09 Fevral 2025 11:13
371
DÜNYA
A- A+
Donald Tramp Şahzadə Harrini deport etməyəcəyini açıqlayıb

Donald Tramp Şahzadə Harrini deport etməyəcəyini açıqlayıb


ABŞ Prezidenti Donald Tramp Şahzadə Harrinin ölkədən deportasiya edilməyəcəyini bəyan edib.

AZƏRTAC “The Telegraph”a istinadla xəbər verir ki, “Heritage Foundation” adlı mühafizəkar beyin mərkəzi Şahzadə Harrinin ABŞ vizası ilə bağlı sənədlərinin araşdırılmasını tələb edir. Onlar iddia edirlər ki, Şahzadə Harri ya immiqrasiya sənədlərində yalan danışıb, ya da Bayden administrasiyası ona xüsusi güzəştlər edib.

Lakin D. Tramp bununla bağlı heç bir addım atmayacağını bildirib: “Mən onu rahat buraxacağam. Onun artıq həyat yoldaşı ilə kifayət qədər problemi var”,- deyə Prezident qeyd edib.

ABŞ Prezidenti daha əvvəl də Meqan Markl haqqında tənqidi fikirlər səsləndirib və Şahzadə Harrinin onun tərəfindən idarə olunduğunu deyib.

“Heritage Foundation”ın məhkəmədə irəli sürdüyü iddialar Şahzadə Harrinin “Spare” adlı memuarında yeniyetmə yaşlarında kokain və marixuanadan istifadə etdiyini etiraf etməsinə əsaslanır.

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!