17 Yanvar 2025 08:35
344
SİYASƏT
A- A+
De-fakto mandatını və funksiyasını itirmiş Minsk qrupu ləğv edilməlidir

De-fakto mandatını və funksiyasını itirmiş Minsk qrupu ləğv edilməlidir


Bunu həm siyasi, həm də hüquqi reallıqlar diktə edir


"Azərbaycan BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələri əsasında, BMT Nizamnaməsinin 51-ci maddəsinə istinad etməklə 30 illik işğala son qoydu, öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi".

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib. O bildirib ki, Azərbaycan və Ermənistan qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüyünü tanıyır və bu, bir neçə dəfə bəyan olunub. Şərti dövlət sərhədinin delimitasiya və demarkasiyası üzrə dövlət komissiyası fəaliyyət göstərir. Azərbaycanın beynəlxalq hüquqa riayət etməklə döyüş meydanında əldə etdiklərinin diplomatik müstəvidə təsdiqinin davamı 2025-ci ilin prioritet fəaliyyətlərindəndir. "Bu mənada Ermənistanla sülh müqaviləsinin açıq qalan müddəaları üzrə danışıqların, həmçinin şərti dövlət sərhədində delimitasiya və demarkasiya məsələlərinin davam etdirilməsi bu il Azərbaycan hökumətinin fəaliyyət istiqamətlərini təşkil edir. 1990-cı illərdə işğal edilmiş Qazax rayonunun 4 kəndinin 2024-cü ildə Azərbaycana qaytarılması nəticəyönümlü danışıqlar üçün müəyyən ümidlər yaradır. Bu kontekstdə xarici siyasət müstəvisində nail olunması hədəflənən məsələlər sırasında 1992-ci ilin martında ATƏM tərəfindən təsis edilmiş və Şanlı Zəfərimiz nəticəsində funksiyasını tamamilə itirmiş Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupunun və həmsədrlik institutunun ləğvi öndə dayanır. Minsk qrupu ilə yanaşı, ATƏT çərçivəsində digər mexanizmlərin - Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi funksiyasız strukturların artıq rəsmi qaydada ləğv edilməsi də aktual məsələdir", - deyə deputat əlavə edib. 

R.Nəbiyev qeyd edib ki, bunu həm siyasi, həm də hüquqi reallıqlar diktə edir. Minsk qrupunun məşğul olduğu predmet 2023-cü ilin sentyabrından tamamilə aradan qalxıb. De-fakto mandatını itirmiş mexanizmlərin keçmiş münaqişəni hansısa formada aktuallaşdıracaq qədər siyasi çəkisi olmasa da, hər hansı manipulyasiya üçün sui-istifadə edilmək və ya lüzumsuz təzyiq aləti kimi gündəmə gətirilmək potensialı qalır. Bu məsələnin hüquqi baxımdan məntiqi sonluğa çatdırılması üçün Ermənistanın göstərəcəyi praqmatik yanaşma çox vacibdir. Bu məsələ ATƏT çərçivəsində onun qaydalarına əsasən konsensusla həll edildiyinə görə, formal olaraq Ermənistanın da razılığı tələb olunur. 

Deputat vurğulayıb ki, Azərbaycan bu məsələlərin həllinə nail olmaq üçün Ermənistan və yaxud həmsədr ölkələrlə ikitərəfli formatla yanaşı, çoxtərəfli formatda da fəaliyyət aparır: "Funksiyasını itirmiş mexanizmləri maliyyələşdirməyə davam edən struktura nəyə görə üzvlük haqqı ödənilməlidir? 2020-ci ilin 9 noyabrından sonra bu məsələni qəti və prinsipial qoyan Prezident İlham Əliyev müxtəlif siyasi-diplomatik müstəvilərdə bunu dəfələrlə gündəmə gətirib. Dövlət başçısı ötən ilin fevralında ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının Xarici, Avropa işləri və ticarət naziri İan Borqunla Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşdə də bu tələbləri qəti şəkildə səsləndirib. Bu il yanvarın 7-də Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində də Ermənistanın ATƏT-in Minsk qrupundan imtina etməli olduğunu vurğulayıb". 

Deputat qeyd edib ki, Ermənistan buna son vaxtlar prinsipial olaraq müsbət tonlu mövqe sərgiləsə də, ziddiyyətli yanaşma məsələni çətinləşdirir. 2024-cü ilin dekabrında Ermənistanın baş naziri Nikol Paşinyanın Prezident İlham Əliyevin Minsk qrupunun ləğvi ilə bağlı yanaşmasını "konstruktiv yanaşma" adlandırması və "1994-cü ildən danışıqların Qarabağın Azərbaycana qaytarılması üzrə aparıldığı" barədə açıqlaması da Minsk qrupunun ləğv olunmasına zəmin hazırlanması kimi şərh oluna bilər. Onun "əgər münaqişə yoxdursa, münaqişənin həlli ilə məşğul olan formatın olmasının nə mənası var?" sözləri bu pozitiv ehtimalı gücləndirir. 

