22 Fevral 2023 00:51
709
SİYASƏT
A- A+
Din pərdəsinə bürünmüş rəzillik

Din pərdəsinə bürünmüş rəzillik

 

İran kimi teokratik dövlətin müasir dünyada mövcudluğu zamanın inkişaf istiqaməti ilə üst-üstə düşmür

 

Müasir İranın həm daxili, həm xarici siyasəti ikili standartlar, bəzən isə hətta riyakarlıq üzərində qurulub. İran İslam Respublikası çoxmillətli ölkədir və burada böyüklü-kiçikli 80-dən çox xalq yaşayır ki, bunlar dil, milli kimlik, tarix, ənənə və bəziləri hətta dini məzhəb cəhətdən biri digərindən, o cümlədən farslardan fərqli olsalar da, onların hamısı "iranlı" və ya "İran milləti" adlandırılır. Farslardan əlavə, bu ölkədə 40 milyona yaxın Azərbaycan türkü, 5 milyondan çox kürd, 3-4 milyon ərəb, bəluc, mazandaranlı, gilək, talış, türkmən və sair millətlər yaşayır, ancaq İran əhalisinin böyük əksəriyyətini təşkil edən bu xalqların öz ana dilində bir məktəbi belə yoxdur. 
Halbuki bu ölkənin Konstitusiyasının 4-cü maddəsində aydın yazılıb ki, "İran xalqı hansı etnik qrup (qövm), qəbilədən olmasından asılı olmayaraq, bərabər hüquqa malikdir, rəng, irq, dil və bu kimi amillər kimsəyə üstünlük (imtiyaz) vermir". 
Ermənilərdən başqa, onların sayı 120-150 min arasında göstərilir, qeyri-müsəlmanlar təqib olunur, onlara qarşı həbs və zorakılıqlardan belə çəkinilmir. Milli, dini və məzhəb ayrı-seçkiliyi ölkənin dövlət siyasətinin mühüm tərkib hissəsidir. Rəsmi Tehran Əsas Qanunun 11-ci maddəsini də - "Bütün müsəlmanlar bir ümmətdir və İran İslam Cümhuriyyəti öz ümumi siyasətini islam xalqlarının birlik, vəhdət və həmrəyliyi əsasında qurmağa, islam dünyasında siyasi, iqtisadi və mədəni vəhdətin gerçəkləşməsi üçün ardıcıl səy göstərməyə borcludur" prinsipini  də kobud surətdə pozur. Halbuki müsəlman Azərbaycan Respublikasına qarşı düşmən olan, onun ərazisinin 20 faizini işğal edən, 1 milyona qədər azərbaycanlını öz doğma yurdundan qaçqın və köçkün salan ermənilərə qonşu İran İslam Respublikasında geniş meydan verilib.
Ermənilərə İranda 30-dan çox məktəbdə ana dilində təhsil almaq şəraiti yaradılıb, həmçinin İsfahan və Tehran universitetlərində erməni dilində fakültələr fəaliyyət göstərir. Azərbaycanın tarixi, ədəbiyyatı, milli varlığı əleyhinə erməni müəlliflərinin çoxsaylı kitab, dərgi və qəzetlərinin çapına icazə verilib. İran nəşriyyatları türk dünyası, o cümlədən Azərbaycan əleyhinə yazılmış erməni müəlliflərinin əsərlərini məmnuniyyətlə çap etdikləri halda, azərbaycanlı müəlliflərin milli ruhlu yazıları basqılara məruz qalır. Qara Kilsə adlanan Güney Azərbaycanın qərb bölgəsindəki yerdə erməni keşişinin "tarixi" qəbri İran və dünya erməniləri tərəfindən hər il iyun ayının 24-də təntənəli ziyarət olunduğu halda, Azərbaycan xalqının milli qəhrəmanı Babəkin adını daşıyan "Babək qalası"na ziyarətə getmək, orada kütləvi görüşlər keçirmək neçə ildir yasaq edilib, buna təşəbbüs göstərənlər isə təqib olunurlar. BMT tərəfindən elan olunmuş "Ana dili günü"nün Güney Azərbaycanda və digər qeyri-fars əyalətlərində qeyd olunmasına icazə verilmir. Təbrizdə, Urmiyada, Ərdəbildə azərbaycanlılar tərəfindən çap olunan dərgi və qəzetlərin redaksiyaları (ofisləri) bağlanmış, yazarlarından bir qismi həbs olunmuş və ya böyük məbləğdə cərimələnmişlər. Mədəni və milli hüquqlarını tələb edən azərbaycanlı fəallar təqib edilir və qondarma ittihamlarla həbs olunur, işgəncələrə məruz qalır, edama məhkum edilirlər. 
İran qapalı ölkədir. Belə ölkələrdə həmişə çalışırlar ki, daxildəki informasiyanı gizlətsinlər. İrandakı son zəlzələ zamanı tələfatın gizlədilməsi cəhdləri, dünya ölkələrinin yardım istəklərindən imtina edilməsi bu rejimin öz xalqına qarşı sərt mövqe sərgilədiyini nümayiş etdirir. İnsanlar tələf olub. İlk növbədə düzgün məlumat verməlidirlər. Kömək əlini uzadan ölkələrin yardımını qəbul etməlidirlər. Bu da çətin vəziyyətə düşən insanlara bir qədər kömək olar. Amma, təəssüf ki, İran rəhbərliyi həmişə əks mövqe tutur. Hesab edirəm ki, İran kimi teokratik dövlətin müasir dünyada mövcudluğu zamanın inkişaf istiqaməti ilə üst-üstə düşmür. Molla rejimi özü köhnəliyin qalığı kimi görünür. 1979-cu ildən bu yana bu rejimin başında duranların əsas məqsədi sistemin həyatını uzatmaqdır. Amma tarixin axarına qarşı getmək mümkün deyil. XXI əsrdə Orta əsrlər qayda-qanunu ilə yaşayan dövlətin mövcudluğu nonsensdir. İnanıram ki, İranda gec-tez müəyyən dəyişikliklər olacaq. Ölkə modernləşməlidir. Hər seçki zamanı İranda çox böyük mübarizə gedir. Elə sonuncu prezident seçkiləri zamanı mühafizəkarlarla islahatçılar arasında gərgin mübarizə getdi. Silah və zor gücünə etirazlar yatırıldı. Amma bu, müvəqqəti xarakter daşıyır. Hesab edirəm ki, İran kimi böyük dövləti bu şəkildə idarə etmək uzun sürməz.
