16 May 2024 09:15
3042
Oxucu məktubları
A- A+

Doğma Şuşamızın abadlaşdırılmasında iştirak edirik

 

Didərginlik həyatını Bərdə rayonunun Mirzalıbəyli kəndində keçirmişik. Düzdür,  camaatla qaynayıb-qarışmışdıq. Hər kəsdən səmimi münasibət görürdük. Ancaq doğma yurd bambaşqadır. Onu heç nə əvəz edə bilməz. 
Şuşanın azad edilməsi xəbərini eşidəndə ağlımıza gələn ilk fikir bu oldu: "Biz daha qaçqın deyilik!" Bu fikrin özü bizi xoşbəxt etmək üçün kifayət idi. 
İndi isə Şuşada yeni salınmış şəhərcikdə mənzillə təmin olunmuşuq. Həmçinin doğma şəhərimizin müharibənin vurduğu ağır yaralardan qurtulmasında, tikilməsində oğlumla bərabər iştirak edirəm. Ailədə 3 nəfərik. Hər səhər yuxudan oyanıb Şuşanın heç yerdə olmayan havasını udanda bu xoşbəxtliyi bizə bəxş edənlərə ürəkdən dualar edirik.  Prezident İlham Əliyevə ailəmizin təşəkkürünü bildiririk. Ali Baş Komandanımız təkcə torpaqlarımızı işğaldan azad etməmişdir. Həm də keçmiş məcburi köçkünlərin bu torpaqlarda rahat yaşaması üçün indiyədək dünyada görünməyən miqyasda geniş tikinti-quruculuq işlərinin aparılmasını təmin etmişdir. 
Şuşada böyük həvəslə yaşayır və işləyirik. Bu torpaq uğrunda ölümün üzünə dik baxan oğullara Allahdan rəhmət,  valideynlərinə, doğmalarına səbir diləyirik. Allah qazilərimizə cansağlığı versin.

Vahid ZEYNALOV, 
Şuşa şəhəri  

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video