17 Noyabr 2024 09:59
801
SİYASƏT
A- A+
Dünyanın gözü Azərbaycandadır

Dünyanın gözü Azərbaycandadır

COP29-da qəbul edilən qərarlar diqqətlə izlənilir

 

"Bu günlər dünyanın gözü və diqqəti Azərbaycandadır. Yer kürəsinin gələcəyini düşünən hər kəs Bakıda keçirilən COP29 tədbirində qəbul ediləcək qərarları diqqətlə izləyir. Dünyanın ən nüfuzlu ekspert və mütəxəssisləri Bakı konfransını bir maliyyə tədbiri kimi də qiymətləndirirlər".

 Bu sözləri "Azərbaycan" qəzetinə BDU-nun kafedra müdiri, professor Kamilə Əliyeva deyib. O bildirib ki, əvvəlki COP-larda böyük və zəngin dövlətlər tərəfindən iqlim dəyişikliyindən əziyyət çəkən kiçik ada dövlətlərinə yardım ayrılması barədə qərar qəbul edilsə də, bu, həmin ölkələrə çatdırılmayıb. Azərbaycanın COP29-a sədrliyə başladığı ilk gündən Prezident İlham Əliyev dəfələrlə dünya dövlətlərinə müraciət edib ki, kiçik dövlətlərə maliyyə yardımlarının ayrılması çox zəruri məsələdir. Azərbaycan bu işdə körpü rolu oynayan bir dövlət kimi çıxış edir. Dövlət başçısı iqlim dəyişikliyi ilə əlaqədar dünya dövlətlərini həmrəy olmağa çağırıb. "Prezident İlham Əliyev hər zaman Yer kürəsinin sağlam gələcəyi naminə əsaslı təkliflərlə çıxış edib, dünya dövlətlərinin və xalqlarının azad və müstəqil yaşamalarının tərəfdarı olduğunu vurğulayıb. Azərbaycan yalnız sözdə deyil,  əməli fəaliyyətində də bunu göstərir. Pandemiya dövründə Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan 80 dövlətə maddi və humanitar yardımlar göstərərək vətəndaşlarını ölümün pəncəsindən qurtarıb. Bir sıra Qərb dövlətləri isə vaksin millətçiliyi ilə məşğul olurdular", - deyə ekspert əlavə edib.

O qeyd edib ki, Azərbaycanın COP29-a sədrliyi ərəfəsində Fransa və Niderland kimi dövlətlər ölkəmizə qarşı qarayaxma, qərəzli, təxribat xarakterli bəyanatlar səsləndirməyə başladılar: "Hər zaman olduğu kimi, bu dəfə də onlar Azərbaycan qarşısında məğlub olaraq dünya ictimaiyyətinin gözündə aciz və rəzil duruma düşdülər. COP29-a 80 ölkənin dövlət və hökumət başçısı, 190-dan artıq ölkədən 72 mindən çox nümayəndə heyəti gəldi. Bakıya gələn  qonaqlar tədbirin çox yüksək səviyyədə təşkil olunduğunu vurğulayırlar".

 Liderlər Sammitinin  açılış mərasimində Prezident

İlham Əliyevin dünya ictimaiyyətinə olduqca önəmli mesajlar verdiyini xatırladan K.Əliyeva bildirib ki, dövlət başçısı Azərbaycanın iqlim dəyişikliyinə qarşı həyata keçirdiyi layihələr, iqlim dəyişikliyinin qarşısının alınması üçün görüləcək işlər, eləcə də inkişaf etmiş dövlətlərin qarşısında duran vəzifələr barədə təkliflərini səsləndirib: "Dövlət başçısı eyni zamanda COP29-u baykot etməyə çalışan dövlətlərin dünyanı narahat edən iqlim dəyişikliyinə biganə yanaşdıqlarını və onların bu çağırışlarının fiaskoya uğradığını vurğuladı. Prezident İlham Əliyevin noyabrın 13-də COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) sammitindəki çıxışı iştirakçı dövlətlər tərəfindən böyük maraq və alqışla qarşılandı. Dövlət başçımız çıxışında XXI əsrdə də Fransa və Niderlandın müstəmləkə,  neokolonializm siyasəti həyata keçirdiyini qətiyyətlə dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Demokratiya, insan hüquq və azadlıqlarından dünyaya dərs keçmək istəyən Fransa dəniz ərazilərində insanlığa və bəşəriyyətə qarşı dəhşətli cinayətlər törətməkdədir. Adalarda nüvə silahlarını həyata keçirən Makron hakimiyyəti burada yaşayan insanların həyatına son qoymaqla bərabər, ekoloji fəlakətlər törədir, iqlim dəyişməsinə zəmin yaradır. Makron rejimi Yeni Koledoniyada yerli kanak xalqının haqlı etirazlarının qarşısını amansızlıqla alaraq qətllər törədib, insanları günahsız yerə həbs edib".