İranın Azərbaycanda təsir göstərmək imkanına gəldikdə, bu sahədə çox diqqətli olmalıyıq, çünki bu bir tərəfdən əksəriyyət təşkil edən həmməzhəblərə arxalanır, digər tərəfdən İranın rəsmi siyasəti ilə gücləndirilir. Lakin bu təsir elə bir uğur qazanmayıb və qazanmayacaqdır. Bu, hər şeydən əvvəl İranın özündə dini hakimiyyətin və bu hakimiyyətin daşıyıcıları olan ruhanilərin hakimiyyətinin sonunun başlanması ilə izah oluna bilər. İranda 43 illik dini, ruhani hakimiyyəti islamın irəli sürdüyü sosial ədalət prinsiplərini reallaşdıra bilmədiyindən indi, necə deyərlər, geri çəkilmək mərhələsinə qədəm qoymuşdur.
İranda ruhanilərin hakimiyyəti uzun illər xalqın xatirində insanların şəxsi həyatı üzərində amansız və sərt nəzarət və bu nəzarəti təşkil və icra edənlərin özbaşınalıqlarının acı təcrübəsi kimi qalacaqdır. Geyimə nəzarət, adət-ənənələrin yerinə yetirilməsinin islam normalarına tabe etdirilməsi, hətta ev şəraitində bu normaların pozulmasının qarşısının alınması, dini ayinlərin yerinə yetirilməsinə sərt nəzarət və sairə buna tutarlı sübutdur. Hətta parlamentə seçkilər zamanı deputatlığa namizədin cümə namazlarında və dövlətin təşkil etdiyi nümayişlərdə iştirak etməsi seçilmək şərtlərindən biri kimi qeyd olunmuşdur. Gənclərin həyat tərzi onların yaş və psixoloji xüsusiyyətlərinin - özünüdərk, özünütəsdiq, kiçik qrupların maraq prinsipi ilə formalaşması və s. tələblərinin ziddinə qurulmuşdur. Əsas diqqət dini ayinlərin yerinə yetirilməsinə yönəldilmişdir. İranda əhalinin orta təbəqələri, xüsusən tələbə gənclər və qadınlar ilk növbədə nəzarətdən xilas olmağa cəhd edərək bu sahədə hər hansı bir müsbət addım atmağa hazır olan qüvvələri dəstəklədiyini nümayiş etdirməyə çalışırlar.
İranda keçirilən hər üç seçkidə (prezident, şuralar və parlament) islam dəyərlərini qoruyub saxlamaq və insanları bu dəyərlərə, xüsusən də ikinci dərəcəli davranış normaları ilə bağlı dəyərlərə riayət etməyə məcbur etmək istəyən və mühafizəkar adlanan qüvvələrin həqiqətdə ağır məğlubiyyəti məhz həmin faktorla, gənclərin (seçicilərin az qala yarısı) və qadınların onlara yox cavabı ilə bağlı olmuşdur.

Gövhər BAXŞƏLİYEVA,
AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İrana müraciət edib: “Masaya qayıdın və razılaşma əldə edin”

01:17
08 İyun

İran yenidən İsrailə hava zərbələri endirib

23:48
07 İyun

Ermənistanda keçirilən parlament seçkilərində seçicilərin 58,97 faizi iştirak edib

22:23
07 İyun

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb

20:58
07 İyun

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır

20:13
07 İyun

Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub  

19:43
07 İyun

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır

19:31
07 İyun

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub 

18:59
07 İyun

Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb  

18:47
07 İyun

Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər

18:42
07 İyun

ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq  

18:15
07 İyun

Tramp: ABŞ Tehranla razılığa gəlsə, zənginləşdirilmiş uranı məhv etmək üçün birlikdə çalışacaq  

18:14
07 İyun

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı müşahidə radar məntəqələrinə zərbələr endirib  

17:51
07 İyun

Azərbaycan ilə Dağıstan, Kareliya, Həştərxan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir

16:47
07 İyun

XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb  

15:11
07 İyun

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

14:06
07 İyun

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var  

13:32
07 İyun

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm

12:57
07 İyun

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

12:49
07 İyun

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

11:50
07 İyun

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək  

11:47
07 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!