17 Sentyabr 2024 09:15
608
DÜNYA
A- A+
Donald Trampa qarşı sui-qəsd cəhdi araşdırılır 

Donald Trampa qarşı sui-qəsd cəhdi araşdırılır 



ABŞ-nin sabiq prezidenti Donald Trampın olduğu "Trump International Golf Club" qolf klubunda atışma baş verib. Şübhəli şəxsin tutulduğu bildirilir. Ölkənin Məxfi Xidməti əməkdaşının silahlı şəxsə atəş açmasına yerli asayiş keşikçiləri aydınlıq gətiriblər. 

Palm Biç rayonunun şerifi Rik Bredşou deyib ki, şübhəlinin gizlənməyə çalışdığı qolf klubunun yaxınlığındakı kolluqlarda teleskopik nişangahı olan AK-47 avtomatı, keramika lövhələri olan iki çanta və hərəkət kamerası tapılıb.

Məlumata gorə, şahidlərin köməyi ilə 58 yaşlı Rayan Uesli Rut adlı şübhəli şəxs təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılıb. O, Havay adaları sakinidir.

ABŞ Federal Təhqiqatlar Bürosu atışma ilə bağlı araşdırma apardığını və insidenti Donald Trampa qarşı mümkün sui-qəsd cəhdi kimi qiymətləndirdiyini bildirib.

Hadisənin baş verdiyi Florida ştatının qubernatoru Ron DeSantis bildirib ki, siyasətçinin qolf klubunun yerləşdiyi məkanda  hakimiyyət orqanları ABŞ prezidentliyinə namizədə qarşı sui-qəsd cəhdinin təfərrüatları ilə bağlı öz araşdırmalarını aparacaq. Onun sözlərinə görə, xalq şübhəli şəxs haqqında "həqiqəti bilməyə layiqdir" və təcavüzkarın ABŞ prezidentliyinə namizədin 460 metr yaxınına necə gəldiyi öyrənilməlidir.

ABC telekanalı öz  mənbələrinə istinadən xəbər verir ki, istintaqı aparan hüquq-mühafizə orqanlarının əməkdaşları respublikaçının Ukraynadakı münaqişə ilə bağlı mövqeyinin sui-qəsd cəhdi üçün əsas ola biləcəyi mülahizəsi üzərində də işləyirlər. Onun sözlərinə görə, səlahiyyətlilər şübhəli 58 yaşlı Rayan Uesli  Rutun Ukraynadakı münaqişə mövzusu ilə bağlı, xüsusən də Trampın bu məsələdə mövqeyindən hər hansı şikayətinin olub-olmadığını araşdırırlar.

Bundan əvvəl "The New York Post" qəzeti Rutun Ukraynaya səfər etdiyini və Kiyev hakimiyyətini dəstəklədiyini yazıb. Nəşrin qeyd etdiyinə görə, o, Əfqanıstandakı münaqişənin amerikalı veteranlarını Ukraynaya göndərmək ideyasını irəli sürməyə çalışıb, həmçinin Kiyevin tərəfində döyüşmək arzusunu bildirib.

Öz növbəsində "MSN News" portalı xəbər verir ki, Rut, təsdiqlənməmiş məlumatlara görə, Ukrayna üçün vəsaitin toplanmasında da iştirak edib. Donald Tramp iddia edilən sui-qəsd cəhdindən sonra ABŞ Məxfi Xidmətinə və Amerika polisinə minnətdarlığını bildirib. Bu arada İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidentliyinə namizədə qarşı sui-qəsd cəhdindən sonra onu "bəxtinə güvənməməyə" çağırıb. O, Vaşinqtonun Trampın təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görəcəyinə ümid etdiyini bildirib.

Macarıstanın baş naziri Viktor Orban da öz növbəsində amerikalı siyasətçinin mümkün sui-qəsd cəhdindən sonra təhlükə qarşısında olduğu fikrini bildirib.

Xatırladaq ki, iyulun 13-də də Tramp Pensilvaniya ştatında seçki kampaniyası mitinqində sui-qəsdə məruz qalmışdı. O, qulağından yaralanmışdı.

İddia edilən yeni sui-qəsd cəhdindən sonra verdiyi ilk açıqlamada Donald Tramp deyib ki, heç nə ona mane olmayacaq və ya geri çəkilməyə məcbur etməyəcək:

"Mənim yaxınlığımda atəşlər açıldı, lakin şayiələr nəzarətdən çıxmazdan əvvəl bunu eşitmənizi istərdim: Mən sağ və salamatam! Məni heç nə dayandıra bilməz. Mən heç vaxt təslim olmayacam! Məni dəstəklədiyiniz üçün sizi həmişə sevəcəyəm".


Rizvan CƏFƏROV,

 "Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prioritet hədəf dəyişmir

08:25
15 Yanvar

Azərbaycan-BƏƏ əməkdaşlığı müasir çağırışlara cavab verir 

08:20
15 Yanvar

Sumqayıtlılar yenə fəaldırlar

08:15
15 Yanvar

Məntəqələr seçkilərə hazırdır

08:10
15 Yanvar

"Bu ərazilərə sanki atom bombası atılıb"

08:05
15 Yanvar

16 min 124 namizəd, 23 siyasi partiya, 69 minə yaxın müşahidəçi

08:00
15 Yanvar

"Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

01:58
15 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 may tarixli 147 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:57
15 Yanvar

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 8 yanvar tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:56
15 Yanvar

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:56
15 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 yanvar 2025-ci il tarixli 4 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:55
15 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 yanvar 2025-ci il tarixli 5 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:55
15 Yanvar

Rusiyalı məşqçi Bakıya gəlir  

23:23
14 Yanvar

"Mingəçevir" klubu ilə ASTA arasında tərəfdaşlıq müqaviləsi imzalanacaq  

23:22
14 Yanvar

Somalidə 20 DEAŞ terrorçusu öldürülüb

23:20
14 Yanvar

Pakistan ordusu 27 terrorçunu zərərsizləşdirib  

23:18
14 Yanvar

Suriyanın Latakiya vilayətində tərksilah əməliyyatı davam edir  

23:17
14 Yanvar

Tusk: Trampın Qrenlandiya ilə bağlı açıqlamaları narahatlıq doğurur

23:15
14 Yanvar

Suriyadakı yeni hökumətin yüksəksəviyyəli nümayəndə heyəti sabah Türkiyəyə səfər edəcək  

23:12
14 Yanvar

Elin Süleymanov britaniyalı nazirlə görüşüb

23:12
14 Yanvar

Türkiyənin ətraf mühit strukturları kömürdən imtinaya və bərpaolunan enerjidən istifadə etməyə çağırıb

20:52
14 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!