12 Noyabr 2024 19:47
250
SİYASƏT
A- A+
Denis Beçiroviç: Azərbaycanda keçirilən COP29 xüsusi əhəmiyyət kəsb edir  

Denis Beçiroviç: Azərbaycanda keçirilən COP29 xüsusi əhəmiyyət kəsb edir  

Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) xüsusi əhəmiyyətə malikdir. Çünki Sammit dayanıqlı enerji həllərinə keçidin sürətləndirilməsinə, eləcə də getdikcə intensivləşən iqlim dəyişikliklərinə uyğunlaşma strategiyalarının hazırlanmasına yönəlib.

AZƏRTAC xəbər verir ki, bunu Bakıda COP29 Sammitində iştirak edən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç rəsmi sosial şəbəkə hesabındakı paylaşımında bildirib.

İqlim problemləri ilə mübarizənin əhəmiyyətini diqqətə çatdıran Denis Beçiroviç Bosniya və Herseqovinanın emissiyaların azaldılması və iqlim dəyişikliyinə uyğunlaşmaq üçün göstərdiyi səyləri qeyd edərək vurğulayıb: “Sammitdə iştirakım bu mühüm dialoqa - iqlim davamlığına nail olmaq və təbii ehtiyatları qorumaq üçün Bosniya və Herseqovinanın qlobal səylərə verdiyi töhfədir. Bu mühüm qlobal toplantıda iştirak edən çoxsaylı dövlət və hökumət başçıları iqlim dəyişikliyi ilə mübarizədə birgə fəaliyyətin aktuallığını daha da vurğulayırlar”.

Denis Beçiroviç, həmçinin COP29 çərçivəsində müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə görüşlər keçirdiyini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COP29 çərçivəsində Rusiya ilə Azərbaycan arasında karbon poliqonu yaradılmasına dair Memorandum imzalanıb  

11:19
13 Noyabr

COP29-da iqlim böhranına qarşı fəaliyyətdə QHT-lərin rolu mövzusunda konfrans təşkil edilib  

11:17
13 Noyabr

COP29 çərçivəsində suvarma və içməli su təchizatına dair yan tədbir keçirilib  

11:16
13 Noyabr

Azərbaycan neftinin qiyməti artıb  

10:53
13 Noyabr

COP29-da iqlim savadlılığı mövzusunda yan tədbir təşkil edilib

10:51
13 Noyabr

Braziliya nümayəndə heyəti “ASAN xidmət”in fəaliyyəti ilə tanış olub  

10:50
13 Noyabr

Neft bahalaşıb

10:27
13 Noyabr

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı davam edən beynəlxalq hüquqi iddiaları üzrə qərar qəbul edib  

09:28
13 Noyabr

Konqo Prezidenti: COP29-da Afrikanın 15 ölkəsinin rəhbərləri dünyaya yeni ideyalar təqdim edəcək  

09:27
13 Noyabr

Qırğızıstan səfiri: Azərbaycan tərəfindən COP29-un keçirilməsi böyük tərifə layiqdir  

09:24
13 Noyabr

COP29 iştirakçısı: Dubayda keçirilən COP28 ilə Bakıdakı COP29 tamamilə fərqlidir  

09:21
13 Noyabr

Xəzər dənizində zəlzələ olub  

09:20
13 Noyabr

COP26-nın Prezidenti Bakıdakı logistikanı yüksək qiymətləndirib  

09:18
13 Noyabr

“Yaşıl işıq” Bakıda yandırıldı

08:50
13 Noyabr

Azərbaycan tarixinin ən möhtəşəm dövrlərindən birini yaşamaqdadır 

08:45
13 Noyabr

"Azərbaycan qüdrətli, nüfuzlu ölkədir"

08:40
13 Noyabr

Azərbaycana xoş gəlmisiniz!

08:35
13 Noyabr

Türk dövlətləri bir-birinin uğurunu öz uğuru kimi qəbul edir

08:30
13 Noyabr

COP29 iştirakçılarının sağlamlığı da diqqət mərkəzindədir

08:25
13 Noyabr

Daha çox təhlükəyə məruz qalan kiçik ada dövlətlərinə kömək etmək COP29-un tarixi missiyasıdır

08:20
13 Noyabr

COP29 antiazərbaycançı dairələr üçün ən yaxşı cavab olacaq

08:15
13 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!