13 Noyabr 2024 08:30
288
SİYASƏT
A- A+
Türk dövlətləri bir-birinin uğurunu öz uğuru kimi qəbul edir

Türk dövlətləri bir-birinin uğurunu öz uğuru kimi qəbul edir


Dünyada yüksək nüfuza malik, etibarlı tərəfdaş, Cənubi Qafqaz regionunun lider dövləti olması Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin, beynəlxalq təşkilatların sayının artması ilə nəticələnib. 

Ölkəmizin qlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarını Qoşulmama Hərəkatında, Türk Dövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında və digər qurumlarda aktiv fəaliyyəti daha da genişləndirib. Əksər ölkələrlə qarşılıqlı, faydalı əməkdaşlığın qurulması istiqamətində dövlətimizin səyləri öz səmərəsini verir.

Azərbaycanın bugünkü və gələcək üçün nəzərdə tutulan xarici siyasətində prioritet məsələlərdən biri türk dünyası ilə münasibətlərin daha da inkişaf etdirilməsidir. Türkiyə və Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında dostluğa, qardaşlığa, əməkdaşlığa əsaslanan münasibətlər bütün dünyaya örnəkdir. Ölkələrimiz həm dar günlərində, həm də sevincli məqamlarında bir-birilərinə mənəvi arxa, dayaq olduqlarını əməli fəaliyyətləri ilə nümayiş etdirirlər.


Dostluq və qardaşlıq nümunəsi


Son illər dövlət başçısı İlham Əliyevin Mərkəzi Asiyada yerləşən ölkələrə mütəmadi səfərləri, eləcə də regional təşkilatların tədbirlərində fəxri qonaq qismində iştirakı Azərbaycanın region dövlətləri ilə əlaqələrinin gündən-günə möhkəmləndiyini göstərir. Prezident İlham Əliyev Mərkəzi Asiya ölkələrində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitlərində, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə toplantısında, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində və digər tədbirlərdə iştirakı, həmçinin Birləşmiş Millətlər Təşkilatının (BMT) Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın Zirvə görüşünün Azərbaycanda keçirilməsi bunun bariz nümunəsidir.

Prezident İlham Əliyev çıxışlarında ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə münasibətlərə xüsusi önəm verdiyini diqqətə çatdırıb. Ötən il iyulun 22-də "China Global Television Network" telekanalında yayımlanan müsahibəsində dövlətimizin başçısı bildirmişdi: "Mən ötən il və bu il bütün Mərkəzi Asiya ölkələrinə səfər etmişəm və bu ölkələrin rəhbərləri Azərbaycana səfər ediblər. Bu gün bizim ikitərəfli münasibətlərimizdə daha çox dinamizm var. Birincisi, biz buna ehtiyacın olduğunu görürük. Digər tərəfdən isə bizim hər zaman gözəl münasibətlərimiz olub. Eyni zamanda daşımalar marşrutları mövzusu daha fəal əməkdaşlığı diktə edir. Beləliklə, əminəm ki, Xəzər dənizi ilə yükdaşımalarının illik statistikasına nəzər saldıqca biz rəqəmlərin artacağının şahidi olacağıq".

Qeyd edək ki, Azərbaycan həm Şərqlə Qərb arasında, həm də Mərkəzi Asiya ölkələri üçün etibarlı tərəfdaş, mühüm tranzit ölkədir.

Mərkəzi Asiya dövlətləri də yaxın dost və qardaş ölkə kimi Azərbaycanla əlaqələrə böyük önəm verdiklərini əməlləri ilə göstərirlər. Bu dövlətlər 2020-ci ildə baş verən Vətən müharibəsində və sonrakı dövrdə Azərbaycanın haqq işinə öz dəstəklərini nümayiş etdirdilər. Mərkəzi Asiya region ölkələri dövlətimizin otuzillik işğala son qoyaraq azad etdiyi Qarabağ və Şərqi Zəngəzur ərazilərində həyata keçirdiyi tikinti-bərpa, quruculuq işlərinə töhfələrini verməkdədirlər. Belə ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb tikildi. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilk dövlət səfərini Azərbaycana etdi. "Azərbaycan bizim üçün münasibətlərin tamamilə yeni mərhələyə yüksəldiyi ən yaxın ölkələrdən biridir", - Özbəkistan Prezidenti dedi.

Füzulidə inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi isə qardaş Qazaxıstanın Azərbaycana töhfəsidir. Bu il martın 12-də keçirilən açılış mərasimində çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirdi: "Biz qardaş xalqlarıq, müttəfiqik, strateji tərəfdaşıq. Bunlar təkcə sözlər deyil, həm də ölkələrimizin hökumətlərinin görəcəyi böyük iş həcmləridir, çünki razılaşmalar çox ciddidir, çox böyükdür və şübhəsiz, onlar iqtisadiyyatlarımızın inkişafına impuls verəcək ki, bu da çox vacibdir. Ona görə də dövlətlərimiz arasında əməkdaşlığın gələcəyinə böyük nikbinliklə baxıram".

Qırğız Respublikasının təşəbbüsü ilə Ağdamın Xıdırlı kəndində inşa ediləcək orta məktəb isə daha bir qardaşlıq dəstəyidir.

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında böyük perspektivlər vəd edən qarşılıqlı əlaqələr yüksələn xətlə davam edir.


"COP tədbiri türk dünyasında ilk dəfə olaraq keçirilir"


Ötən ilin dekabrında Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) namizədliyini yekdilliklə dəstəkləməsi beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürü oldu.

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin COP29 konfransının işində fəal iştirak edəcəklərinə əminliyini bildirdi. Dövlətimizin başçısı Bişkekdəki çıxışında türk dövlətlərinin Azərbaycanın yanında olduğunu qeyd etdi. Bu dəstəyi sözdə deyil, əməldə göstərdiklərini vurğuladı. 

