10 Fevral 2026 13:46
162
CƏMİYYƏT
A- A+
Dövlət Agentliyi ötən ilin hesabatını açıqlayıb

Dövlət Agentliyi ötən ilin hesabatını açıqlayıb


Fevralın 10-da Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyində (SİTGDMNDA) ötən ilin yekunları ilə bağlı mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, mətbuat konfransında agentliyin rəisi Vüsal Ağayev media nümayəndələrinə bildirib ki, SİTGDMNDA 2025-ci il ərzində ölkə ərazisində sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizlik üzrə vahid dövlət siyasətinin və tənzimlənməsinin səlahiyyətləri daxilində həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirib.

Qeyd olunub ki, il ərzində agentlik tərəfindən 3561 təhlükə potensiallı obyektdə 37 min 569 qurğu və avadanlıq üzrə texniki müayinələr keçirilib və 6603 akt tərtib edilib. Aktlarda 14 min 992 qayda pozuntusu qeydə alınıb və onların aradan qaldırılması ilə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, təhlükəli vəziyyətdə istismar olunan 144 qurğunun istismarına məhdudiyyət tətbiq edilib.

Həmçinin təhlükə potensiallı obyektlərdə istismar olunan texniki qurğu və avadanlıqlar üzrə ümumilikdə 2696 hüquqi və fiziki şəxsə 14 min 325 ədəd texniki təhlükəsizlik sertifikatı verilib. Texniki təhlükəsizlik tələblərinin icrası məqsədilə isə 5097 nəfər işçinin bilik səviyyəsi yoxlanılıb və həmin şəxslərə müvafiq təsdiqedici sənədlər təqdim edilib.

Müraciətlərə uyğun olaraq, hüquqi və fiziki şəxslərə təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə agentlik tərəfindən 1087 ədəd çıxarış, nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında isə 3405 ədəd şəhadətnamə verilib. Qeydiyyata alınmış ekspertiza rəylərinin ümumi sayı 5494 ədəd təşkil edib.

Bildirilib ki, hesabat dövründə agentlik tərəfindən qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin istismarına icazə verilməsi sisteminə daxil olmuş müraciətlər əsasında 26 min 192 obyektdə müayinə aparılıb. Bunlardan 25 min 682 obyektin istismarına icazə ilə bağlı müsbət, 510 obyektin istismarına isə mənfi rəy bildirilib.

Bundan başqa, 1523 ədəd texnoloji nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınıb, 2016 texnoloji və digər mexaniki nəqliyyat vasitələrinin texniki baxışı həyata keçirilib, 248 ədəd nəqliyyat vasitəsi təkrar qeydiyyata alınıb, 292 ədəd nəqliyyat vasitəsi isə qeydiyyatdan çıxarılıb.

Eləcə də, 6637 nəfər işçi texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarının və normalarının öyrənilməsi üzrə agentlik tərəfindən təşkil olunmuş tədris kurslarında iştirak edib və onlara müvafiq şəhadətnamələr təqdim olunub. 195 ədəd qaldırıcı və qazma qurğularının təhlükəsiz üsulla sınaqları aparılıb. 2228 ədəd qurğu və avadanlığın, 43 ədəd qaynaq birləşmələrinin və 1326 metr manifold borusunun defektoskopiyası keçirilib, 143 ədəd qurğu və avadanlıq sınaq olunub, 295 ədəd avadanlığın isə daxili baxışı keçirilib.

Təhlükəli yükləri daşıyan avtonəqliyyat vasitələri üzrə 2269 texniki müayinə, 1202 yuma deqazasiya işləri aparılıb, 1643 texnoloji və digər mexaniki nəqliyyat vasitələrində isə texniki baxış həyata keçirilib.

Hesabat dövründə “ASAN xidmət” mərkəzinə hüquqi və fiziki şəxslər tərəfindən təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilməsi üçün daxil olmuş müraciətlər əsasında 2257 sənəd təhvil verilib, 1300 sahibkarlıq subyektinə isə Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrinin aparılması Qaydası”nın tələbləri izah edilib.

Vurğulanıb ki, SİTGDMNDA respublika ərazisində sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin səlahiyyətləri daxilində təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.

Sonra media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ankara ilə Afina arasında əməkdaşlığın inkişafı müzakirə ediləcək

15:34
10 Fevral

Tədqiqat: İnfeksion xəstəliklərdən ölüm hallarının 10 faizi piylənmə ilə bağlıdır  

15:33
10 Fevral

Yağıntılı və küləkli hava şəraiti davam edir – FAKTİKİ HAVA

15:32
10 Fevral

Fərid Cəfərov: “Kinematoqrafiya haqqında” yeni qanunun qəbulu bu sahənin inkişafına böyük təkan verəcək  

15:31
10 Fevral

BVF-nin missiyası ilə pensiya islahatları və əmək bazarındakı yeniliklər müzakirə olunub

15:07
10 Fevral

Lamiyə Vəliyeva yeni ölkə rekordu müəyyənləşdirib

14:57
10 Fevral

“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

14:56
10 Fevral

Azərbaycan və ABŞ arasında süni intellekt sahəsində əməkdaşlıq müzakirə olunub  

14:53
10 Fevral

Sabah hava yağıntılı olacaq, bəzi yollar buz bağlayacaq 

14:49
10 Fevral

Milli Məclis BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını təsdiqləyib 

14:48
10 Fevral

“Yol hərəkəti” və “Avtomobil yolları” haqqında qanunlara dəyişikliklər müzakirə olunur 

14:42
10 Fevral

"İnvestisiya fəaliyyəti haqqında" Qanunda dəyişiklik layihəsi plenar iclasa tövsiyə edilib  

14:35
10 Fevral

"Kinematoqrafiya haqqında” Qanun dəyişir

14:23
10 Fevral

Donald Tramp ABŞ və Kanada arasında körpünün açılışını əngəlləyə bilər

14:21
10 Fevral

Azərbaycan və ABŞ arasında ticarət və strateji əməkdaşlıq müzakirə edilib  

14:15
10 Fevral

Nazirlik: Pensiya təminatı üçün ayrılan illik vəsait bu il 7 milyard 993 milyon manata çatıb  

14:13
10 Fevral

Dövlət Agentliyi ötən ilin hesabatını açıqlayıb

13:46
10 Fevral

“Təhsil haqqında” Qanuna dəyişiklik edilir

13:37
10 Fevral

Azərbaycan-Meksika dostluq əlaqələri müzakirə olunub

13:33
10 Fevral

Milli Məclis “Patent haqqında” Qanuna dəyişiklikləri təsdiqlədi

13:18
10 Fevral

AQTA-nın “Sağlam məktəbli” layihəsi Ağalıda

13:14
10 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!