03 Fevral 2026 08:45
853
Mədəniyyət
A- A+
Dünya ölkələrində şöhrət qazanmış görkəmli memar

Dünya ölkələrində şöhrət qazanmış görkəmli memar


Azərbaycan memarlıq məktəbinin görkəmli nümayəndələrindən biri də Dövlət mükafatı laureatı, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının və Beynəlxalq Ekologiya Akademiyasının həqiqi üzvü, memarlıq doktoru, professor Ramiz Əbdülrəhimovdur. Geniş fəaliyyəti və zəngin yaradıcılığı ilə seçilən və sevilən görkəmli memar gənclərə nümunə olan şərəfli bir ömür yolu keçmişdir. O, 1940-cı ildə Bakı şəhərində dünyaya göz açmışdır. Hələ orta məktəb illərindən inşaat və memarlıq sahəsinə böyük maraq göstərmişdir. Bu maraq onu Bakı Mərkəzi Pionerlər sarayına gətirib çıxarmışdır. Gələcəyin böyük memarı olacaq Ramiz Əbdülrəhimov burada rəsm və heykəl dərnəklərinə üzv yazılmışdır. İlk günlərdən fəallığı və çalışqanlığı ilə seçilmişdir.

Orta təhsilini başa vurduqdan sonra ailə vəziyyəti ilə əlaqədar işləmək məcburiyyətində qalmışdır. Bir il gündüzlər kitab mağazasında işləmiş, axşamlar isə ali məktəbə qəbul olmaq arzusu ilə imtahanlara hazırlaşmışdır. 1958-ci ildə Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsinə qəbul olmuşdur. Birinci kursun sonunda imtahan və məqbullardan yüksək qiymət aldığına görə rektorun əmri ilə dərsə gəlməsi sərbəst olmuşdur. Təhsildəki uğurlarına görə Ramiz Əbdülrəhimov yüksək təqaüd almışdır. Dərslərə gəlməyi sərbəst olduqdan sonra o, asudə vaxtdan səmərəli istifadə edərək tikintidə fəhlə, betonçu, hörgü ustası, malakeş kimi çalışaraq bu işləri dərindən öyrənmişdir. Ali təhsil ocağında dövrünün tanınmış memarları olan M.Hüseynov, Ə.Qasımzadə, H.Məcidov, H.Ələsgərov, B.İvanov, E.Kanukov, O.Qiyasov və başqalarından dərs alaraq biliklərini daha da artırmış, memarlığın sirlərinə dərindən yiyələnmişdir.

Müəllimi Ənvər Qasımzadənin yüksək pedoqoji və insani keyfiyyətləri onun bacarıqlı memar kimi formalaşmasına böyük təsir göstərmişdir. Bacarığına, istedadına görə Ramiz Əbdülrəhimov dördüncü kursdan başlayaraq "Azərkəndlayihə" İnstitutunda baş texnik, memar vəzifələrində işləmişdir. Onun "Əli Bayramlı şəhərinin baş planı" mövzusunda hazırladığı diplom işi SSRİ Memarlıq İttifaqının təşkil etdiyi ali memarlıq məktəblərinin diplom işləri müsabiqəsində mükafata layiq görülmüşdür.

1964-cü ildə Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsinin memarlıq ixtisasını bitirən Ramiz Əbdülrəhimov "Azərkommunallayihə" İnstitutunda işləmişdir. Bir müddətdən sonra isə ali təhsil ocağında müəllimi olmuş Ənvər Qasımzadənin məsləhəti ilə Politexnik İnstitutunda çalışmağa başlamışdır. Görkəmli memar Ramiz Əbdülrəhimov 1971-ci ildə texnika elmlər namizədi, 1996-cı ildə isə memarlıq doktoru dissertasiyalarını uğurla müdafiə etmişdir. 1977-ci ildə dosent, 1985-ci ildə professor elmi adı almışdır. Tanınmış memarın 70-ə yaxın layihəsi uğurla həyata keçirilmişdir. Ramiz Əbdülrəhimovun böyük sevgi ilə tərtib etdiyi və həyata keçməsini gözlədiyi layihələrindən biri də Türkdilli Dövlətlər Birliyi Mərkəzinin yerləşəcəyi kompleks olmuşdur.

Ramiz Əbdülrəhimov 1975-1977-ci illərdə tədqiqatçı-alim kimi Almaniyada ezamiyyətdə olmuşdur. Drezden Texniki Universitetində və Berlinin bir neçə elmi-tədqiqat institutlarında o, tanınmış alimlər professor Krak və Rayxartın rəhbərliyi altında xeyli səmərəli tədqiqat işləri aparmışdır. Tədqiqatlarla yanaşı, Ramiz müəllim Drezden Texniki  Universitetində memarlıq və inşaat bölmələrində təhsil prosesi ilə də yaxından tanış olmuşdur. 

Ramiz Əbdülrəhimov elmi işlərlə yanaşı, 1979-1993-cü illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakültəsinin dekanı vəzifəsində çalışmışdır. Gələcəyin memarlarına dərs demiş, bilik öyrətmişdir. Savadlı, bacarıqlı memarların hazırlanması üçün  əməyini heç vaxt əsirgəməmişdir.

