30 İyun 2026 13:23
159
CƏMİYYƏT
A- A+
DSX Akademiyasının kursantlarının işğaldan azad edilmiş ərazilərə ekskursiyası təşkil olunub  

DSX Akademiyasının kursantlarının işğaldan azad edilmiş ərazilərə ekskursiyası təşkil olunub  


Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfər nəticəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının kursantlarının işğaldan azad olunmuş ərazilərə ekskursiyası təşkil edilib.

Bu barədə AZƏRTAC-a DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Bildirilib ki, ekskursiya zamanı kursantlar sərhəd mühafizə bölmələrində olub, sərhədçilərin xidməti fəaliyyəti, müasir texniki vasitələrdən istifadə imkanları, şəxsi heyət üçün yaradılmış sosial-məişət şəraiti ilə yaxından tanış olublar. Onlara dövlət sərhədlərinin toxunulmazlığının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər, müasir sərhəd mühafizəsi sistemləri, eləcə də bu sahədə tətbiq olunan innovativ yanaşmalar barədə ətraflı məlumat verilib.

Səfər çərçivəsində kursantlar qısa müddət ərzində bölgədə inşa edilmiş yeni yaşayış məntəqələri, müasir avtomobil yolları, körpülər, inzibati binalar, sosial infrastruktur obyektləri və digər mühüm layihələrlə tanış olublar.

Şuşanın zəngin tarixi-mədəni irsi, Füzuli və Xankəndidə yaradılmış müasir infrastruktur, Zəngilan və Cəbrayıl rayonlarında həyata keçirilən irimiqyaslı layihələr, həmçinin Qubadlı rayonunda aparılan abadlıq və yenidənqurma işləri kursantlarda xüsusi maraq doğurub.

Kursantlar ekskursiya zamanı apardıqları müşahidələrin onlarda böyük qürur hissi yaratdığını ifadə etmiş, gələcəkdə Vətənə, xalqa və Ali Baş Komandana şərəflə xidmət edəcəklərinə, Azərbaycanın dövlət sərhədlərinin toxunulmazlığının təmin olunması naminə bütün bilik və bacarıqlarını səfərbər edəcəklərinə əminliklərini ifadə ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kepbanov: Türkmənistan Prezidentinin Azərbaycana səfəri strateji tərəfdaşlığın səviyyəsini təsdiqlədi  

16:02
30 İyun

Avropa İttifaqı rusiyalılara turist vizalarının verilməsini tamamilə dayandıra bilər

14:36
30 İyun

Azərbaycanın və Qazaxıstanın xarici işlər nazirləri əməkdaşlığın perspektivlərini nəzərdən keçiriblər  

14:23
30 İyun

Katrin Bomberger: Azərbaycanın məhkəmə-genetik ekspertləri ilə əməkdaşlıq etməkdən məmnunluq duyuruq 

14:21
30 İyun

TDT-yə üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin İkinci görüşü Qazaxıstanda keçiriləcək  

14:19
30 İyun

Onlayn qumar oyunlarının keçirilməsinə görə cəzalar sərtləşdirilir

14:14
30 İyun

Sabah axşama doğru əksər rayonlarda yağıntılar tədricən kəsiləcək

14:13
30 İyun

Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin nəzdində yeni şöbə yaradılacaq

14:07
30 İyun

Ədalət Həsənov: 454 şəxsə məxsus sümüklərin qalıqları üzərində həyati xəsarətlər aşkar edilib

14:03
30 İyun

Qanunda dəyişiklik: Ələt azad iqtisadi zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq

14:01
30 İyun

Komitə sədri: Şuşada təməli qoyulan əməkdaşlıq platforması Türk dünyasının ortaq gələcəyinə xidmət edəcək  

13:56
30 İyun

NİİM sürücülərə növbəti dəfə müraciət edib 

13:49
30 İyun

Ermənistanın ədliyyə naziri parlament seçkilərinin nəticələrindən danışıb

13:39
30 İyun

“Psixiatriya yardımı haqqında” Qanuna dəyişikliklər edilir

13:32
30 İyun

DSX Akademiyasının kursantlarının işğaldan azad edilmiş ərazilərə ekskursiyası təşkil olunub  

13:23
30 İyun

Ramin Məmmədov: TDT regional sabitliyin və qlobal sülhün möhkəmləndirilməsində əsas amilə çevrilən nüfuzlu geosiyasi güc mərkəzidir  

13:16
30 İyun

Qazaxıstanlı mütəxəssis: Bakıda Birinci Türkoloji Qurultayda səslənən ideyalar bu gün gerçəyə çevrilir 

12:58
30 İyun

Ötən gün 51 cinayətin açılması təmin olunub

12:48
30 İyun

Tahir Budaqov: Azərbaycan süni intellekt ekosisteminin inkişafını prioritet hesab edir  

12:43
30 İyun

ICMP-nin baş direktoru: İndi ailələr itkin düşən şəxs barədə məlumat bazasına hesabat verə bilərlər

12:39
30 İyun

Maliyyə naziri: Uzunmüddətli dövrdə dövlətin səhiyyə xərclərinin səmərəliliyi artırılacaq

12:31
30 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!