29 Noyabr 2023 02:48
727
DÜNYA
A- A+
Dünya transmilli cinayətkarlıq epidemiyası ilə üz-üzədir

Dünya transmilli cinayətkarlıq epidemiyası ilə üz-üzədir

Vəziyyət o qədər ciddiləşib ki, artıq qlobal təhlükəsizlik fövqəladə hala çevrilib

 

Noyabrın 28-də Avstriyanın paytaxtı Vyanada beynəlxalq polis təşkilatı -  İnterpolun 100 illiyinə həsr olunmuş "yubiley" Baş Assambleyası öz işinə başlayıb. Onun əsas mövzuları transmilli cinayətkarlıqla mübarizə, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və polis işində yeni texnologiyalardan istifadədir.

İnterpolun rəhbəri Yurgen Ştok transmilli mütəşəkkil cinayətkarlığın vəziyyətini epidemiya ilə müqayisə edib. Onun dediyinə görə, qlobal təhlükəsizlik sahəsində fövqəladə vəziyyət yaranıb. Təşkilatın rəhbəri Baş Assambleyada transmilli cinayətkarlıq probleminin həllinə yönəlmiş "Vyana Bəyannaməsi"ni açıqlayacağına söz verib. "Biz cəmiyyətə və biznesə ziyan vuran transmilli mütəşəkkil cinayətkarlıq epidemiyası ilə üzləşmişik. Vəziyyət o qədər ciddiləşib ki, artıq qlobal təhlükəsizlik fövqəladə hala çevrilib", - İnterpol rəhbəri bildirib.

Xatırladaq ki, Beynəlxalq Cinayət Polisi Təşkilatı 1923-cü ildə Vyanada yaradılıb. Qüvvədə olan Nizamnaməsi 1956-cı ildə qəbul edilib.

İnterpolun üzvü olan ölkələrdə milli mərkəzi bürolar yaradılır. Təşkilatın fəaliyyəti, əsasən, həddi-buluğa çatmamışların cinayətkarlığı, narkotik maddələrlə qaçaqmalçılıq və onların qeyri-tibbi istifadəsi, qəlp pulkəsmə və qiymətli kağızların saxtalaşdırılması, daxili və xarici mülki aviasiya xətlərində banditizm ilə mübarizəyə yönəldilmişdir.

İnterpol hüquq-mühafizə orqanlarının qlobal əməkdaşlığında mühüm rolunu saxlayır. Son illər cinayətkarlar getdikcə daha çox sərhədlər boyu və onlayn fəaliyyət göstərdikcə, İnterpolun cinayətlə mübarizədəki rolu artıb. İnterpol bildirir ki, bütün dünyada polis idarələri onun məlumat bazalarından gündə 20 milyon dəfədən çox, yaxud saniyədə təxminən 250 axtarış sorğusu aparır.

İnterpol öz missiyasının bir hissəsi olaraq, bütün dünyada polis qüvvələrinə ekstradisiyası gözlənilən şübhəlinin yerini tapıb həbs etmək üçün müraciət edən qırmızı bildirişlər dərc edir.

Yalnız İnterpolun 195 üzv ölkəsi təşkilatın qaydalarına uyğun olduğu müddətdə qırmızı bildiriş tələb edə bilər. Təşkilatın  2017-ci ildə yaradılmış vəkillər və polis məmurlarından ibarət işçi qrupu daxil olan bütün qırmızı bildiriş sorğularını hərtərəfli yoxlayır.

Bundan əlavə, İnterpolun Fayllarına Nəzarət Komissiyası kimi tanınan, mübahisəli qırmızı bildirişləri və digər xəbərdarlıqları öz sistemindən silən müstəqil qurumu var. Komissiya üzvləri əsasən hüquqşünaslardan ibarət əlavə nəzarət orqanıdır.

Təşkilatın daimi iqamətgahı Fransanın Lion şəhərindədir. Azərbaycan 4 noyabr 1992-ci ildən İnterpolun üzvüdür.

 

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Səfir: WUF13 ölkələrimiz üçün fundamental əhəmiyyət kəsb edir  

18:19
21 May

WUF13-ü işıqlandıran xarici media nümayəndələri Şamaxıya səfər ediblər 

18:16
21 May

İordaniya mətbuatı WUF13 barədə yazıb  

18:08
21 May

Zelenski Xerson vilayətinin işğal altında olan hissəsində FTX qərargahına zərbə endirildiyini təsdiqləyib  

18:01
21 May

Dünya Bankı ilə dövlət maliyyəsinin idarə olunması və nəticəəsaslı büdcə mexanizmləri üzrə əməkdaşlıq müzakirə olunub

17:57
21 May

Mərkəz rəhbəri: Beynəlxalq davamlılıq dəyərləri ilə Azərbaycanda yerli peşəkar təcrübə arasında körpü yaratmağa çalışırıq  

17:51
21 May

FAO-nun regional seminarında Azərbaycanda narçılıq sektorunun inkişafı barədə məlumat verilib  

17:47
21 May

Növbəti panel sessiya: Erkən uşaqlıq dövrü üçün ictimai məkanlar  

17:41
21 May

Bu gecə Bakı və və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq - XƏBƏRDARLIQ

17:35
21 May

Azərbaycan Premyer Liqasında yeni mövsümün start tarixi məlum olub  

17:33
21 May

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin iyun ayında vətəndaşların qəbulu CƏDVƏLİ

17:32
21 May

WUF13: “Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir” mövzusunda PANEL  

17:31
21 May

Azərbaycan ilə Esvatini Krallığı arasında dağ-mədən sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb  

17:29
21 May

Bakı-Tbilisi marşrutunda bütün siniflər üzrə minimal tariflər açıqlanıb  

17:26
21 May

Nazir: “Yaşanıla bilən Bakı” layihəsi şəhərdə ekoloji mühitin yaxşılaşdırılması baxımından strateji əhəmiyyətə malikdir  

17:21
21 May

“AzerGold” sədri ilə Esvatini Kralı arasında görüş baş tutub

17:19
21 May

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan  

17:15
21 May

Ukrayna səfiri Azərbaycana göstərilən dəstəyə görə təşəkkür edib

17:13
21 May

Azərbaycan və Tacikistan arasında parlamentlərarası əməkdaşlıq güclənir

17:10
21 May

İspaniyalı ekspert: Urbanizasiyaya sürətli keçid lokal təşəbbüsləri aktual edir

17:07
21 May

BMT rəsmisi: WUF13 ölkələrin bir-birinə dəstəyi baxımından mühüm əhəmiyyət daşıyır

16:57
21 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!