13 Aprel 2026 14:01
150
CƏMİYYƏT
A- A+
Dövlət Məşğulluq Agentliyi daha 1000-dən çox şəxsi peşə kurslarına cəlb edib

Dövlət Məşğulluq Agentliyi daha 1000-dən çox şəxsi peşə kurslarına cəlb edib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 1009 nəfər işsiz və işaxtaran şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 261 nəfəri üçün agentliyin Bakı, Gəncə, Göyçay, Qarabağ Peşə Hazırlığı Mərkəzlərində, 748 nəfəri üçün özəl tədris müəssisələrində kurslar təşkil olunub.

Kurslarda müdavimlərə data analitik, insan resursları mütəxəssisi, mühasib, qrafik dizayner, sığorta agenti, yanacaqdoldurma stansiyalarının operatoru, qənnadıçı, şirniyyatçı və digər peşələr üzrə bilik və bacarıqlar öyrədilir.

İşəgötürənlərlə əməkdaşlıq edilməklə təşkil olunan kursları uğurla başa vuran şəxslərin işlə təminatına da dəstək göstəriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Şaxtyor”un oyunu hava hücumu xəbərdarlığına görə dayandırılıb

16:01
13 Aprel

Britaniyanı Aİ-yə daha çox yaxınlaşdıracaq qanunvericilik aktı hazırlanacaq

16:00
13 Aprel

2026-cı il Dünya Kuboku qlobal iqtisadiyyata 80 milyard dollardan çox fayda gətirəcək  

15:44
13 Aprel

Macarıstanda seçkilərdə müxalifətdəki “Tisza” partiyası qalib gəlib

15:32
13 Aprel

COVID-19-un yeni variantı: narahatlığa əsas varmı?

15:27
13 Aprel

Avropada təbii qaz qiymətləri yenidən artır

15:26
13 Aprel

Ukrayna Prezidenti yeni təhlükəsizlik müqavilələrinin anonsunu verib  

15:14
13 Aprel

Enerji bazarlarında müvəqqəti "sakitlik" bitdi

15:12
13 Aprel

Alimlər: Yerə yaxın olan təqribən 40 min asteroid mövcuddur

15:02
13 Aprel

Azərbaycanda benzin və dizel yanacağı satışından əldə olunan gəlirlər 6 faizə yaxın artıb

14:58
13 Aprel

Kreml Macarıstan ilə dialoqu davam etdirməyə hazır olduğunu bildirib

14:49
13 Aprel

Media: İran və ABŞ danışıqlardan imtina etməyib

14:42
13 Aprel

Birinci rübdə əsas kapitala 4 milyard manatdan çox investisiya yönəldilib

14:39
13 Aprel

Azərbaycanın xarici dövlət borcu azalıb

14:34
13 Aprel

Türkiyə XİN-in rəhbəri: Region ölkələri təhlükəsizlik paktı bağlamalıdır  

14:31
13 Aprel

Azərbaycanın strateji valyuta ehtiyatları artıb

14:29
13 Aprel

Hakan Fidan: Türkiyə Azərbaycan ilə Ermənistan arasında sülhə töhfə verməyə çalışır

14:23
13 Aprel

Böyük Britaniyada səhiyyə sisteminin inkişaf etmiş digər ölkələrdən geri qaldığı açıqlanıb  

14:16
13 Aprel

Hakan Fidan: Bütün dünya Hörmüz boğazında naviqasiya azadlığının qorunmasını dəstəkləyir

14:08
13 Aprel

Dövlət Məşğulluq Agentliyi daha 1000-dən çox şəxsi peşə kurslarına cəlb edib

14:01
13 Aprel

Çin nümayəndəsi: Hörmüz boğazında maneəsiz keçid ortaq maraqlara xidmət edir  

13:44
13 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!