12 Mart 2026 18:39
333
CƏMİYYƏT
A- A+
Milli Məclis komitələrinin birgə iclasında 4 qanun layihəsi plenar iclasa tövsiyə edilib  

Milli Məclis komitələrinin birgə iclasında 4 qanun layihəsi plenar iclasa tövsiyə edilib  


Martın 12-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin İnsan hüquqları komitəsi ilə birgə videokonfrans formatında iclası keçirilib. İclasın gündəliyinə 4 məsələ daxil edilib.

AZƏRTAC xəbər verir ki, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli əvvəlcə Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

O bildirib ki, rəqəmsal texnologiyaların sürətli inkişafı və süni intellekt texnologiyalarının müxtəlif sahələrdə geniş tətbiqi informasiya mühitinin transformasiyasına və yeni innovativ imkanların yaranmasına şərait yaradır. Bununla yanaşı, bu texnologiyalardan qanunsuz və zərərli məqsədlərlə istifadə hallarının artması şəxsi həyatın toxunulmazlığına müdaxilə, ictimai rəyin manipulyasiyası və cəmiyyətdə çaşqınlıq yaradılması kimi problemlərin ortaya çıxmasına səbəb olur. Bu baxımdan qeyd olunan sahədə müvafiq hüquqi mexanizmlərin formalaşdırılması zəruri hesab edilir.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc müasir dövrdə geniş tətbiq edilən süni intellekt texnologiyalarının müsbət tərəfləri ilə yanaşı, yaratdığı risklər barədə fikirlərini bölüşüb. O, sənəddə təklif olunan dəyişikliklərin mühüm əhəmiyyət kəsb etdiyini bildirərək, qanun layihəsinin milli və rəqəmsal təhlükəsizliyin, eləcə də texnoloji suverenliyin qorunmasına xidmət etdiyini vurğulayıb.

Sonra iclasda Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verilib. Qeyd olunub ki, layihədə təklif olunan dəyişikliklərin əsas məqsədi dövlət vəsaitlərindən istifadə ilə bağlı məsuliyyət mexanizminin təkmilləşdirilməsi, sanksiyaların fərdiləşdirilməsi və hüquqi tənzimləmənin dəqiqləşdirilməsidir.

Daha sonra iclasda İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə (birinci oxunuş) baxılıb.

Diqqətə çatdırılıb ki, layihəyə əsasən “İCMAL” informasiya sistemi “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin tərkibində “İnzibati cərimələrin mərkəzi avtomatlaşdırılmış lövhəsi” altsistemi – “İCMAL” altsistemi kimi yenidən təşkil edilir və buna uyğun olaraq Məcəllənin müvafiq maddələrində dəyişikliklər edilir.

İclasda, həmçinin “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi təqdim olunub. Bildirilib ki, qanunun 27, 30 və 35-ci maddələrinə təklif olunan dəyişiklik İnzibati Xətalar Məcəlləsinin 57.6.3-cü maddəsində nəzərdə tutulan dəyişikliklərlə əlaqədardır və həmin maddədə müəyyən edilmiş qaydada tənzimlənməni ehtiva edir. Bununla yanaşı, layihədə sənədlərin elektron tərtib edilməsi ilə əlaqədar müvafiq dəyişikliklərin edilməsi də təklif olunur.

Onlayn iclasda təqdim olunan məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb. Çıxış edənlər öz fikirlərini, qeyd və təkliflərini səsləndiriblər.

Müzakirələrin sonunda gündəlikdəki bütün qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2030-cu ilə qədər olan iqtisadi artım proqnozu açıqlanıb  

17:25
15 Aprel

Tramp: İranla müharibə bitən kimi neft qiymətləri çox aşağı düşəcək

17:18
15 Aprel

2030-cu ildə orta illik inflyasiya 5 faizdən aşağı olacaq

17:12
15 Aprel

ABŞ İranla atəşkəsin uzadılmasına rəsmi olaraq razılıq verməyib

17:05
15 Aprel

ABŞ Prezidenti: İranla müharibə bitməyə çox yaxındır

17:04
15 Aprel

Leyla Əliyevanın təşəbbüsü ilə Albaniyada Xəstəxana Mərkəzinin pediatrik sedasiya otağı istifadəyə verilib

17:03
15 Aprel

Bu ilin I rübündə Azərbaycanın nəqliyyat sektoru üzrə gəlirləri 3,4 milyard manatı ötüb

17:02
15 Aprel

2027-2030-cu illərdə azad olunmuş ərazilərin bərpasına 13,3 milyard manat xərclənəcək - PROQNOZ

17:01
15 Aprel

Azərbaycan-Latviya Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasının protokolu təsdiqlənib - YENİLƏNİB  

16:54
15 Aprel

Sahibə Qafarova: Parlamentarilər mövcud problemlərin həllinin bir hissəsi olmalıdırlar

16:52
15 Aprel

Tramp: Bu vəziyyət bir daha təkrarlanmayacaq

16:50
15 Aprel

Məcnun Məmmədov: Azərbaycan ilə Latviya arasında ticarətin şaxələndirilməsi və dövriyyənin artırılması üçün geniş imkanlar var  

16:48
15 Aprel

Energetika naziri bp-nin regional prezidenti ilə görüşdə enerji sahəsində diversifikasiya siyasətinin davam etdirildiyini qeyd edib  

16:48
15 Aprel

Azərbaycan və Qazaxıstan arasında hüquq sahəsində əməkdaşlıq genişlənir  

16:47
15 Aprel

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı Azərbaycan və Rusiya arasında razılıq əldə olunub  

16:46
15 Aprel

Xarici dövlət borcu ÜDM-in 6,3 faizini təşkil edib

16:45
15 Aprel

Yerli məhsulların halal ixrac potensialı artırılır: Bakı və Ankara arasında təcrübə mübadiləsi aparılıb  

16:44
15 Aprel

İslamabaddakı mənbələr: Pakistan ABŞ-İran danışıqlarının 2-ci raunduna hazırlıqlara başlayır  

16:37
15 Aprel

Baş Prokurorluğun nümayəndə heyəti BPA-nın İcraiyyə Komitəsinin iclasında iştirak edib

16:33
15 Aprel

Starmer: İran münaqişəsi ilə bağlı təzyiqlərə boyun əyməyəcəyəm

16:21
15 Aprel

Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum olub YENİLƏNİB

16:14
15 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!