13 Dekabr 2025 09:15
129
CƏMİYYƏT
A- A+
D-8: Regionla əməkdaşlıq üçün gənclərin işgüzar platforması

D-8: Regionla əməkdaşlıq üçün gənclərin işgüzar platforması


Ölkəmizin paytaxtı bu ay bir sıra beynəlxalq əhəmiyyətli, mühüm tədbirlərə evsahibliyi edib. Dekabrın 5-9-da keçirilən D-8 Gənclər Dialoqu isə gənclərin inkişafında və əlaqələrinin genişlənməsində əhəmiyyətli tədbirlərdən biri hesab edilir. Dialoq Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Gənclər qlobal şəhər gündəliyinin gələcəyini formalaşdırır: Sabahın dayanıqlı və iqlimədavamlı şəhərləri" mövzusunda təşkil olunub.

D-8-ə üzv dövlətlərin gənclər siyasətinə məsul qurumların rəhbərlərini, aparıcı gənclər təşkilatlarının nümayəndələrini, siyasətçiləri və sahə üzrə tanınmış beynəlxalq ekspertləri bir araya gətirən tədbirin əsas məqsədi gənclər arasında regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsi, innovasiya və məşğulluq sahəsində gənclərin potensialının artırılması, eləcə də dayanıqlı, inklüziv və davamlı şəhər mühitinin qurulmasında gənclərin rolunun genişləndirilməsidir.

Xatırladaq ki, Azərbaycan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına ötən il üzv seçilib. Bu təşkilat çərçivəsində ilk uğurlu addımlarını atan Azərbaycan qısa vaxt ərzində əməkdaşlıq sahələrini müəyyənləşdirib, islahatlarda iştirak etməyə təşəbbüs göstərib. Ölkəmizin D-8 təşkilatı çərçivəsində növbəti hədəfləri bəllidir. D-8 Gənclər Dialoqunda çıxış edən xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev deyib: "Biz Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik. Bunlar iqlim, nəqliyyat və media mərkəzləridir, Azərbaycanın D-8 çərçivəsində təşəbbüsləri məramını və həmrəyliyini ifadə edir".

Dünyanın texnologiya və iqlim sahələrində inkişaf etdiyini vurğulayan Yalçın Rəfiyev bildirib ki, bu prosesdə tam iştirak etməliyik: "Burada gənclərin liderliyi də önəmlidir. D-8 Gənclər Dialoqu 350 milyon gəncin burada təmsil olunması deməkdir. Gənclər ancaq inkişafa töhfə vermir, onlar dəyişikliyin memarlarıdır. D-8 dialoqu bizim ideyalarımızın, tövsiyələrimizin mübadiləsi üçün unikal bir fürsətdir. Sizin liderliyiniz, innovasiya və iştirakınızla D-8 təkcə iqtisadi kooperasiya platforması olmayacaq, eyni zamanda birlikdə gələcəyi formalaşdıracağıq. Müzakirələr sayəsində bizim cəmiyyətlərimiz üçün daha güclü və daha çevik platforma yaranacaq".

Gənclər Dialoqunda çıxış edən D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi İsiaka Abdulqadir İmam ölkəmizin bu sahədə fəaliyyətindən məmnunluğunu dilə gətirib: "Azərbaycan D-8 təşkilatında böyük aktivlik nümayiş etdirir. Bu gün Azərbaycan hökuməti tərəfindən D-8 təşkilatının tədbirləri dəstəklənir".

Baş katib D-8-in 1987-ci ildə İstanbulda təsis edildiyini yada salıb. Azərbaycanın qoşulması ilə təşkilatın əhatə dairəsinin genişləndiyini deyib: "Təşkilatın məqsədi iqtisadi əməkdaşlığı və ticarəti təşviq etməkdir. Gənclərin inkişafı və iqlim məsələləri də əsas fəaliyyət sahələrimizə daxildir. Azərbaycanın təşkilata qoşulması ilə iqlim sahəsində fəaliyyətlərimizi daha da genişləndirmişik. COP29 təcrübəsi bizim üçün çox önəmlidir. Bu təşkilatın potensialı çox böyükdür.

Bizim əhalimizin 20 faizi gənclərdir. Həmin gənclər inkişafa aktiv töhfə verirlər. Gənclər bizim gələcəyimizdə böyük rol oynayırlar. D-8 də gənclərə dəstək vermək üçün öz məramını ifadə edir. İnanırıq ki, D-8 Gənclər Dialoqu çərçivəsində gənclər dünyada gedən proseslərdə daha aktiv iştiraklarına imkan yaradacaq bilik və bacarıqlar əldə edəcəklər. Forum vasitəsilə daha təhlükəsiz gələcək təmin etməyə çalışacağıq. Burada yeni inklüziv ideyaların formalaşacağına inanıram".

D-8 Gənclər Dialoqunda çıxışında gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə həyata keçirilən gənclərin inkişafı istiqamətində atılan addımlardan bəhs edib: "Ölkəmizdə çoxsaylı gənclər mərkəzi yaradılıb, müxtəlif gənclər təşkilatları fəaliyyət göstərir. Beynəlxalq gənclər təşkilatlarında da aktivliyimiz var. Bu il müxtəlif beynəlxalq tədbirlər təşkil etmişik. Növbəti ildə biz BMT tərəfindən dəstəklənən böyük tədbirlər keçirəcəyik. Bu, bizim üçün çox böyük imkandır".

 Rəsmi açılış mərasimi dekabrın 6-da baş tutan forumda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr tam şəkildə təmsil olunublar. 8 ölkədən və təşkilatın Katibliyindən 30-dan çox xarici nümayəndə, 10-a yaxın peşəkar çıxışçı olmaqla, ümumilikdə 100-dən çox qonaq iştirak edib.

