsal sahəsinə yönəltməlidirlər. Əlbəttə, istehsal, enerji hasilatı və emalı proseslərinə kömək edə biləcək bir çox yeni və maraqlı texnologiyalar meydana çıxır. Mənim fikrimcə, gələcəyin inkişaf istiqaməti məhz burada – bu sahələrdədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkədə muzdla çalışan işçilərin sayı artıb

13:00
10 Sentyabr

Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb

12:55
10 Sentyabr

Koreya səfiri: "KOICA Qarabağ və Şərqi Zəngəzurda kəhrizlərin bərpası layihəsinə başlayacaq "

12:50
10 Sentyabr

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Zati-aliləri cənab İsmail Uld Şeyx Əhmədə

12:45
10 Sentyabr

Sabah Bakıda hava şəraiti dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

12:43
10 Sentyabr

Haqsız rəqabətə qarşı nəzarət güclənir

12:40
10 Sentyabr

Tovuzda bu il ali məktəblərə qəbul olunanlar sırasında şəhid övladları da var

12:35
10 Sentyabr

“Qarabağ KOB-ları” layihəsində yeni mərhələ

12:30
10 Sentyabr

AMB və Dünya Bankı əməkdaşlığın yeni perspektivlərini müzakirə ediblər

12:25
10 Sentyabr

Lənkəranda dövlət proqramının icrası çərçivəsində növbəti hədəflər müəyyən edilib

12:20
10 Sentyabr

Bir qrup gənc Şəmkir RİH-də könüllülük fəaliyyətini başa vurub

12:15
10 Sentyabr

YAP Neftçala rayon təşkilatının XI hesabat konfransı keçirilib

12:10
10 Sentyabr

Salyanda pambıq yığımına hazırlıq yekunlaşmaq üzrədir

12:05
10 Sentyabr

Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

12:00
10 Sentyabr

İsraildə körpə qidasına anestezik maddə qatmaqda şübhəli bilinən şəxsə ittiham irəli sürülüb

11:50
10 Sentyabr

UNESCO xəbərdarlıq edir: Dünyada məktəblərə hücumlar 2025-ci ildə 33 faiz artıb

11:47
10 Sentyabr

D.Tramp, respublikaçılar Konqresə nəzarəti saxlayarsa, hər bir yetkin amerikalıya 5000 dollar vəd edib

11:45
10 Sentyabr

Serbiya Prezidenti növbədənkənar parlament seçkiləri elan etdi

11:43
10 Sentyabr

Suriyada baş verən partlayışda 14 nəfər həlak olub

11:40
10 Sentyabr

Ötən gün 71 cinayətin açılması təmin olunub

11:37
10 Sentyabr

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib  

11:35
10 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!