Pedoqoji fəaliyyət göstərdiyi illərdə R.Əbdülrəhimov Azərbaycan, türk və rus dillərində memarlıq-inşaat lüğəti də hazırlayıb. 1993-cü ildə o, üç həftəliyə Şimali Kipr Cümhuriyyətinə dəvət olunmuşdur. Bu dəvət zamanı görkəmli memar Amerika Universitetinin Memarlıq fakültəsində tədris işlərinin aparılmasıyla bağlı dəyərli təkliflər vermişdir. 

Tanınmış pedaqoq, layihəçi-memar, elmi tədqiqatçı Ramiz Əbdülrəhimovun  həyat və yaradıcılığı ilə bağlı memarlıq doktoru, professor, AMEA-nın müxbir üzvü Cəfər Qiyasi "Memar Ramiz Əbdülrəhimov" adlı kitab yazıb. Kitabda onu tanıyan və sevən sənət adamları görkəmli memarın gördüyü işlərdən ətraflı söz açmış, ürək sözlərini söyləmişlər. Onun gördüyü işləri yüksək qiymətləndirmişlər.

Kitabda AMEA-nın həqiqi üzvü, professor Şamil Fətullayev-Fiqarov Ramiz Əbdülrəhimov haqqında demişdir: "Ramiz Əbdülrəhimov şəxsiyyətdir! Onun maraq dairəsini və çoxtərəfli istedadını qeyd etməklə, mükəmməl müəllim, gözəl natiq və bakılılara xas olan dünyagörüşünə malik bir vətəndaş olmasını göstərmək lazımdır. Onun insani xüsusiyyətləri prinsipiallığında və qayğıkeşliyində özünü büruzə verməkdədir. Bir memar kimi o özünü Türkiyədə, Kiprdə, Rusiyada, Almaniyada və digər ölkələrdə göstərmişdir".

Ramiz Əbdülrəhimov gördüyü memarlıq işlərinə görə müxtəlif illərdə bir-birindən dəyərli adlar və mükafatlar qazanıb. Ramiz Əbdülrəhimov 1976-cı ildə Azərbaycan Memarlar İttifaqına üzv olub. 1986-cı ildə Azərbaycan SSR "Əməkdar ali məktəb işçisi" fəxri adına layiq görülüb. Azərbaycan Dövlət Opera və Balet Teatrının yenidənqurma layihəsindəki fəaliyyətinə görə Ramiz Əbdülrəhimov Dövlət mükafatına layiq görülüb. Bacarığı və işgüzarlığı ilə şöhrət qazanan memar 1993-1996-cı illərdə İstanbul Texniki Universitetinin, 1996-2008-ci illərdə isə Qaradəniz Texniki Universitetinın professoru olmuşdur. 1992-ci ildə Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının akademiki seçilib. 1994-cü ildən Turkiyə Memarlar və Akustiklər Cəmiyyətinə, 1999-cu ildə isə Avropa Akustiklər Cəmiyyətinə üzv olub. 2003-cü ildən Beynəlxalq Ekologiya Akademiyasının, 2010-cu ildən isə Rusiya Beynəlxalq Memarlıq və İnşaat Akademiyasının akademikidir. 2016-cı ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. Geniş fəaliyyətinə, bacarığına görə görkəmli alim 2021-ci ildə 3-cü dərəcəli "Əmək" ordeninə layiq görülmüşdür.

Tanınmış azərbaycanlı memar Ramiz Əbdülrəhimov təkcə ölkəmizdə deyil, Türkiyə, Rusiya və Mərkəzi Asiyada çoxşaxəli layihələri ilə də şöhrət qazanmışdır. Bütün bunlar onu göstərir ki, yüksək bacarığa malik olan mütəxəssisin müəllifi olduğu layihələrin ünvanı çox geniş coğrafiyanı əhatə edir. Buna görə də istedadlı layihəçi-memar Ramiz Əbdülrəhimovu demək olar ki, dünyanın bir çox ölkəsində yaxşı tanıyırlar. Azərbaycan xalqı belə bacarıqlı, istedadlı oğulları ilə fəxr edir.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:48
04 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında

02:40
04 Aprel

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında

02:38
04 Aprel

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

Media: İran səmasında vurulmuş ABŞ-nin helikopteri təhlükəsiz eniş edə bilib  

23:51
03 Aprel

BƏƏ-də Habşan qaz strukturuna hücum olub, ölən var

23:49
03 Aprel

Minifutbol üzrə Azərbaycan çempionu mükafatlandırılıb

23:01
03 Aprel

İranın hücumu nəticəsində zədələnmiş Tailand gəmisində insan qalıqları tapılıb  

22:44
03 Aprel

Türkiyə və Azərbaycan hərbçiləri sarsılmaz dostluq və qardaşlıq əlaməti olaraq bayraqları dəyişiblər  

22:31
03 Aprel

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə edib  

22:08
03 Aprel

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub 

20:12
03 Aprel

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub olub

20:09
03 Aprel

Azərbaycan və Türkiyə arasında konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair fikir mübadiləsi aparılıb

19:56
03 Aprel

Uqanda ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilir  

19:28
03 Aprel

Rusiya Ukrayna ərazisi üzrə kombinə edilmiş ən böyük zərbələrdən birini endirib  

19:19
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

18:57
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

18:45
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar

18:34
03 Aprel

Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib  

18:20
03 Aprel

DTX rəisi: Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb  

18:07
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!