Professor Kamilə Əliyevə vurğulayıb ki, Fransa hökuməti müstəmləkədə saxladığı digər ərazilərdə də insanları günahsız yerə həbs edərək onlara işgəncələr verir: "Təəssüflər olsun ki,  Avropa Komissiyası, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası Fransanın bu cinayətlərinə göz yumur. AP və AŞPA günahsız insanların qətlinə görə Makron hakimiyyəti ilə məsuliyyəti bölüşür. AP və AŞPA-nın korrupsiyalaşan təşkilat olmaları dünya ictimaiyyətinə məlumdur. Bu təşkilatlar digər dövlətlərə demokratiyadan dərs keçməyə çalışırlar. Əslində, bu qurumlar Azərbaycan kimi müstəqil siyasət həyata keçirən, heç kimdən asılı olmayan dövlətlərə təsir etmək üçün Fransanın əlində bir alətdir. Azərbaycan hər zaman neokolonializmə qarşı mübarizə aparan, müstəmləkəyə məruz qalan dövlətləri və xalqları müdafiə edən bir dövlətdir. Ölkəmiz evsahibliyi etdiyi bütün beynəlxalq tədbirlər kimi, COP29 konfransını da yüksək səviyyədə keçirəcək".

 

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vətəndaş cəmiyyəti təmsilçiləri Bakıda Frank Peloniyə qarşı növbəti dəfə etiraz aksiyası keçiriblər

00:39
18 Noyabr

Moldovanın xəbər portalında COP29-un əhəmiyyətinə dair məqalə dərc edilib  

23:58
17 Noyabr

Baş nazir Əli Əsədov “Barselona”nın prezidenti ilə görüşüb  

22:03
17 Noyabr

Azərbaycanın su təsərrüfatı sisteminin inkişafını hədəfləyən infrastruktur layihələri müzakirə olunub

21:03
17 Noyabr

“Əş-Şarq əl-Avsat” nəşri Azərbaycan Prezidentinin COP29-da çıxışından yazıb

20:59
17 Noyabr

Sahibə Qafarova Rusiya Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini ilə görüşüb

19:37
17 Noyabr

COP29 çərçivəsində xarici jurnalistlər üçün qoruqlara mediatur təşkil edilib  

19:24
17 Noyabr

COP29 çərçivəsində Bakıda keçirilən Parlament Görüşü başa çatıb YENİLƏNİB 

18:27
17 Noyabr

Səudiyyə Ərəbistanı mediası Azərbaycanda dənizdə ilk külək enerjisi stansiyasının tikintisi ilə bağlı razılaşmadan yazıb  

17:58
17 Noyabr

Martin Çunqonq: İqlim dəyişikliyi məsələsində təcili və qətiyyətli tədbirlər görməliyik  

17:49
17 Noyabr

Britaniyanın “Telegraph” və “The World of Fine Wine” nəşrlərində Azərbaycanda şərabçılığın inkişafından bəhs edən məqalələr yayımlanıb

17:32
17 Noyabr

Pakistan Fövqəladə Halların İdarə edilməsi üzrə Milli Qurumunun sədri FHN-in Akademiyasında olub  

17:09
17 Noyabr

Fərid Qayıbov: Su və təbiətin təmiz olması insan həyatı üçün önəmlidir  

16:47
17 Noyabr

COP29 çərçivəsində Bakıda “Həmkarlar ittifaqları üçün strateji gün” mövzusunda tədbir keçirilib

16:43
17 Noyabr

COP29-da iqlimin səbəb olduğu miqrasiya və məcburi köçkünlüyün həlli yolları axtarılıb

16:40
17 Noyabr

COP29 çərçivəsində keçirilən Parlament Görüşünün yekun sənədi qəbul olunub  

16:39
17 Noyabr

COP29-da iqlimin səbəb olduğu miqrasiya və məcburi köçkünlüyün həlli yolları axtarılıb

16:36
17 Noyabr

Sabah paytaxtda fasilələrlə yağış yağacağı gözlənilir  

15:07
17 Noyabr

COP29-un qadınlarla bağlı panel sessiyasında zərif cinsin nümayəndələrinin ambisiyalı olmalarına çağırış edilib

14:57
17 Noyabr

Prezident İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb YENİLƏNİB

14:53
17 Noyabr

Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb YENİLƏNİB

14:49
17 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!