06 Aprel 2026 16:21
143
DÜNYA
A- A+
Dünyada içməli su niyə yararsız hala gəlir?

Dünyada içməli su niyə yararsız hala gəlir?


Yeni Orleanda kranlardan duzlu su axır. Banqladeşdə fermerlər əvvəllər münbit torpaqları krevetka yetişdirmək ücün yarı şirin su gölməçələrinə çevirməyə məcbur olurlar. Qambiyada kəndlilər məhsullarının duzlaşma nəticəsində quruyub məhv olduğunu seyr edirlər.

Dünyanın hər yerində əvvəllər etibarlı olan sahil şirin su mənbələri dəniz suyunun sızması səbəbindən duzlaşır. Qeyri-rəsmi olaraq "duzluluq böhranı" kimi tanınan bu qeyri-adi, yavaş-yavaş inkişaf edən böhran getdikcə dünya miqyasında əhaliyə daha çox  təsir göstərir.

Duzluluq (dəniz suyunun sızması kimi də tanınır) okeandan və ya dənizin daxili hissəsindən duzlu suyun şirin su hövzələrinə sızmasıdır. Hazırda Qambiya, Vyetnam və Banqladeş kimi aran ərazili ölkələr ən çox zərər çəkir, lakin problem qlobaldır və ABŞ-yə da təsir edir.

2050-ci ilə qədər Antarktida istisna olmaqla, hər qitədə ən azı 1 km dərinliyə duzlu suyun sızması qeydə alınan sahil ərazilərinin olacağı proqnozlaşdırılır.

ABŞ-dəki Qərbi Karolina Universitetinin sahil geologiyası professoru Robert Yanq deyir ki,  duzlu suyun sızması adətən uzun müddət ərzində tədricən baş verir, lakin içməli su təchizatı, düyü becərilməsi və dünyanın sahil bölgələri üçün uzunmüddətli dağıdıcı nəticələrə səbəb olur.

Ekspert deyir: "Duzlanma yavaş başlayan iqlim böhranının ideal bir nümunəsidir. Cox vaxt diqqət fırtına kimi böyük hadisələrə yönəlir, daha ləng dəyişikliklər isə gizli qalır. Biz səhv fəlakətlərə hazırlaşırıq , əslində isə  xüsusilə inkişaf etməkdə olan ölkələrdə sahil ərazilərinin gələcəyinə təsir edə bilən məhz yavaş başlayan iqlim fəsadlarıdır. 

ABŞ-də duzlanma artıq bir çox sahil su hövzələrinə təsir göstərib və xüsusilə həssas Biskeyn su hövzəsinin əsas şirin su mənbəyi olduğu cənubi Florida ovalığında kənd təsərrüfatına və içməli su təchizatına təhlükə yaradıb.

Alimlər Rod-Aylenddəki quyuların duzlu su ilə çirkləndiyini aşkar ediblər. 

"The Guardian" qəzetinin məlumatına görə, Luiziana sakinləri hətta kran suyunda duzlu bir dad hiss etməyə başlayıblar və 2023-cü ildə Luiziana qubernatoru duzlaşmanın təsirləri səbəbindən federal fövqəladə vəziyyət elan edilməsini tələb edib.

İçməli suyun duzlanması sadəcə xoşagəlməz bir dad deyil. Tədqiqatlar göstərir ki, duzlu su içən insanlar yüksək təzyiq və hamiləlik ağırlaşmaları da daxil olmaqla sağlamlıq üçün mənfi təsirləri riski altındadırlar.

Delaver Universitetinin (ABŞ) sahil hidrogeoloqu Holli Mayklın sözlərinə görə, vəziyyət iqlim dəyişikliyi ilə daha da ağırlaşır ki, bu da temperaturun artmasına, yağıntının azalmasına və qlobal dəniz səviyyəsinin qalxmasına səbəb olur.

ABŞ da daxil olmaqla, bəzi yerlərdə yeraltı suların məişət, kənd təsərrüfatı və sənaye məqsədləri üçün həddindən artıq istifadəsi duzlu suyun daxil olmasına əhəmiyyətli dərəcədə təsir göstərir və onun torpaqlara və çaylara sızmasına imkan verir.

Lakin şoranlaşmadan ən çox əziyyət çəkən insanlar dünyanın ən kasıb ölkələrinin bəzilərindəki, məsələn Qambiyadakı sahil fermerləridir.

Dünyanın digər düzənlik ərazilərində - Vyetnamdan Aralıq dənizi sahillərinə və Florida və Delmarva yarımadası da daxil olmaqla, ABŞ-nin sahil ərazilərinə qədər fermerlər də şoranlaşmanın təsirləri ilə üzləşirlər.