Qeyd etdiyimiz kimi, türk dövlətləri bir-birinin uğurunu öz uğuru kimi qəbul edir. Bu günlərdə dünyada ən mötəbər tədbir olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi, ölkəmizin bu böyük tədbirə də yüksək səviyyədə, mükəmməl evsahibliyi etməsi, qonaqpərvərliyi türkdilli ölkələrdə fərəh və fəxr hissi ilə qarşılanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Qırğız Respublikasının Prezidenti Sadır Japarov və başqaları iştirak etmək üçün Azərbaycana səfərə gəliblər.

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev KİV-ə açıqlamasında bilidirib ki, COP tədbiri türk dünyasında ilk dəfə olaraq keçirilir və bu, hamımız üçün böyük önəm daşıyır. TDT-nin Baş katibi qeyd edib ki, bu tədbir təkcə Azərbaycan üçün deyil, eyni zamanda türk dünyası üçün əhəmiyyətlidir: "Hazırda COP29-un əsas mövzularından biri "yaşıl dünya"dır. İqlim dəyişikliyi ilə mübarizə üçün bütün ölkələrin, liderlərin, ekspertlərin və beynəlxalq təşkilatların bir araya gələrək həll yolları tapması olduqca vacibdir". Kubanıçbek Ömüralıyev ümid etdiyini bildirib ki, bu günlər ərzində maliyyələşdirmə məsələsi də daxil olmaqla iqlim dəyişikliyinə qarşı həll yolları tapılacaq. TDT-nin Baş katibi COP29-un Bakıda keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib.


Asiya ölkələrinin də COP-29-dan gözləntiləri böyükdür


Noyabrın 11-də COP29 öz işinə başlayıb. Azərbaycanın paytaxtına dünyanın müxtəlif ölkələrindən on minlərlə qonaq gəlib. Beynəlxalq tədbirin iştirakçıları qlobal iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılması, onunla effektiv mübarizə aparılması üçün müzakirələr aparır, həll yolları arayır, vacib təkliflər irəli sürür, çağırışlar edirlər.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Mərkəzi Asiya dövlətləri də fəal şəkildə iştirak edirlər. Qeyd edək ki, bu ölkələr iqlim dəyişiklikləri ilə mübarizəni prioritet məsələlərdən hesab edirlər. Azərbaycanda keçirilən dünyanın ən böyük iqlim tədbirindən Mərkəzi Asiya ölkələrinin də gözləntiləri böyükdür. Belə ki, iqlim dəyişikliyi, ekstremal hava şəraiti, su çatışmazlığı və digər problemlərlə üzləşən bu region ölkələri konfransın "yaşıl enerji" təşəbbüsləri və iqlim maliyyələşdirilməsi məsələlərinə diqqət yetirməsindən əhəmiyyətli dərəcədə yararlana biləcəklərinə ümidlidirlər.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Darra" Böyük Britaniyanı vurdu

22:11
07 Dekabr

Azərbaycan Prezidenti: İndi dünyada bütün insanlar görürlər ki, beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb  

21:40
07 Dekabr

Aİ-də ən aşağı doğum səviyyəsi qeydə alınıb  

20:13
07 Dekabr

Azərbaycan-Pakistan parlamentlərarası dostluq qruplarının fəaliyyətinə dair fikir mübadiləsi aparılıb

19:34
07 Dekabr

Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələri inkişaf edir

19:12
07 Dekabr

Azərbaycanın İstanbuldakı baş konsulu İstanbul Konsullar Korpusunun yeni dövr sədri seçilib  

19:08
07 Dekabr

Bakıda “İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda dəyirmi masa təşkil olunub YENİLƏNİB

18:54
07 Dekabr

DYP küləkli hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib 

18:33
07 Dekabr

“Yüksəliş” müsabiqəsi tərəfindən Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş intellektual yarış keçirilib  

18:05
07 Dekabr

Cənubi Koreya Prezidentinin impiçmenti mümkün olmayıb 

17:59
07 Dekabr

Ziyafət Əsgərov Azərbaycan və Türkiyənin təhlükəsizlik məsələlərində birgə fəaliyyətinin əhəmiyyətindən danışıb  

17:56
07 Dekabr

Birinci yeri tutan gimnast: Çəkilən əziyyətin bəhrəsini görmək çox gözəl duyğudur

17:45
07 Dekabr

Qadın voleybolçuların çempionatında II tura yekun vurulub

17:43
07 Dekabr

Bakıda “Parlamentarizm: ənənələr və perspektivlər” adlı beynəlxalq konfrans keçirilib YENİLƏNİB 

17:35
07 Dekabr

Azərbaycan Sarayevodakı xeyriyyə yarmarkasında iştirak edib

17:09
07 Dekabr

Azərbaycan-Türkiyə qardaşlığı bu iki dövlətin qlobal arenada daha fəal mövqe tutmasına imkan yaradıb  

17:01
07 Dekabr

Ədliyyə naziri Ağdamda vətəndaşların müraciətini dinləyib

16:57
07 Dekabr

Əli Əhmədov: Beynəlxalq münasibətlər sistemi və beynəlxalq hüquq ağır böhran içərisindədir 

16:52
07 Dekabr

“İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda beynəlxalq dəyirmi masa keçirilir

16:40
07 Dekabr

Rusiyalı alim 2027-ci ilə qədər Arktika dənizlərində buzların tamamilə yox olacağını ehtimal edir  

16:33
07 Dekabr

Qətərdə 22-ci Doha Forumu başlayıb  

16:26
07 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!