13 Dekabr 2025 08:45
135
CƏMİYYƏT
A- A+
Ulu Öndər xalqımızın qəlbində əbədi yaşayacaq

Ulu Öndər xalqımızın qəlbində əbədi yaşayacaq


12 dekabr tarixi xalqımızın yaddaşına kədərli notlarla yazılıb. 2003-cü ilin həmin günündə xalqımız müstəqil müasir Azərbaycan dövlətinin qurucusu  Ümummilli Lider Heydər Əliyevlə əbədi olaraq vidalaşdı. Xalqımız tarixində olduqca mühüm yer tutmuş, bu nadir şəxsiyyəti, görkəmli dövlət xadimi Heydər Əliyevi heç vaxt unutmur. Daim xilaskar oğlunu dərin hörmətlə xatırlayır. 22 ildir ki, xalqımız dekabr ayının 12-ni Ulu Öndər Heydər Əliyevin anım günü kimi böyük ehtiramla qeyd edir.

Görkəmli dövlət xadimi Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur. Bu böyük şəxsiyyətin xalqımız qarşısındakı xidmətləri cildlərlə kitablara sığmaz. Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin simasında əsl milli Liderini tapmışdır. Ümummilli Lider zaman-zaman yürütdüyü uğurlu daxili və xarici siyasət nətisəcində milli ruhun dirçəldilməsinə, Azərbaycan dövlətinin, iqtisadiyyatının, mədəniyyətinin inkişafına və çiçəklənməsinə nail olmuşdur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev həm ölkəmizin, həm də müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşüb. 

Bu gün hamımızın qürur duyduğumuz güclü, qüdrətli müstəqil Azərbaycan dövləti hazırkı mərhələsinə asan yolla gəlib çatmamışdır. Yaxın tariximizdən məlumdur ki, ötən əsrin sonlarında yenidən müstəqillik əldə etdikdən sonra müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, vətəndaş müharibəsinin astanasında olan Azərbaycan öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. O dövrdə hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi ucbatından ölkədə ictimai-siyasi gərginlik dərinləşərək anarxiya həddinə çatmışdı. 1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra qısa müddət ərzində ölkəmizi tənəzzülə sürükləyən proseslərin qarşısı qətiyyətlə alınmış, bundan sonra ictimai-siyasi sabitlik yaranmışdı. 

Həmin gərgin günlərdə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli Lider Heydər Əliyevin güclü inkişaf strategiyası, müəyyənləşdirdiyi düzgün daxili və xarici siyasət xətti dayanır. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz tarixi xidmətləri nadir şəxsiyyətin fəaliyyətinin bütün mərhələlərini əhatə edir.

Ulu Öndər müstəqil Azərbaycanın sosial-iqtisadi və siyasi əsaslarının möhkəmləndirilməsində, dünyanın aparıcı dövlətlərinin etibarlı tərəfdaşına çevrilməsində çox böyük işlər görüb, zaman-zaman uğurlu addımlar atıb. Ümummilli Lider Heydər Əliyev işıqlı zəkası, biliyi, bacarığı ilə, uzaqgörən siyasəti ilə ürəkdən sevdiyi xalqını bütün bəlalardan qoruyub, respublikamızı dinamik inkişaf yoluna çıxarıb. Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri sayəsində Azərbaycan dünyada tanınıb.

Xalqımız Ulu Öndər Heydər Əliyevin dövlətimiz qarşısındakı xidmətlərini heç vaxt unutmur. Hər il dekabrın 12-də, Ümummilli Liderin anım günündə xalqımız müasir müstəqil Azərbaycanın banisi olmuş bu böyük şəxsiyyətin Fəxri xiyabandakı məzarını sonsuz ehtiramla ziyarət edir, xatirəsini hörmətlə anır,  ona olan sevgisini bir daha ifadə edir. 

Dünən hava bir az çiskinli olsa da, insanlar böyük sevgi ilə görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etməyə gəlirdilər. Əllərində gül dəstələri, əklillər tutmuş insanların Fəxri xiyabana gəlişinin ardı-arası kəsilmirdi. Azərbaycan xalqının Ulu Öndərə olan sevgisi və hörməti hər addımda hiss olunurdu. Ziyarətə gələnlərin arasında elm adamları, tanınmış xadimlər, tələbələr, məktəblilər, veteranlar, təqaüdçülər var idi.

"İdman veteranları" İctimai Birliyinin prezidenti, 5 qat Avropa, 2 qat dünya çempionu, beynəlxalq dərəcəli idman ustası, Əməkdar bədən tərbiyəsi və idman xadimi Zemfira Meftahətdinova da ziyarətə gələnlərin arasında idi. Bizimlə söhbətində o dedi ki, idmançılar hər il Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edirlər. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın hərtərəfli inkişafına, daha da güclənməsinə böyük töhfələr verərək, onun gələcək inkişaf strategiyasını müəyyənləşdirmişdi. Ümummilli Liderin çoxsahəli fəaliyyətinin əsas istiqamətlərindən biri də idman və bədən tərbiyəsi sahəsinin inkişafı olmuşdur.  Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə idmana böyük diqqət və qayğı ilə yanaşmışdı. O illərdə idmanın maddi-texniki bazasının yaradılması üçün çox işlər görülmüşdü. Yeni-yeni idman kompleksləri, qurğuları, zalları tikilmiş, geniş meydançalar salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. İdmançılara dövlət səviyyəsində qayğı göstərilmişdir. Məhz buna görə də ölkəmizdə idman sahəsi inkişaf etmişdir. İdmançılarımız keçirilən beynəlxalq yarışlardan geriyə medallarla qayıtmışlar. Müxtəlif ölkələrdə himnimizi səsləndirmiş, bayrağımızı yüksəltmişdilər. Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin zaman-zaman Azərbaycan idmanına göstərdiyi diqqət və yardımının nətisəsidir.   

