15 Avqust 2025 08:10
1194
SİYASƏT
A- A+
Dünyada sülhü təmin etməyə çalışan Lider

Dünyada sülhü təmin etməyə çalışan Lider


Donald Tramp bu xoşməramlı missiyası ilə də tarixdə qalacaq


Dünya tarixində dönə-dönə sübut olunmuş həqiqətdir - bəşəriyyətin xilası, bəşər övladlarının firavanlıq, bolluq, rahatlıq içərisində yaşaması üçün ən vacib, ən mühüm vasitə sülhün, sabitliyin bərqərar olmasıdır. 

Azərbaycan dövləti və xalqı böyük çətinliklərlə qarşılaşanda da, ədalətsizliklərlə üzləşəndə də, bir sıra ölkələrin və beynəlxalq təşkilatların ikili standartlarına, ayrı-seçkiliyinə məruz qalanda da bu həqiqətdən zərrə qədər uzaqlaşmadı. 1990-cı illərdə Azərbaycan torpaqlarının 20 faizi xarici havadarlarından hər cür yardım almış Ermənistan tərəfindən işğal olundu. Həmin ərazilərimiz - Qarabağ və Şərqi Zəngəzur 30 ilə yaxın əsarət altında qalanda, Azərbaycan dövləti süni şəkildə uzadılan işğalla heç zaman barışmayacağını bəyan edəndə də sülhün ən gərəkli yol olduğunu vurğuladı. Və sülhün bərqərar olmasına səy göstərdi.

Təəssüf ki, Ermənistan silahlı qüvvələrinin təxribatları səbəbindən müharibə başladı. 2020-ci ilin payızında baş verən İkinci Qarabağ müharibəsində zəfər qazanaraq Qarabağ və Şərqi Zəngəzur ərazilərini işğaldan azad etdikdən sonra da qalib Azərbaycanın məqsədi münaqişəyə birdəfəlik son qoymaq idi. Ermənistanla sülh müqaviləsinin təşəbbüskarı da Azərbaycan oldu. 

Nəhayət, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda keçirilən üçtərəfli görüş Cənubi Qafqazda uzunmüddətli münaqişənin həllinə doğru atılan ən əhəmiyyətli addımlardan biri kimi tarixə yazıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində bildirdiyi kimi, əfsuslar olsun ki, Bayden administrasiyası zamanı Amerika-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan əlaqələrinin girovuna çevrilmişdi: "Bizim Amerika Birləşmiş Ştatları ilə əvvəlki dövrdə əldə edilmiş nailiyyətlər və potensial demək olar ki, dondurulmuş vəziyyətə salınmışdı". 

Avqustun 7-8-də Prezident İlham Əliyevin Prezident Donald Trampın dəvəti ilə Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri Azərbaycan-Amerika münasibətləri üçün də çox əhəmiyyətli, tarixi hadisəyə çevrildi. Avqustun 8-də Ağ Evdə daha bir möhtəşəm tarixi hadisə baş verdi. ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında 7 bənddən ibarət Birgə Bəyannamə imzalandı.

ABŞ Prezidenti Donald Tramp liderlərlə üçtərəfli görüşdə Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı belə mühüm sənədi imzalamaq üçün Vaşinqtona gəlmələri münasibətilə təbrik etdi:  "Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymağa çalışdılar və hamısı uğursuz oldu. Nəhayət, bu gün bu bitəcək", -  deyə ABŞ Prezidenti bildirdi.

Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyan ilə mətbuata birgə bəyanatında bildirdi ki, cəmi bir neçə ay ərzində Prezident Tramp Afrikada, Asiyada və nəhayət, Cənubi Qafqazda 30 il ərzində əldə oluna bilinməyəni təmin etdi: "Biz insanların qurban verilməsi, böyük itkilər ilə nəticələnən iki çox ağır müharibə aparmalı olduq. Prezident Tramp və onun komandası, bizim yaxşı dostumuz Stiven Uitkoff olmasaydı, Ermənistan və Azərbaycan yəqin ki, hələ də sonsuz danışıqlar prosesində idilər".

Dövlət başçısı İlham Əliyev qeyd etdi ki, bu, həqiqətən, tarixi gündür - biz Qafqazda sülhü bərqərar edirik və bu fürsət təkcə bizim regionla məhdudlaşmayacaq: "Prezident Trampın düzgün qeyd etdiyi kimi, "Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu" yeni bağlantı əlaqələri yaradacaq, sədləri aradan qaldıracaq və sərmayələr, firavanlıq, sabitlik sayəsində çoxsaylı ölkələr üçün bağlantı imkanları yaradacaq. Azərbaycan və Ermənistan Sovet İttifaqının süqutu nəticəsində eyni vaxtda müstəqillik əldə edib. Ancaq artıq o vaxt biz müharibə şəraitində idik. Biz müharibələrə, işğal dövrünə və qan tökülməsinə uzun illər sərf etdik. Bu gün tarixi gündür, çünki biz sülhü bərqərar edirik. Prezident Tramp Qafqaza sülh gətirir və biz buna görə ona minnətdarıq".

