15 İyun 2025 14:41
617
CƏMİYYƏT
A- A+
Daulet Kəribek: Şuşa artıq nüfuzlu beynəlxalq konfransların keçirildiyi məkana çevrilib  

Daulet Kəribek: Şuşa artıq nüfuzlu beynəlxalq konfransların keçirildiyi məkana çevrilib  

Şuşa artıq nüfuzlu beynəlxalq konfransların keçirildiyi məkana çevrilib. Bu, şəhərin dialoq, həmrəylik və əməkdaşlıq platforması kimi artan rolunun bariz göstəricisidir

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxış edən Qazaxıstanın “AMANAT” Partiyasının icra katibi - Daulet Kəribek deyib.

Daulet Kəribek bildirib ki, konfransın Azərbaycan tarixinin mühüm günlərindən biri – Milli Qurtuluş Günündə keçirilməsi də rəmzi xarakter daşıyır. Məhz 32 il əvvəl Heydər Əliyev Azərbaycan xalqını və dövlətçiliyini parçalanmaqdan xilas edib, ictimai-siyasi sabitliyi bərpa edib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qeyd etdiyi kimi, Heydər Əliyev müasir, dinamik inkişaf edən Azərbaycanın memarı hesab olunur. Onun müdrik rəhbərliyi altında ölkədə dərin siyasi və sosial-iqtisadi islahatlar həyata keçirildi. Bu çətin və mürəkkəb yolu keçərək Azərbaycan böyük irəliləyişə nail oldu və dünya birliyinin nüfuzlu üzvünə çevrildi. Heydər Əliyevin həyatı xalqa fədakar xidmət nümunəsidir.

“AMANAT” partiyasının icra katibi Azərbaycanın davamlı inkişaf etdiyini və beynəlxalq nüfuzunun gücləndiyini vurğulayıb. Bildirib ki, ölkə özünün memarı Heydər Əliyevin arzuladığı uğurlara çatmaqdadır.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkənin ərazi bütövlüyünün bərpa olunduğunu önə çəkən D. Kəribek vurğulayıb ki, artıq bir neçə ildir Milli Qurtuluş Günü məhz Şuşada qeyd olunur: “Panel sessiyamızın başlığına diqqət yetirsək, əsas məqam yeni dövr anlayışıdır. Doğrudan da, bir neçə il əvvəl az ehtimal edilən bir çox məqamlar bu gün artıq narahatedici reallıq olaraq gündəmdədir. Təəssüf ki, yeni dövr sakit şəkildə keçmir. Ekspertlərin fikrincə, 2024-cü il İkinci Dünya müharibəsindən sonra ən çox münaqişə yaşanan il olub, dünyada silahlı qarşıdurmaların sayı artıb. Müxtəlif qiymətləndirmələrə görə, 50 ölkədə aktiv münaqişələr qeydə alınıb. Narahatlıq doğuran məqam isə, bu qarşıdurmaların əsasının dəyərlər toqquşmasının təşkil etməsidir. Bu isə qarşıdurmaların uzunmüddətli və çətin xarakter daşımasına səbəb olur”.

D.Kəribek bildirib ki, eyni zamanda, bəşəriyyət iqlim çağırışları ilə də üz-üzədir. “Müşahidələrə görə, 2024-cü il ən isti il olub. Bu isə təkcə xəbərdarlıq siqnalı deyil. Ötən il çoxsaylı təbii fəlakətlər – daşqınlar, qasırğalar, yanğınlar baş verib. Təsadüfi deyil ki, ötən ilin noyabrında Bakıda keçirilən COP29 iqlim konfransında çıxış edən BMT Baş katibi Antonio Quterreş iqlim dəyişikliyi ilə mübarizədə təxirəsalınmaz addımlar atmağa çağırış etdi. Münaqişələr və iqlim dəyişikliyi nəticəsində bu il BMT-nin proqnozlarına görə 305 milyon insana humanitar yardım lazım olacaq”.