Forum çərçivəsində "İnsan kapitalının inkişafı və dayanıqlı şəhərsalma - Gənclər inkişafın aparıcı gücü kimi", "Dayanıqlı şəhərsalma: Gənclər və şəhərlərin gələcəyi", "Ağıllı və inklüziv şəhərlər üçün transformasiya" kimi mövzuların müzakirəsi nəzərdə tutulub.

D-8 Gənclər Dialoqunun ikinci günü - dekabrın 7-də gənclər siyasəti, şəhər inkişafı və dayanıqlı şəhər mühitinin formalaşmasında gənclərin roluna dair bir sıra panel müzakirələri təşkil olunub.  Proqramın ilk paneli "Şəhərlərdə mobillik: Daha inklüziv və gəncləryönümlü mobillik sistemləri üçün siyasətlər, innovasiyalar və həllər" mövzusuna həsr edilib. Müzakirələrdə şəhər nəqliyyatının əlçatanlığı, gənclərin ehtiyaclarına uyğunlaşdırılmış mobil yanaşmalar, rəqəmsal nəqliyyat həlləri və dayanıqlı şəhər mühitinin qurulması məsələləri diqqət mərkəzində olub. Sonra "Yaşıl urban inkişaf üçün bacarıqlar: Dayanıqlı və aşağı karbonlu şəhərlər naminə gənclər" paneli keçirilib. Ekspertlər və iştirakçılar gənclərin "yaşıl bacarıqları"nın inkişaf etdirilməsi, ekoloji davamlı şəhər modellərinin yaradılma imkanları və aşağı karbonlu gələcəyə keçidi sürətləndirən təşəbbüslər barədə fikir mübadiləsi aparıblar. Sessiyalar boyunca üzv ölkələrin nümayəndələri urbanizasiya, ekoloji siyasət, innovasiya və gənclərin fəal iştirakının gücləndirilməsi sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

D-8 Gənclər Dialoqu region ölkələri arasında gənclər siyasətinə və dayanıqlı urban inkişaf üzrə tərəfdaşlığın möhkəmlənməsinə, eləcə də yeni ortaq təşəbbüslərin formalaşmasına mühüm töhfə vermək məqsədi daşıyıb.

Forumun rəsmi bağlanış mərasiminin sonunda D-8 ölkələrinin nümayəndələri tərəfindən D-8 Bakı Gənclər Bəyanatı qəbul edilib. Gənclərin qərarvermə proseslərində rolunun artırılması, dayanıqlı urban inkişaf, "yaşıl bacarıq"ların gücləndirilməsi və regional əməkdaşlığın genişləndirilməsi istiqamətində ortaq öhdəliklər sözügedən bəyanatda əksini tapıb.

Beləliklə, ölkəmizdə keçirilən D-8 Gənclər Dialoqu Azərbaycan gəncləri üçün həm beynəlxalq əməkdaşlıq, həm də innovasiya və urban inkişaf sahəsində bilik və təcrübə mübadiləsi üçün unikal platforma olub. Forum iştirakçıları əldə etdikləri bilik və təcrübələri gələcək layihələrində tətbiq etməklə yalnız öz ölkələrində deyil, bütün D-8 Gənclər Dialoqu region ölkələri arasında da gənclərin inkişafına və dayanıqlı şəhər mühitinin yaradılmasına töhfə verəcəklər. Azərbaycan bu tədbir vasitəsilə həm bir daha regional liderliyini göstərib, həm də gənclərin səsi və ideyalarını beynəlxalq səviyyədə önə çıxarıb.


Zöhrə FƏRƏCOVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb

10:48
13 Dekabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

10:47
13 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:47
13 Dekabr

İraqın keçmiş prezidenti BMT-nin qaçqınlar üzrə ali komissarı seçilib  

10:43
13 Dekabr

Polad Bülbüloğlu: Heydər Əliyevin adı və obrazı həmişə mənimlə olacaq  

10:42
13 Dekabr

Mixail Qusman: Heydər Əliyev xalqın etibar etdiyi lider idi  

10:41
13 Dekabr

Londonda Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib  

10:09
13 Dekabr

Aİ Rusiyanın dondurulmuş aktivlərinin geri qaytarılmamasına dair qərar qəbul edib  

10:01
13 Dekabr

"Ötən günlərimi qaytaraydılar..."

09:55
13 Dekabr

Bilmək istəyirəm

09:53
13 Dekabr

Masallıda "Məkr və məhəbbət"

09:50
13 Dekabr

Şirvanda payız-qış mövsümünə hazırlıq müzakirə olunub

09:47
13 Dekabr

Qarabağın qurucularına sertifikatlar təqdim edilmişdir

09:40
13 Dekabr

XİN: Çernomorsk limanına hücum nəticəsində türk şirkətinə məxsus gəmi zərər görüb  

09:38
13 Dekabr

2025: göygöllülər üçün abadlıq, quruculuq və festivallar ili

09:35
13 Dekabr

Goranboylular Ulu Öndərə ehtiramlarını elliklə ifadə etdilər

09:30
13 Dekabr

"Sən elə bir zirvəsən!"

09:25
13 Dekabr

ABŞ-dən tarixi qərar

09:20
13 Dekabr

D-8: Regionla əməkdaşlıq üçün gənclərin işgüzar platforması

09:15
13 Dekabr

Dövlət siyasətinin təntənəsi

09:10
13 Dekabr

Azərbaycanın qlobal humanitar diplomatiyasının növbəti uğurları

09:05
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!