Donald Trampın dünyada sülhə nail olmaq səylərini yüksək qiymətləndirən Prezident İlham Əliyev Vaşinqtonda Birgə Bəyanatın imzalanması zamanı ABŞ Prezidentinin Nobel Sülh mükafatına layiq görülməsi üçün Nikol Paşinyan ilə birgə Nobel komitəsinə müraciət etməyi səsləndirdi. Dövlətimizin başçısı dedi: "Bəlkə Prezident Trampa Nobel Sülh Mükafatının verilməsi məqsədilə Nobel Komitəsinə birgə müraciətin göndərilməsində baş nazir Paşinyanla razılaşaq. Çünki üç onillikdən artıq müharibədə olmuş ölkələrin rəhbərlərinin burada tarixi imza atmaları, həqiqətən, böyük əhəmiyyət kəsb edir. Bu, Prezident Trampın rəhbərlik səylərinin nəzərəçarpan nəticəsidir". Heç kəsin buna nail ola bilmədiyini nəzərə çatdıran Prezident İlham Əliyev 1990-cı illərin əvvəlindən burada çox prezidentlərin olduğunu, Minsk qrupunun olduğunu xatırlatdı. Bildirdi ki, 1992-ci ildə fəaliyyətə başlamış həmin qrupa bu gün erməni həmkarı ilə son qoyur. Dövlətimizin başçısı ATƏT-in vasitəçiliyi ilə aparılan danışıqların üç onillikdən çox çəkdiyini və heç bir nəticə vermədiyini vurğuladı.

ABŞ Prezidentinin qısa vaxt ərzində həyata keçirdiyi böyük işlərə diqqəti çəkən dövlətimizin başçısı dedi: "Bəs əgər Nobel Sülh Mükafatı Prezident Trampa verilməsə, kimə verilməlidir? Mən heç bir iş görməmiş, lakin mükafat almış şəxslərlə bağlı Nobel Sülh Mükafatının çox müəmmalı qərarlarının tarixinə varmaq istəməzdim. Lakin Prezident Tramp altı ay ərzində möcüzə yaratdı. Bir sözlə, düşünürəm ki, erməni həmkarım da dəstəkləyəcək. Auditoriyanın reaksiyasından hesab edirəm ki, biz qayıdan kimi birgə məktubun hazırlanması üzərində razılığa gələcəyik".


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Sabah” Futbol Klubu Prezident İlham Əliyevə təşəkkür edib  

22:42
26 Avqust

Azərbaycanın Xarici İşlər Nazirliyi Nepal-Çin sərhədindəki faciə ilə bağlı başsağlığı verib  

22:03
26 Avqust

Azərbaycanla Özbəkistan kino sahəsində əməkdaşlığın genişləndirilməsinə dair sənəd imzalayıb

21:02
26 Avqust

Voleybol üzrə Azərbaycan millisi Avropa çempionatında ilk məğlubiyyətini alıb  

20:38
26 Avqust

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq  

20:29
26 Avqust

Laçında Şəhər Günü münasibətilə konsert təşkil olunub 

20:23
26 Avqust

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən  

20:13
26 Avqust

Cəlilabad rayonunda zəlzələ baş verib

20:01
26 Avqust

Laçın – tarixi yaddaşdan yeni reallıqlara uzanan Zəfər yolu

19:53
26 Avqust

Laçında “Əmir Teymur” filmi nümayiş olunub  

19:42
26 Avqust

Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib  

19:38
26 Avqust

Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbiri təşkil edib  

19:23
26 Avqust

Rusiya Federasiyasının Əməkdar məşqçisi, pedaqoji elmlər doktoru, professor İrina Vinerdən  

19:08
26 Avqust

“Bitcoin”in qiyməti 78 min dollara enib  

18:59
26 Avqust

Azərbaycan-Özbəkistan: iqtisadi imkanlar yeni perspektivlər vəd edir  

18:31
26 Avqust

Prezidentin Mətbuat Xidmətinin məlumatı

18:23
26 Avqust

Yeni ideyalara “yaşıl işıq”: daha 10 layihə “Startap” şəhadətnaməsi aldı

18:21
26 Avqust

Çində yeni texnoloji inqilab - kütləvi şəkildə robot istehsalı   

18:16
26 Avqust

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

18:11
26 Avqust

Birgə artan geosiyasi və geoiqtisadi güc   

18:09
26 Avqust

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

18:07
26 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!