Yanvarın əvvəlində Nikol Paşinyan Azərbaycanla sülhün bərqərar olması ilə bağlı müxtəlif təkifləri, o cümlədən Minsk qrupunun buraxılmasını özündə ehtiva edən təkliflə çıxış edib. Bir neçə gün öncə isə Ermənistan baş nazirinin mətbuat katibinin sosial şəbəkə hesablarında "Ermənistan Minsk qrupunun buraxılması ilə bağlı ATƏT-ə müraciət etməyi nəzərdən keçirir" paylaşımı bu qənaəti bir az da gücləndirir.  Ermənistan parlamentinin spikeri Alen Simonyanın mövzu ilə bağlı açıqlaması isə Azərbaycanın mövqeyinə ziddiyyət təşkil edir. Belə ki, erməni spiker Minsk qrupunun ləğvinin sülh sazişinin imzalanmasından sonra baş verə biləcəyini qeyd edərək, müqavilə imzalanandan sonra ona ehtiyac qalmayacağını və mənasını itirəcəyini bildirib. "Təbii ki, ATƏT-in keçmiş münaqişə ilə bağlı mexanizmlərinin ləğvi sülh müqaviləsi imzalanana qədər baş verməlidir. Azərbaycanın qəti və haqlı mövqeyi dəyişməz olaraq qalır. Bu addım Azərbaycan və Ermənistan arasında qarşılıqlı etimadı artırar, digər məsələlər üçün uğurlu zəmin kimi qəbul edilə bilər. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də Ağdamın işğalı günü səsləndirdiyi irqçi və faşist ideologiyasına xidmət edən və etnik təmizləməyə haqq qazandıran açıqlamaları bir daha sübut etdi ki, Azərbaycan Ermənistana malik olduğu işğalçı keçmişə görə tələblərində tam haqlıdır", - deyə R.Nəbiyev bildirib.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ceyhun Bayramov Serbiyanın Dövlətçilik Günü münasibətilə təşkil olunmuş qəbulda iştirak edib  

18:39
16 Fevral

Dövlət İmtahan Mərkəzi xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirib

18:33
16 Fevral

Premyer Liqa: “Turan Tovuz” son dəqiqələrdə vurulan qolla “Araz-Naxçıvan”a qalib gəlib  

18:23
16 Fevral

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib

17:34
16 Fevral

Azərbaycanla qaz sazişinin təsdiqinə dair qanun layihəsi Türkiyə parlamentinin gündəliyinə daxil edilib

16:27
16 Fevral

Xəzər dənizinin qırmızı rəngə boyanmasının səbəbi açıqlanıb

15:09
16 Fevral

Bakı-Qazax yolunda duman səbəbindən baş verən zəncirvari qəzada iki nəfər ölüb YENİLƏNİB

15:05
16 Fevral

Sabah hava əsasən yağmursuz keçəcək  

15:02
16 Fevral

Prezident İlham Əliyev: Azərbaycan ilə Litva arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir  

11:31
16 Fevral

Litva Respublikasının Prezidenti Zati-aliləri cənab Gitanas Nausedaya

11:25
16 Fevral

FAKTİKİ HAVA: Sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında külək güclənib

11:24
16 Fevral

Ceyhun Bayramov Latviyanın xarici işlər naziri Baiba Braje ilə görüşüb  

11:14
16 Fevral

Ordubad rayonunun dağlıq ərazisində biotexniki tədbir keçirilib  

10:18
16 Fevral

Şotlandiyada Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib  

10:03
16 Fevral

Azərbaycan XİN rəhbəri Serbiyaya işgüzar səfərə yola düşüb  

09:48
16 Fevral

Bilmək istəyirəm

09:35
16 Fevral

Münxendə avtomobillə hücum nəticəsində xəsarət alanlardan ikisi ölüb

09:33
16 Fevral

Kloze də Mahir Emrelinin getmək istədiyini təsdiqlədi

09:30
16 Fevral

"Neftçi"də ciddi itkilər

09:25
16 Fevral

Boksçularımız Rumıniyada rinqə çıxırlar

09:20
16 Fevral

"Tanrı bilir ki, sən mənim ikinci atamsan" - Almeydadan Qurban Qurbanova

09:15
16 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!