14 İyun 2025 08:00
3930
SİYASƏT
A- A+
Daha bir sosial paket, növbəti dövlət qayğısı

Daha bir sosial paket, növbəti dövlət qayğısı


Azərbaycan dövlətinin siyasətinin mərkəzində vətəndaşların maraqları,  rifahı dayanır. Birbaşa mətləbə keçərək vurğulayaq ki, Prezident İlham Əliyevin bu il iyunun 12-də imzaladığı fərman öz təsdiqini tapmış bu həqiqətin daha bir aydın təzahürüdür.

Dövlətimizin başçısı hələ neçə il bundan əvvəl bildirmişdi ki, ölkənin iqtisadi gücü artdıqca insanların sosial müdafiəsi daha da güclənəcək, onların maddi rifah halına daha çox vəsait ayrılacaq. Hər sahədə verdiyi vədə sadiq qalan, sözü də imzası qədər etibarlı olan Prezidentimiz artıq növbəti sosial paketi ilə bunu bir daha sübut etdi. Həm də qeyd edək ki, bu sosial paket heç də sadə bir dövrdə təqdim olunmur. Dünyada baş verən siyasi qarşıdurma və müharibələr qlobal iqtisadiyyatın inkişafının geriləməsinə səbəb olub. Bu da dünyanın hər yerində insanların maddi rifahının və sosial vəziyyətinin aşağı düşməsində özünü göstərir. Azərbaycan dünyaya inteqrasiya etmiş ölkə olduğundan beynəlxalq bazarda baş verən hadisələr, idxalda bahalaşma ölkəmizə də müəyyən dərəcədə təsirsiz ötüşmür. Üstəlik, biz erməni vandallarının viran qoyduğu kənd və şəhərlərimizi yenidən tikib qururuq. Bu isə olduqca böyük vəsait tələb edən bir işdir. Bununla belə, hər bir vətəndaşının dolanışığı, güzəranı dövlətin diqqət mərkəzindədir. Dövlət başçısının son günlərdə imzaladığı sözügedən sənədə diqqətlə baxsaq, bunları bir daha görərik. Dövlətimizin başçısının imzaladığı yeni fərman bu ilin əvvəlindən reallaşdırılan növbəti, 2018-ci ildən ötən dövrdə isə beşinci sosial islahatlar paketi çərçivəsində əhalinin bir sıra kateqoriyalarına yönəldilən müavinət və təqaüdlərin artırılmasını təmin edir. 

Orqanizminin funksiyaları müxtəlif dərəcədə məhdud olan insanlardan çoxuşaqlı analaradək, körpəsi dünyaya gələn gənc ailələrdən dövlət qarşısında xidmətlərinə görə fəxri ad almış şəxslərədək minlərlə vətəndaş bu paketdən yararlanacaq.

Xatırladaq ki, Prezident İlham Əliyevin keçən il dekabrın 23-də imzaladığı sərəncamla icra olunan yeni sosial islahat paketi çərçivəsində bu ilin əvvəlindən ölkəmizdə minimum əməkhaqqı 400 manata, minimum pensiya fevralın 1-dən 320 manata çatdırılıb. Həmçinin bütün növ pensiyalar ilin əvvəlindən 8,1 faiz indeksləşdirilməklə yüksəlib. Bu günlərdə imzalanmış fərmana əsasən isə vətəndaşlar onlara şamil olunan müavinət və təqaüdlərini artımlarla gələn aydan alacaqlar.

Bunlar barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2025-ci ildə həyata keçirilən növbəti sosial islahat paketi çərçivəsində müavinət və təqaüdlərin artırılmasına dair keçirilən brifinqdə ətraflı danışılıb. Brifinqdə çıxış edən Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev vətəndaş rifahı təminatının, sosial müdafiə sisteminin gücləndirilməsinin Prezident İlham Əliyevin uğurlu siyasətinin əsas istiqamətlərindən biri olduğunu deyib. O qeyd edib ki, dövlət başçısının fərman və sərəncamları ilə 2018-2025-ci illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 5 sosial islahat paketi icra olunub və bu islahatlar üzrə ayrılan illik əlavə vəsait 7,6 milyard manat təşkil edir.