Bu gün siyasi partiyaların əhəmiyyətinin və rolunun daha da artığına diqqət çəkən “AMANAT” partiyasının icra katibi partiyalararası dialoq vasitəsilə ölkələr və cəmiyyətlər arasında qarşılıqlı anlaşma və əməkdaşlığın möhkəmləndiyini deyib. “Parlament çoxluğunu təmsil edən partiya kimi “AMANAT” partiyalararası tərəfdaşlığı fəal şəkildə inkişaf etdirir. Xüsusən Rusiya, Çin, Türkiyə, Özbəkistan, Tacikistan, Vyetnam və Azərbaycan partiyaları ilə əməkdaşlıq gücləndirilir. Bunu intensiv partiyalararası təmaslar, qarşılıqlı səfərlər və əməkdaşlıq üzrə hüquqi bazanın təkmilləşdirilməsi təsdiqləyir. Ötən il “AMANAT” və Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq haqqında imzalanmış memorandum partiyalararası qarşılıqlı fəaliyyətin möhkəmlənməsinin parlaq nümunəsidir. Sənəd partiyalararası dialoqun dərinləşməsinə, dostluq və mehriban qonşuluq münasibətlərinin güclənməsinə xidmət edir”, -deyən D.Kəribek bu cür əlaqələrin möhkəmləndirilməsinin regionun inkişafı və təhlükəsizliyi məsələlərində ortaq yanaşmaların formalaşmasına, qarşılıqlı etimad və anlayış atmosferinin yaranmasına töhfə verdiyinə əmin olduğunu bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçuları Kəlbəcərdə minaya düşüblər  

22:58
11 May

Nigeriyada silahlı hücum nəticəsində 30 nəfər ölüb

22:23
11 May

Azərbaycan Kosta-Rika Prezidentinin andiçmə mərasimində təmsil olunub  

21:43
11 May

 WUF13 öncəsi mühüm tədbir: “Eco-Art” Festivalı

21:06
11 May

BMT: Sudanda PUA zərbələri nəticəsində azı 880 mülki şəxs həlak olub  

20:21
11 May

Dünya mediası Prezident İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır 

20:08
11 May

Azərbaycan ilə Slovakiya arasında hərbi əməkdaşlığa dair fikir mübadiləsi aparılıb  

19:35
11 May

Ukrayna Prezidenti Vladimir Putinlə görüşün formatının ABŞ ilə müzakirə olunduğunu bildirib  

19:03
11 May

Litva Hərbi Akademiyasının nümayəndə heyəti Bakıdadır

18:53
11 May

Ulu Öndərin əziz xatirəsi Heydər Əliyev zirvəsində anılıb  

18:37
11 May

Pakistan mənbələri Tehranın Vaşinqtona cavabının detallarını açıqlayıblar  

18:13
11 May

Rumıniya Aİ-də doğum səviyyəsinin ən çox azaldığı ölkə olub

17:48
11 May

Makron Fransa və Britaniya hərbçilərinin Hörmüz boğazına yerləşdirilməsi ilə bağlı iddiaları təkzib edib  

17:38
11 May

Xorvatiyada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib  

17:29
11 May

Sahib Ələkbərov: "Bakı–Xankəndi" velosiped yarışı çox cəlbedicidir  

17:21
11 May

Azərbaycan atıcılarından Avropa çempionatında iki gümüş medal

16:57
11 May

Gürcüstan Pravoslav Kilsəsinin yeni Katolikos-Patriarxı seçilib

16:49
11 May

Aİ ukraynalı uşaqların qanunsuz deportasiyasına qarşı yeni sanksiyalar tətbiq edib

16:33
11 May

İzmirdə Heydər Əliyev liseyində Ulu Öndərin xatirəsi anılıb

15:41
11 May

Avropada Azərbaycana münasibətdə formalaşan iki yanaşma ilə bağlı təhlil dərc edilib

15:31
11 May

Olimpiya çempionu: "Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının kateqoriyası yüksəldilməlidir

15:09
11 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!