05 Avqust 2025 08:20
601
SİYASƏT
A- A+
Dənizdə suverenliyimizin təminatçısı

Dənizdə suverenliyimizin təminatçısı


Azərbaycan Hərbi Dəniz Qüvvələri ölkəmizə qarşı yönələ biləcək hər hansı bir həmləni dəf etməyə qadirdir


Bəlkə də min illər öncə deyilib bu məhşur kəlam. Kim bilir, bəlkə də elə yurdumuzun ömrü qədərdir bu sözlərin ömrü. Babalarımız elə bu torpaqları Vətən edəndə deyiblər: "Ordun varsa, yurdun var"...

Hər halda xalqın qan yaddaşından süzülüb gəlib, sınaqdan çıxıb, təsdiq olunub, özünə əbədiyaşarlıq qazanıb. Müstəqil dövlətin əsas atributlarındandır ordu. Xalqımızın böyük oğlu, Ulu Öndər Heydər Əliyev deyirdi: "Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir". Şübhəsiz ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür.

Azərbaycan Silahlı Qüvvələrinin yüksəliş tarixi bütün ömrünü xalqının xoşbəxt gələcəyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş Ümummili Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Bu gün qürurla deyə bilərik ki, ölkəmiz iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə edib. Bir həqiqətdir ki, bu gün Azərbaycanın Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur.

Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində özünəməxsus rolu və miras qoyduğu yeni milli dəyərlərlə tarixiləşmişdir. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Əlahiddə Azərbaycan Korpusu yaradılmışdır. Bu qərar Şərqin ilk demokratik hökumətinin öz ordusunu yaratmasına hüquqi əsas vermişdir. 

Azərbaycanın Hərbi Dəniz Qüvvələri isə 1919-cu ilin avqustunda ingilislər ölkəmizi tərk etdikdən sonra formalaşmağa başladı. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da işləri başa çatdıra bilmədi. Xalq Cümhuriyyətinin donanması  Sovet Azərbaycanının Qırmızı donanması adlandırıldı və 1920-ci ilin yayında bu donanma Xəzər Dəniz Qüvvələrinin tərkibinə daxil edildi.

Müstəqillik bərpa olunduqdan sonra parlamentin 1991-ci il oktyabrın 9-da qəbul etdiyi "Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında" qanuna əsasən, Silahlı Qüvvələrin tərkib hissəsi kimi Hərbi Dəniz Qüvvələrinin yaranmasının hüquqi bazası müəyyən edildi. Keçmiş SSRİ-nin tərkibində olmuş Xəzəryanı dövlətlər arasında əldə olunan razılığa əsasən, Azərbaycan onun ərazisində yerləşən sabiq Xəzər hərbi donanmasının bütün bazalarına və 25 faiz hərbi gəmilərinə sahib oldu. 

Xatırladaq ki, 1990-cı illərin əvvəllərində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək üçün Hərbi Dəniz Qüvvələrinin gəmi və sahil bölmələrinin heyətindən qısa müddətdə Dəniz Piyadası Taboru formalaşdırıldı. Ağdam-Tərtər istiqamətində düşmən hücumunun qarşısının alınması üçün 1994-cü il aprelin 19-da cəbhə bölgəsinə göndərildi və 1994-cü il iyulun 25-də vəzifə borclarını yerinə yetirdikdən sonra hərbi hissəyə döndü. 

Və nəhayət, Ümummilli Lider Heydər Əliyevin 1996-cı ildə imzaladığı sərəncamla hər il avqustun 5-i ölkəmizdə Hərbi Dəniz Qüvvələri Günü kimi qeyd edilməyə başladı.

Müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrü xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verərək, onun gələcəyinin inkişaf strategiyasını müəyyən edib, ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlar aparıb. Və qısa müddətdə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması başa çatdırılıb. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Silahlı Qüvvələrin mükəmməl qanunvericilik bazası yaradılıb.

Ordumuzun qüdrətini vaxtında dəyərləndirən Ulu Öndər deyirdi: "Bizim ordumuz güclüdür. Ordumuzun gücü gündən-günə artır. Ölkəmizin gözəl gələcəyi var. Azərbaycan xalqı, Azərbaycan dövləti işğal olunmuş torpaqları mütləq azad edəcəkdir. Onu biz azad edəcəyik, biz! Biz bunu sülh yolu ilə həll etmək istəyirik. Bu barədə çoxlu səylər etmişik və bundan sonra da edəcəyik. Ancaq bizim bu səylər sonsuz olmayacaqdır. Biz bütün səylərimizi qoyub məsələni sülh yolu ilə həll etməyə çalışacağıq. Əgər bu, mümkün olmasa, bizim əziz zabitlərimiz, əziz Silahlı Qüvvələrimiz, siz torpaqlarımızın azad olunması üçün hər gün hazır olmalısınız! Torpaqlarımız azad olacaq, ordumuz inkişaf edəcək, respublikamızın iqtisadiyyatı yüksələcək və ən yaxın illərdə Azərbaycan böyük inkişaf yoluna qədəm qoyacaqdır. Buna əmin ola bilərsiniz".

Bütün sahələrdə Ulu Öndərin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev ordu quruculuğu sahəsində də ənənəyə sadiqlik nümunəsi göstərdi. Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin ciddi nəzarəti altında  qısa müddət ərzində Azərbaycan Ordusu böyük inkişaf yolu keçdi və bölgənin ən güclü qüvvəsinə çevrildi. Ölkənin iqtisadi cəhətdən yüksəlişi hesabına Azərbaycan Ordusunun arsenalı ən müasir silah və hərbi texnika ilə gücləndirildi, hərbçilərin bilik və bacarıqları artırıldı, onların sosial müdafiəsinin, iş şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti irimiqyaslı hərbi əməliyyatlara başlamasına, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatı işə düşdü, sonradan "Dəmir Yumruq" adını alan bu əməliyyat Vətən müharibəsinə çevrildi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlıları döyüşlərdə fədakarlıq, əzmkarlıq, dözümlülük və qəhrəmanlıq göstərərək Zəngilan, Cəbrayıl, Füzuli, Qubadlı rayonlarının və Şuşa şəhərinin azad olunmasında fəal iştirak etdilər. İşğalçılarla mübarizədə  Hərbi Dəniz Qüvvələrinin 9 hərbi qulluqçusu Vətən uğrunda şəhid oldu, 50 nəfər yaralandı. Prezidentin sərəncamlarına əsasən, Vətən müharibəsində xüsusi xidmətlərinə görə fərqlənmiş şəhid kiçik miçman Zalov Fəqan Amil oğluna ölümündən sonra və daha 2 hərbi qulluqçuya Vətən Müharibəsi Qəhrəmanı adı verildi, digərləri isə müxtəlif orden və medallarla təltif olundular.

Ulu Öndər deyirdi: "Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır". Artıq zaman o zamandır. Azərbaycan 2020-ci ildə qazandığı böyük qələbədən sonra ədalətli şərtlərlə sülh müqaviləsini imzalamağa hazırlaşır. Qürurla qeyd edə bilərik ki, gündən-günə qüdrətlənən Azərbaycan Ordusu və onun Hərbi Dəniz Qüvvələri ölkəmizə qarşı yönələ biləcək hər hansı bir həmləni dəf etməyə hazır və qadirdir. 


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!