Yuxarıda qeyd edilən növbəti sosial paket isə 3 milyon insanı əhatə edir və onlara yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin artırılması üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb.

Qürur yerimiz olan şəhid ailələrinin birincilər sırasında yada düşməsi təbii və təqdirəlayiqdir. Belə ki, şəhid ailəsi, 20 Yanvar şəhidinin ailəsi, Əfqanıstanda həlak olan hərbçilərin ailələri üçün Prezidentin aylıq təqaüdü artırılaraq 700 manata çatdırılıb. Müharibə, 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirmək və Çernobıl AES-də hərbi xidmət ilə əlaqədar əlilliyi olan şəxslərin təqaüdləri  orqanizmlərinin funksiyalarının pozulmasının dərəcələrinə müvafiq olaraq artırılıb. Əlilliyi olan şəxslərin təqaüdlərinin artımı da bu qayda ilə həyata keçiriləcək. 

Gələn aydan Prezidentin aylıq təqaüdü Vətən Müharibəsi Qəhrəmanlarına 2200 manat, Azərbaycanın Milli Qəhrəmanlarına 2000 manat olacaq. Prezidentin fərdi təqaüdü isə 1700 manata çatdırılır.

Uşaqlar və onların valideynləri də unudulmayıb. Belə ki, uşağın anadan olmasına görə ailəyə birdəfəlik 600 manat veriləcək. 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı yardım alan) hər uşağa görə aylıq müavinət 140 manat, 5-dən çox uşağı olan qadınlara hər uşağa görə aylıq müavinət 140 manat təşkil edəcək. Diqqət mərkəzində olan kateqoriyalardan biri də övladlığa uşaq götürən ailələrdir. Eləcə də müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına aylıq müavinət (hər uşağa görə) 140 manata çatdırılıb.

Qeyd edək ki, sosial paket bir sıra digər təbəqələri də əhatə edib. Bütün təqaüd və müavinətlərin nə qədər artırıldığını sadalamaq fikrində deyilik. Onlar sözügedən sənəddə öz əksini aydın şəkildə tapıb və vətəndaşlarımızın həyatında, dolanışığında müsbət təsirini göstərəcək. Belə ki, bütün sosial paket dövrün çağırışlarına uyğun şəkildə tərtib olunub. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cenevrədə rəqəmsal texnologiyaların informasiya təhlükəsizliyinə təsiri müzakirə olunub  

11:17
08 İyul

UEFA Çempionlar Liqasında yeni mövsümə start verilir

11:11
08 İyul

Yağıntı və külək davam edir – FAKTİKİ HAVA

11:08
08 İyul

Zəngilanda 1 tona yaxın yabanı çətənə bitkisi məhv edilib

11:00
08 İyul

Dünya bazarında qızıl və gümüş bahalaşıb

10:58
08 İyul

Azərbaycan neftinin qiyməti 75 dollara yaxınlaşır

10:58
08 İyul

Dünya birjalarında neft ucuzlaşıb

10:57
08 İyul

Beynəlxalq yarışlarda uğurla çıxış etmiş Azərbaycan idmançıları ilə görüş olub  

10:51
08 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb

10:08
08 İyul

Paşinyan-kilsə qarşıdurması gərginləşir

09:45
08 İyul

Nyu Yorkun növbəti meri kim olacaq 

09:40
08 İyul

Hərbi prokuror sərhədçilərlə birlikdə  

09:39
08 İyul

"Nə zaman o zənglər sussa, onda mən də olmayacağam"

09:35
08 İyul

Bəstəkar ömrünün səhifələri

09:30
08 İyul

Ən ağıllı insanlara malik olan 10 Afrika ölkəsi

09:27
08 İyul

Liftimiz tez-tez sıradan çıxır

09:25
08 İyul

Dövrün bəlasına qarşı birgə mübarizə

09:20
08 İyul

İstəyirik Qubadan yalnız xoş təəssüratla qayıdaq

09:15
08 İyul

Türkiyəli ekspert: Ermənistan Azərbaycanın ədalətli və əsaslı tələblərinə qulaq asmalıdır  

09:14
08 İyul

Yollarımız təmir edildi

09:10
08 İyul

Təhsilimizin daha bir nailiyyəti

09:05
08 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!