Banqladeşdə torpaqları duzlu su ilə dolu olan bəzi kiçik fermerlər onları krevetka yetişdirmək üçün duzlu gölməçələrə çevirməyə başlayıblar. Lakin bu, torpağın daha da şoranlaşmasına və sahil sakinləri arasında münaqişələrə səbəb ola bilər.

İnsanlar duzlu suyun sızmasına müqavimət göstərməyə çalışırlar.

Məsələn, Floridada şirin suyu dəniz suyundan ayırmağa kömək etmək üçün xüsusi duz nəzarəti qurğuları quraşdırılıb.

Eynilə, Vyetnamda ölkənin düyü plantasiyaları olan Mekonq deltasını duzlu suyun sızmasından qorumaq üçün milyonlarla dollara başa gələn şlüz qapıları tikilib. Lakin bu layihələr tez-tez problemlərlə qarşılaşıb və həmişə təsirli olmayıb.

Holli Mayklın dediyinə görə, Floridada başqa bir mühəndislik həlli təmizlənmiş çirkab sularının vurulmasıdır. Çirkab suları toplanır, təmizlənir və sonra çaya axıdılır. Çin və Niderland da suyun təmizlənməsi və təkrar istifadəsinə oxşar yanaşmadan istifadə edir.

Bütün bu həll yollarına baxmayaraq, "universal vasitə mövcud deyil və bir yerdə işləyən şey başqa yerdə işləməyə bilər". Bunu Şimal-Şərq Universitetinin (ABŞ) iqlim dəyişikliyinə uyğunlaşma üzrə tədqiqatçısı Lizzi Yarina qeyd edir.

İqlim dəyişikliyi sürətləndikcə və əhali artımı şirin su hövzələrinə təzyiq göstərməyə davam etdikcə, duzluluq böhranı daha da pisləşəcək. Aparılan araşdırmaya görə, 2100-cü ilə qədər dünyanın sahil xətlərinin təxminən 77 faizi şoranlaşmadan təsirlənəcək. Bir çox fermerin dolanışığı getdikcə daha çox təhlükə altında olacaq.

Rizvan CƏFƏROV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gürcüstanda C5 kateqoriyalı viza tətbiq oluna bilər

17:57
06 Aprel

ADSEA: Xətaidə kollektorun üzərində tikilən ev sökülüb

17:53
06 Aprel

Bibiheybət yolunda hərəkətin məhdudlaşdırılması ilə bağlı 6 avtobus marşrutunun hərəkəti dəyişdirilib  

17:30
06 Aprel

Kəlbəcərdə vətəndaşlar səyyar tibbi müayinələrə cəlb olunublar  

17:23
06 Aprel

Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

17:00
06 Aprel

“Xiaomi”nin yeni smartfonunun üstünlükləri  

16:46
06 Aprel

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Tbilisidə Gürcüstan Milli Muzeyində olub  

16:45
06 Aprel

Zabrat-Maştağa yolunda suyun kənarlaşdırılması üçün xüsusi nasoslar və texnikalar işə salınıb 

16:37
06 Aprel

Məcnun Məmmədov: Süni intellekt həllərinin tətbiqi kənd təsərrüfatında dayanıqlı inkişafın təmin olunması baxımından mühüm rol oynayır  

16:32
06 Aprel

Şimal dənizində onlarla neft və qaz yatağı bloklanıb

16:31
06 Aprel

Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş kitabın TÜRKSOY-da təqdimatı  

16:23
06 Aprel

Dünyada içməli su niyə yararsız hala gəlir?

16:21
06 Aprel

Tramp Alkatraz həbsxanasını bərpa etmək istəyir  

16:08
06 Aprel

Birinci xanım Mehriban Əliyeva Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub  

15:46
06 Aprel

Türkiyə Baş prokuroru Bakıya gəlib, ekstradisiya, hüquqi yardımla bağlı müzakirələr aparılıb

15:43
06 Aprel

Əməkhaqqı ödənişində gender bərabərliyi qorunacaq – Yeni qanun layihəsi  

15:37
06 Aprel

Fövqəladə hallar naziri Bibiheybət yolunda yaranan sürüşmə təhlükəsi ilə əlaqədar ərazidə olub  

15:03
06 Aprel

Sel səbəbindən şimal bölgəsində bəzi kənd məktəblərində dərslər təxirə salınıb - AÇIQLAMA  

15:03
06 Aprel

Prezident İlham Əliyev: Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilir  

15:02
06 Aprel

Azərbaycan Prezidenti: Nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır  

15:01
06 Aprel

Prezident İlham Əliyev: Gürcüstan-Azərbaycan əlaqələri bundan sonra da inamla inkişaf edəcək  

15:00
06 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!