16 May 2025 08:00
2982
SİYASƏT
A- A+
Ədalətə, milli maraqlara və beynəlxalq hüquqa əsaslanan siyasət

Ədalətə, milli maraqlara və beynəlxalq hüquqa əsaslanan siyasət


Azərbaycana dünyada nüfuz və ehtiram gətirən səbəblərdən biri məhz budur


Beynəlxalq münasibətlər sistemi uzun müddətdir ki, dərin böhran içərisindədir. Dünyanın siyasi mənzərəsi təzadlarla, qeyri-müəyyənliklərlə, qarşıdurmalarla, gərginliklərlə doludur. Qlobal səviyyədə qəbul olunmuş hüquq prinsiplərinin və normaların kobud şəkildə tapdalanması, dövlətlərin ərazi bütövlüyünün pozulması, ənənəvi siyasi institutların sarsılması bu düzənin ayrı-ayrı elementləridir. 


Müstəqil və çoxvektorlu 


Siyasi və hərbi qütbləşmənin dərinləşdiyi belə bir dövrdə milli maraqları təmin edən siyasi kurs həyata keçirmək hər bir dövlətdən güclü səy, diplomatik məharət və xüsusi imkanlar tələb edir. Lakin heç də hər dövlət belə bir şəraitdə qlobal konyunkturanın çağırışlarına uyğun və ən əsası özünün mənafelərini qoruya bilən müstəqil siyasət yürütmək imkanına malik deyil.  Çox uzağa getmədən xarici siyasəti müxtəlif siyasi mərkəzlərdən alınan direktivlər əsasında formalaşan Ermənistanı bu dövlətlərə misal göstərmək mümkündür.

Belə dövlətlərdən fərqli olaraq Azərbaycan üçün özünəməxsus reallıqlar hakimdir. Bu gün dünyada Azərbaycanın adı çəkiləndə ilk yada düşən məsələlərdən biri respublikamızın müstəqil, çoxvektorlu və ardıcıl siyasi kurs həyata keçirməsidir. Bununla bağlı çoxsaylı misallar göstərmək olar. Məsələn, hələ illər öncə Azərbaycanın Xəzərdən hasil etdiyi nefti alternativ marşrutla dünya bazarlarına çıxarması müstəqil enerji siyasətinin təcəssümü idi. 

Bu siyasətin başqa bir göstəricisi Azərbaycanın dünyanın bütün siyasi qütbləri ilə bərabərhüquqlu əlaqələrinin olmasıdır. Prezident İlham Əliyevin ötən ay Çin Xalq Respublikasına etdiyi dövlət səfəri də bunu təsdiq etdi. Bu səfər zamanı "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat"ın imzalanması göstərdi ki, Azərbaycanın müasir dünya nizamındakı yeri və rolu dünyanın aparıcı siyasi-iqtisadi gücləri tərəfindən böyük maraqla qarşılanır. O cümlədən Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənədlər imzalanıb. Ötən ay İran Prezidentinin Azərbaycana uğurlu səfəri və iki ölkə arasındakı münasibətlərdə yeni səhifənin açılması isə ondan xəbər verdi ki, İran dövləti də respublikamızın regiondakı roluna dəyər verir. Göründüyü kimi,  Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasətində həm Şərq, həm Qərb, həm də regionda böyük uğurlar əldə edilib və bu davamlıdır. 

Torpaqlarımızın hərbi yolla azad olunması, Qarabağda erməni separatçılığına son qoyulması da Prezident İlham Əliyevin yürütdüyü müstəqil və qətiyyətli siyasətin təntənəsidir. İstər Vətən müharibəsində, istər antiterror əməliyyatında Azərbaycan dövləti ilk növbədə öz gücünə güvəndi.  Bu baxımdan Azərbaycanın qətiyyətli siyasəti həm də Fransanın və Qərbin digər siyasi mərkəzlərinin bütün təhdid və təzyiqlərini qətiyyətlə dəf etdi, onların planlarını iflasa uğratdı. Eyni zamanda Azərbaycan təzadlarla dolu dünyada ədalətin yoluna qoyulmasının nümunəsini yaratdı. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, beynəlxalq hüquqla təsbit olunmuş hüquqlarını döyüş meydanında yoluna qoyması ölkəmizin qlobal nüfuzunu daha da yüksəltdi. İndi Azərbaycan həm də müharibədə qalib gəlmiş dövlət kimi tanınır.


"Bu siyasət Azərbaycan xalqının maraqlarına xidmət edir"


Müstəqil siyasət milli maraqlarımızı uğurla təmin etməklə,  Azərbaycana ərazi bütövlüyünü və suverenliyini bərpa etməyə imkan verməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlər sistemindəki rolunu da əhəmiyyətli dərəcədə artırıb. Respublikamızı sayılıb-seçilən, hörmət olunan, etimad göstərilən dövlətə çevirən bu siyasət həm də regionda və dünyada sülhün təşviq olunmasına, dövlətlərarası əməkdaşlıq imkanlarının dərinləşdirilməsinə, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun inkişaf etdirilməsinə xidmət edir. Eyni zamanda bu siyasət dost dövlətlərin maraqlarını təmin edir. "Bu gün, sözün əsl mənasında, Azərbaycan müstəqil siyasət aparır. Bu siyasət Azərbaycan xalqının maraqlarına xidmət edir. Bu siyasət xoşniyyətli siyasətdir. Bu siyasət heç kimə qarşı deyildir. Bu siyasət əməkdaşlığı, o cümlədən regional əməkdaşlığı gücləndirən bir siyasətdir", - deyə Prezident İlham Əliyev bildirib. 

