01 Noyabr 2022 15:15
1844
Səhiyyə
A- A+

Dəridə mövsümü dəyişikliklər

 

Gözəl və baxımlı olmaq üçün müxtəlif krem və vasitələrdən istifadə olunur. Xüsusilə mövsüm dəyişəndə kosmetoloqlar xüsusi tövsiyələr verirlər.

İlk növbədə xanımlar bilməlidirlər ki, istənilən dermatoloji və kosmetoloji prosedurlar təmiz dəriyə tətbiq edilməlidir. Hətta gündəlik istifadə olunan nəmləndirici kremləri də ənənəyə sadiq qalaraq hər səhər təmiz dəriyə çəkmək lazımdır.

AZƏRTAC xəbər verir ki, həkim-kosmetoloq Sevinc Abdullayeva deyib: “Yaydan payıza keçərkən kosmetoloqların tövsiyə etdiyi prosedurlardan biri də üz dərisini ləkələrdən xilas edən pilinqdir. Pilinq həftədə bir dəfə 10-15 dəqiqə ərzində dəriyə yeridilir. Onun neçə vaxtdan bir aparılmağı dəridən asılıdır, minimum 3-4, maksimum 7-8 prosedur yerinə yetirilir”.

Onun dediyinə görə, prosedurlar dəri növünə və yaşa görə fərdi olaraq təyin edilir. Evdə A, S və E vitaminlərinin qəbul edilməsi kollageni stimullaşdırır, dərini bərpa edir. Lakin bu, yalnız vitamin qəbul edilməsi və nəmləndirici krem qəbul etməklə başa gəlmir. Dərini daxildən də nəmləndirmək lazımdır. Bunun üçün çoxlu su qəbul edilməlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video