07 May 2026 11:23
359
İQTİSADİYYAT
A- A+
Dövlət və icmal büdcələr üzrə gəlirlər proqnozu üstələyib  

Dövlət və icmal büdcələr üzrə gəlirlər proqnozu üstələyib  

2026-cı ilin yanvar-aprel aylarında dövlət büdcəsinin icrasında müsbət meyillər davam edib. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 376,6 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.

Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, cari ilin yanvar-aprel ayları ərzində dövlət büdcəsinin gəlirləri 13 milyard 564 milyon manat təşkil edib ki, bu da proqnozu 99 milyon manat və ya 0,7 faiz üstələyib.

Dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 6 milyard 862,5 milyon manat təşkil edərək proqnozdan 129 milyon manat və ya 1,9 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 2 milyard 32,7 milyon manat təşkil edərək proqnozdan 6,7 milyon manat və ya 0,3 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 18,5 milyon manat təşkil edərək proqnozdan 2,4 milyon manat və ya 14,8 faiz, sair daxilolmalar 141,2 milyon manat təşkil edərək proqnozdan 38,3 milyon manat və ya 37,3 faiz çox, Dövlət Neft Fondundan transfert isə 4 milyard 280 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib. Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 229,1 milyon manat təşkil edərək proqnoza qarşı 74,7 faiz icra olunub.

Yanvar-aprel ayları ərzində dövlət büdcəsinin xərcləri 10 milyard 933,4 milyon manat proqnoza qarşı 10 milyard 531,1 milyon manat məbləğində icra edilib ki, bu da 96,3 faiz təşkil edir.

2026-cı ilin yanvar-aprel ayları ərzində icmal büdcənin gəlirləri 16 milyard 2 milyon manat, xərcləri isə 12 milyard 43,4 milyon manat məbləğində icra edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"CandyFest" yay festivalının ilk günü xoş anlarla yadda qaldı

08:55
02 İyun

Uzaq yolu yaxın edənlər

08:50
02 İyun

Milli iradəyə söykənən müstəqil siyasət 

08:45
02 İyun

Diplomatların fəaliyyət səmərəliliyinin yüksəlməsinə xidmət edən dəyişikliklər

08:40
02 İyun

Müstəqilliyin Qarabağ zirvəsi

08:35
02 İyun

Rəqabət kəskinləşir, qarşılıqlı ittihamlar artır

08:30
02 İyun

Azərbaycanın uğurlu tərəfdaşlıq modeli

08:27
02 İyun

AÇG-dən sərbəst təbii qazın hasilatına başlandı

08:25
02 İyun

Azərbaycan enerji sahəsində qlobal əməkdaşlığın vacib iştirakçısıdır

08:20
02 İyun

Azərbaycanın qlobal proseslərə təsir imkanları genişlənib

08:15
02 İyun

Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti turizmin inkişafına yeni dinamika gətirəcək

08:10
02 İyun

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Belarusda səfərdə olub

08:05
02 İyun

Azərbaycan bu gün qlobal proseslərdə söz sahibi kimi qəbul olunur 

08:00
02 İyun

"Bakıxanov Trikotaj" ASC-nin səhmdarlarının nəzərinə

02:50
02 İyun

Bakı Enerji Həftəsinin ilk günü başa çatıb - YENİLƏNİB  

22:55
01 İyun

Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası ikitərəfli əməkdaşlığa töhfə verəcək  

22:53
01 İyun

SOCAR-ın prezidenti “KazMunayGas” şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb  

22:52
01 İyun

Azərbaycan-ABŞ arasında TRIPP layihəsinin icrası məsələləri müzakirə olunub  

22:50
01 İyun

SOCAR və “ExxonMobil” birgə tərəfdaşlığı yenidən nəzərdən keçirib  

22:49
01 İyun

 “Space-Track”: Yer kürəsi ətrafında saatda 28 min kilometr sürətlə 33 mindən çox obyekt hərəkət edir  

22:48
01 İyun

Xəzər dənizi vasitəsilə enerji nəqlinin təşkili məsələləri barədə fikir mübadiləsi aparılıb  

21:57
01 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!