Milli Məclisin  Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin mayın 14-də keçirilmiş genişləndirilmiş iclasında da bu istiqamətdə müzakirələr aparılıb. Komitənin  sədri Səməd Seyidovun qeyd etdiyi kimi, Azərbaycanın xarici siyasəti hər zaman obyektivlik, etibarlılıq, qarşılıqlı hörmət, suverenliyə sayğı və daxili işlərə qarışmamaq kimi prinsiplər əsasında qurulub. Bu gün beynəlxalq münasibətlərin tənzimlənməsinin daha da çətinləşdiyi, "Şimal-Cənub" probleminin daha da mürəkkəbləşdiyi bu çətin dövrdə ölkəmiz öz potensialını əminliklə nümayiş etdirir. 

Xüsusilə qeyd edilməlidir ki, son illərdə Azərbaycanın Qlobal Cənubda nüfuzu sürətlə yüksəlməkdədir. Bunun da əsas səbəbi Bakının qlobal qeyri-bərabərliyin azaldılmasına  verdiyi töhfələrdir. Həm Qoşulmama Hərəkatına, həm də COP29-a sədrliyi dövründə respublikamız bu istiqamətdə nümunəyə çevrilən fəaliyyət ortaya qoyub. Məhz Azərbaycanın qətiyyətli siyasəti nəticəsində inkişaf etməkdə olan dövlətlərin səsi, onların üzləşdikləri problemlər mötəbər platformalardan dünyanın diqqətinə çatdırılıb. Respublikamızın strateji təşəbbüsləri ona Qlobal Cənub və Qərb arasında mühüm körpü rolunda çıxış etməyə imkan verir.

Azərbaycanın həyata keçirdiyi müstəqil siyasət ilk növbədə milli maraqlara, ədalət və beynəlxalq hüquq prinsiplərinə əsasalanır. Respublikamıza dünyada yüksək nüfuz və ehtiram gətirən səbəblərdən biri də məhz budur.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Beynəlxalq Kanoe federasiyalarının prezidentləri Sərsəng su anbarının potensial imkanlarını dəyərləndiriblər  

23:50
12 Mart

İsveçrəli nazir: İrandan atılan dron hücumu ilə bağlı Azərbaycanla həmrəyik

23:18
12 Mart

Ağdam sakini Xocavənddə minaya düşərək həlak olub – BİRGƏ MƏLUMAT  

22:32
12 Mart

Vayra Vike-Freyberqa: Qlobal Bakı Forumu beynəlxalq əməkdaşlığın daha da artması üçün imkanlar yaradır  

22:12
12 Mart

İrandan təxliyə davam edir: Bir neçə ölkə vətəndaşı Azərbaycan ərazisinə daxil olub  

21:29
12 Mart

Türkiyə Prezidenti BMT Baş katibinə Atatürk Beynəlxalq Sülh Mükafatını təqdim edib  

20:47
12 Mart

Rusiyanın İrana göndərdiyi humanitar yardımı daşıyan yük maşınları sərhəddən keçib - YENİLƏNİB  

20:38
12 Mart

Türkiyə Prezidenti Ankarada BMT-nin Baş katibini qəbul edib

20:28
12 Mart

Ceyhun Cəlilov: Daxili Qoşunların şəxsi heyəti ölkəmizin sabitliyi və vətəndaşların təhlükəsizliyi naminə əzmkarlıq nümayiş etdirir  

20:24
12 Mart

Sabiq Prezident: Əminəm ki, Bakıda mühüm mesajlar veriləcək  

20:14
12 Mart

XIII Qlobal Bakı Forumunda BMT sistemində islahat və qlobal əməkdaşlıq mövzusu diqqət mərkəzində saxlanılıb 

19:49
12 Mart

Hakan Fidan: Ankara İranda vətəndaş müharibəsinin əleyhinədir  

19:28
12 Mart

ITU rəsmisi: BMT sistemində süni intellekt və qlobal əməkdaşlıq üçün vahid yanaşma vacibdir  

19:14
12 Mart

Pedro Manuel Moreno: BMT-nin əsas məqsədi təşkilatı müasir qlobal çağırışlara uyğunlaşdırmaqdır  

19:04
12 Mart

Miroslav Layçak: BMT bu günün və sabahın çağırışlarına uyğunlaşdırılmalıdır  

18:54
12 Mart

Srgjan Kerim: BMT-də sistem üzrə uyğunluq islahat üçün strateji zərurətdir  

18:52
12 Mart

Rusiya səfiri İrana humanitar yardımın tranzitinə görə Azərbaycana təşəkkür edib 

18:51
12 Mart

Moldova mediası Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışına geniş yer ayırıb  

18:49
12 Mart

Milli Məclis komitələrinin birgə iclasında 4 qanun layihəsi plenar iclasa tövsiyə edilib  

18:39
12 Mart

İranın yeni Ali Rəhbəri xalqa ilk müraciətini etdi  

18:32
12 Mart

“Könüllü Baharı 2” yekunlaşıb  

18:28
12 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!