05 Fevral 2025 17:11
1324
Təhsil
A- A+
DİM-in imtahan rəhbərləri və nəzarətçiləri mükafatlandırılıb

DİM-in imtahan rəhbərləri və nəzarətçiləri mükafatlandırılıb


Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahanlarda fəaliyyəti yüksək qiymətləndirilən imtahan rəhbərləri və zal nəzarətçilərinin mükafatlandırılmasına həsr olunan tədbir keçirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, Mərkəzin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ictimai iştirakçılıq prinsiplərinə uyğun olaraq Mərkəzin fəaliyyətində müxtəlif qurumların, elm və təhsil müəssisələrinin nümayəndələrinin iştirakının əhəmiyyəti barədə danışıb. Məleykə Abbaszadə imtahanların şəffaf keçirilməsində və kütləvi proseslərin idarə olunmasında zal nəzarətçiləri və imtahan rəhbərlərinin rolundan, gördükləri işin məsuliyyətindən, imtahanlarda daha bacarıqlı və layiqli şəxslərin seçilməsində onların xidmətlərindən bəhs edib.

Sədr bildirib ki, DİM-in keçirdiyi imtahanların model, texnologiya və məzmun baxımından müxtəlifliyi zal nəzarətçilərinin fəaliyyətinin təkmilləşdirilməsini, peşəkarlıq səviyyəsinin yüksəldilməsini tələb edir. DİM tərəfindən ictimaiyyətin daha geniş hissəsinin imtahan prosesinə nəzarətçi qismində cəlb edilməsi məqsədilə zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması layihəsi davam edir. Bu layihəyə marağın yüksəkdir və bu il sertifikasiyadan keçib imtahanlara cəlb olunmaq üçün 2650 namizəd müraciət edib. Məleykə Abbaszadə DİM-in ötən il elektron imtahanlar korpusunun istifadəyə verildiyini və kompüterlər vasitəsilə keçirilən imtahanların iştirakçı kütləsinin artacağını nəzərə alaraq yeni texnologiyaların mənimsənilməsi məqsədilə nəzarətçilər üçün ayrıca təlimlər keçiriləcəyini də diqqətə çatdırıb.

DİM-in Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsinin müdiri Adıgözəl Həbibov imtahanların idarə edilməsində keyfiyyət göstəricilərinin artırılması məqsədilə hər il imtahanlara cəlb edilmiş məsul şəxslərin, eləcə də zal nəzarətçisi və imtahan rəhbərlərinin fəaliyyətinin yekun qiymətləndirilməsinin aparılması ilə bağlı iştirakçılara məlumat verib. O bildirib ki, imtahan rəhbərləri və nəzarətçilərin mükafatlandırılmasında məqsəd onların rolunun qiymətləndirilməsi, eyni zamanda, bu prosesin keyfiyyətinin daim inkişaf etdirilməsi üçün dəstək verməkdir. Adıgözəl Həbibov bu prosesə cəlb olunmuş şəxslərin qiymətləndirilməsində imtahan texnologiyasını mənimsəmə səviyyəsi, auditoriyanı idarəetmə bacarığı, imtahan sənədləri ilə aparılan işin keyfiyyəti, köçürmə halları və digər qayda pozuntularının aradan qaldırılması, onların ümumilikdə imtahanlarda fəal iştirakı və əvvəlki imtahanlarda əldə etdiyi keyfiyyət göstəricilərinin nəzərə alındığını söyləyib. Qeyd edib ki, 2024-cü ildə keçirilən imtahanlara cəlb edilməsi nəzərdə tutulan nəzarətçilər bazası 15 min 661 nəfər olub. Onlardan 4041 nəfəri (ümumi bazanın 25,8 faizi) zal nəzarətçisi sertifikatı almış şəxslərdir. Ötən il respublika üzrə imtahanlara 14 min 428 nəzarətçi, 55 min 133 dəfə cəlb edilib. Hər bir nəzarətçi ortalama olaraq 3,8 dəfə imtahana cəlb olunub. Ötən il imtahanlarda iştirak etmiş nəzarətçilərin bütün fəaliyyəti nəzərə alınmaqla, 90,3 faizinin fəaliyyəti əla, 6,5 faizinin yaxşı, 0,6 faizinin kafi, 0,7 faizinin isə qeyri-kafi qiymətləndirilib.

Qeyd edək ki, araşdırmanın nəticələrinə əsasən, nümunəvi fəaliyyətinə görə 2901 nəzarətçiyə təşəkkür elan edilib, o cümlədən 30 zal nəzarətçisi, 5 imtahan rəhbəri fəxri fərmanla təltif edilib. Görüşün sonunda müəllimlərə hədiyyə olaraq DİM-in nəşrlərindən ibarət kitablar və fəxri fərmanları təqdim olunub.

Nəzarətçilər haqqında daha geniş statistik məlumat DİM-in saytında yerləşdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb  

19:46
17 Yanvar

Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

19:33
17 Yanvar

Serdar Ünsal: Azərbaycan xalqı müstəqilliyin əldə olunmasında iradə nümayiş etdirib  

19:25
17 Yanvar

ABŞ konqresmenləri Danimarka və Qrenlandiyaya dəstək verdiklərini bəyan ediblər  

19:03
17 Yanvar

Sabah Səudiyyə Ərəbistanında çoxmillətli hərbi təlimlərə start verilir  

18:51
17 Yanvar

Alman mediası Azərbaycan qazının Almaniya və Avstriya bazarına ixracına geniş yer verib  

18:27
17 Yanvar

Pediatr: Antibiotiklərin səbəbsiz istifadəsi uşağın immun sisteminə mənfi təsir göstərir  

18:13
17 Yanvar

Vitali Kliçko: Kiyevdə 6000 evin istilik problemi həll edilib  

17:49
17 Yanvar

CAR mətbuatında “Azərbaycan 20 Yanvar faciəsinin 36-cı ildönümünü qeyd edir” adlı məqalə dərc edilib  

17:43
17 Yanvar

Suriyanın Əl-Məşrəfa kəndi qaçaqmalçılıq mərkəzindən turizm məkanına çevrilib  

17:01
17 Yanvar

ABŞ Prezidenti Türkiyə Prezidentini Qəzza Sülh Şurasında təsisçi üzv olmağa dəvət edib  

16:23
17 Yanvar

Afrikanın cənubunda daşqınlar nəticəsində 200-dən çox insan ölüb  

15:49
17 Yanvar

Suriya ordusu Hələbin şərqindəki Deyr Hafir şəhərini nəzarətə alıb  

15:11
17 Yanvar

Nizami rayonunda hüquqi yardım aksiyası keçirilib

14:45
17 Yanvar

Səudiyyə Ərəbistanının nüfuzlu “əl-Cəzirə” qəzetində 20 Yanvar faciəsi barədə məqalə dərc olunub  

14:38
17 Yanvar

WUF13 tədbiri üzrə media nümayəndələrinin akkreditasiyasına start verilib  

14:31
17 Yanvar

Mütəxəssis: Qarın yağması taxıl əkinləri üçün çox əhəmiyyətlidir  

13:42
17 Yanvar

Bakıda sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq - PROQNOZ  

13:25
17 Yanvar

XIII Qlobal Bakı Forumunun keçiriləcəyi tarix açıqlanıb  

12:07
17 Yanvar

DİN: Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb  

11:39
17 Yanvar

BDYPİ gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət edib  

11:15
17 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!