30 Mart 2026 11:03
166
İQTİSADİYYAT
A- A+
Dünya bazarında neft erasında yeni mərhələ

Dünya bazarında neft erasında yeni mərhələ


Hörmüz boğazının bağlanması və bununla əlaqədar olaraq dünya bazarında neftin qiymətinin həddən artıq dərəcədə bahalaşması neft erasında yeni mərhələnin başlandığını göstərir.

AZƏRTAC xəbər verir ki, bu gün neftin nəqli istiqamətinin dəyişməsi aktual məsələyə çevrilərək siyasi dairələrin müzakirəsinə çevrilib. İsrailin Baş naziri Benyamin Netanyahu təklif edib ki, Yaxın Şərq ölkələrindən (Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, İraq) dünya bazarına neft ixrac etmək üçün yeni boru kəməri çəkmək lazımdır və bu boru kəməri İsrail üzərindən keçməklə neft Qırmızı dəniz sahillərinə çatdırıla bilər. Bunun üçün isə iri həcmdə sərmayə lazımdır ki, kəmərin çəkilməsi ilə yanaşı İsrail sahillərində neft terminalı da tikilsin.

Tanınmış Rusiyalı iqtisadçı, professor İqor Linsiç bildirib ki, əgər Hörmüz boğazı uzun müddət bağlı qalsa İsrailin baş nazirinin təklifi reallaşa bilər. Bununla yanaşı Kanadanın yataqlarından hasil edilən neftin də okean sahilinə çatdırmaq üçün boru kəməri çəkilə bilər və bu məsələ də gündəmdə duraraq Qərbin siyasi hakimiyyətinin dəhlizlərində müzakirə olunur.

Eyni zamanda ABŞ artıq Venesuela neft sənayesinə sərmayə yatırıb hasilatı artırmağa çalışır. Bununla əlaqədar Ağ evdə prezident Donald Tramp ilə ABŞ-ın iri neft şirkətlərinin rəhbərləri arasında görüş keçirilib və bir sıra şirkətlər Venesuelaya müəyyən şərtlər çərçivəsində sərmayə yatırmaq üçün razılıq veriblər.

Neft əsasən mühərrik yanacağı olduğu üçün baha başa gəlməsi və geosiyasi mübarizələrin mərkəzində yer alması elektriklə çalışan mühərriklərin aktuallığını artırıb. Elektromobil istehsalına getdikcə daha çox üstünlük verilir və artıq cəmiyyətin ayrılmaz istəyinə çevrilib. Artıq Almaniyada, minik maşınları ilə yanaşı elektrik mühərrikli yük avtomobillərinin də kütləvi istehsalına keçid edib. Çin bu sahədə daha da irəli gedib və artıq yük daşıyan gəmilərin də elektrik mühərrikinə keçid etməsi üçün layihələr həyata keçirir.

Lakin bütün bunlar müasir dövrün iqtisadi sisteminin əsasını təşkil edən neftin əhəmiyyətini azaltmır. Qlobal güclərin yuxarıda göstərilən tədbirləri dünya bazarında neftin qiymətini aşağı sala bilər. Lakin nefti istehlakdan çıxarmaq və onu elektrik enerjisi əvəz etmək hələlik mümkün deyil.

Hələlik isə dünya bazarında neftin qiyməti artmaqda davam edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb  

13:21
30 Mart

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq - PROQNOZ

13:18
30 Mart

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

13:17
30 Mart

Güclü yağışdan sonra paytaxtda genişmiqyaslı daxili iməclik keçirilib  

13:03
30 Mart

Baba Vəziroğlu: O, yaratdığı bənzərsiz obrazlarla mənsub olduğu xalqın qəlbində əbədi yaşayacaq  

12:51
30 Mart

Xalq şairi: Rasim Balayev yalnız böyük aktyor deyildi, o, Azərbaycan kinosunun siması idi

12:39
30 Mart

Rafiq Əzimov: Rasim Balayev sənətinə sonsuz bağlılığı ilə seçilirdi

12:26
30 Mart

Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir

12:13
30 Mart

Hacı İsmayılov: Rasim Balayevin vəfatı sənət dünyası üçün ağır itkidir

12:07
30 Mart

Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində “Açıq qapı” günü

11:49
30 Mart

Dünya bazarında neft erasında yeni mərhələ

11:03
30 Mart

Baş Dövlət Yol Polisi İdarəsi daimi yaşayış yerlərinə qayıdan sürücülərə müraciət edib

10:57
30 Mart

Ötən gün 39 cinayətin açılması təmin edilib

10:41
30 Mart

Brent markalı neftin qiyməti 115 dolları ötüb

09:25
30 Mart

Xalq artisti Rasim Balayevin nəşi Bakıya gətirilib

09:13
30 Mart

NYT: Yaxın Şərqdə ABŞ qoşunlarının sayı 50 mini keçib

08:58
30 Mart

Qırmızı Aypara Cəmiyyəti: Gərginliyin başlamasından bəri İranda təxminən 21 min mülki şəxs yaralanıb

23:59
29 Mart

Küveytdə hərbi baza raket və PUA hücumuna məruz qalıb, 10 hərbçi yaralanıb

22:57
29 Mart

Media: İran Beer-Şevadakı sənaye parkına və Neqev səhrasında hərbi mərkəzlərə hücum edib  

22:38
29 Mart

Pakistan, Türkiyə, Misir və Səudiyyə Ərəbistanı ABŞ-İran münaqişəsinin həlli yollarını müzakirə ediblər  

22:37
29 Mart

Netanyahu Livanın cənubunda təhlükəsizlik zonasının genişləndirilməsi barədə göstəriş verib  

22:03
29 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!