Ulu Öndərin məzarını ziyarətə gəlmiş "Azərbaycan-Türk xalqları" İctimai Birliyinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səkinə Bayramova ilə də söhbət etdik. O dedi ki, xalqların tarixində dahi şəxsiyyətlər olur. Belə şəxsiyyətlər həmişə qorxmadan millətinin, dövlətinin tərəqqisinə xidmət edən ali məqsədlər uğrunda gedən mübarizənin önündə addımlayırlar. Azərbaycan xalqının dahi şəxsiyyətlərindən biri də həmişə sevilə-sevilə xatırlanan Ulu Öndər Heydər Əliyevdir. Bənzərsiz ictimai-siyasi fəaliyyəti olan və bütövlükdə mənalı ömür  yolu keçmiş Ümummilli Lider dünyanın ən tanınmış şəxsiyyətlərindən biri kimi hər bir azərbaycanlının qəlbində əbədi yaşayır. Ulu Öndər Azərbaycan xalqının taleyinə qurtuluş mübarizəsinin qalibi kimi daxil olmuş əvəzsiz bir şəxsiyyətdir. Azərbaycanlı olmağı ilə həmişə fəxr edən Ulu Öndər Heydər Əliyev keçmiş ittifaqın sərt qanunlarına baxmayaraq, Azərbaycana rəhbərlik etməyə başladığı 1969-cu ildən respublikamızda böyük iqtisadi, elmi yüksəlişlə yanaşı, ədəbi-mədəni inkişafa və müstəqil düşüncəyə yol açmışdır. Sovet rejiminin ideoloji məsələlərə xüsusi həssaslıqla yanaşdığı vaxtlarda Azərbaycanın milli maraqları, mədəni-mənəvi dəyərlərinin qorunması üçün mümkün olan hər şeyi etmişdir. Ümummilli Lider Heydər Əliyev dövrümüzün ən parlaq simalarından və nadir şəxsiyyətlərindəndir. Böyük zəhmətlər bahasına xalqımız üçün müasir və müstəqil Azərbaycanı qurduğuna, yaratdığına və yaşatdığına görə xalqımız həmişə  bu dahi şəxsiyyətə borcludur. Odur ki, onun məzarını böyük minnətdarlıq hissi ilə, ehtiramla ziyarət edir.    

Rabitə və İnformasiya üzrə Bakı dövlət peşə mərkəzinin 3-cü kurs tələbəsi Akif Osmanovla söhbətimiz də maraqlı oldu.  O dedi ki, biz kurs yoldaşlarımızla ürəyimizin hökmü ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət etməyə gəlmişik. Azərbaycan gəncliyinin Ulu Öndərə sevgisi çox böyükdür. Biz gənclər yaxşı bilirik ki, ölkəmizdə uğurlu dövlət gənclər siyasətinin əsasını Ümummilli Lider Heydər Əliyev qoyub. Ulu Öndər respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə gənclərə xüsusi qayğı ilə yanaşmış, onların yaxşı oxumaları, təhsil almaları üçün hərtərəfli şərait yaratmışdır. Bu böyük tarixi şəxsiyyətin diqqət və qayğısı sayəsində yüksək intellektual səviyyəyə, müasir dünyagörüşünə malik gənc nəsil yetişmişdir. Buna görə də gənclərin Ulu Öndərə sevgisi heç vaxt tükənməyəcək, hələ getdikcə daha da artacaq.

Əlində gül dəstəsi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etməyə gəlmiş filologiya üzrə fəlsəfə doktoru, dosent Yeganə Qəhrəmanovanın da ürəyi dolu idi. Yeganə xanım dedi ki, Ulu Öndərin şərəf dolu ömür yolu hər birimiz üçün örnəkdir. Bu böyük tarixi şəxsiyyət bütün mənalı həyat və fəaliyyəti ilə doğma xalqımıza, dövlətimizə sədaqətlə xidmət edib. Ümummilli Liderimiz Heydər Əliyev xalqımızın tərəqqisi, dövlətçilimizin qorunması naminə qətiyyətlə çalışmış, necə deyərlər, ortaya dəmir iradə qoymuşdur. Çox şükürlər olsun ki, bu dəmir iradə sonradan "dəmir yumruğ"a çevrilmişdir. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra başqa sahələrdə olduğu kimi, ordu quruculuğunda da böyük uğurlara gətirib çıxaran islahatlar həyata keçirdi. Qısa müddət ərzində yüksək peşəkarlıqla həyata keçirilən bu islahatlar nəticəsində güclü, vətənini, torpağını qorumağa, zəbt olunmuş ərazilərimizi işğaldan azad etməyə qadir və hazır olan ordu yaradıldı. Bünövrəsini Ulu Öndər Heydər Əliyevin qoyduğu Silahlı Qüvvələr bu dahi şəxsiyyətin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən daha da gücləndirildi. Nəhayət, Azərbaycan Ordusu 27 sentyabr 2020-ci ildə erməni qəsbkarlarının təxribatı nəticəsində başlanan İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında torpaqlarımızı erməni işğalçılarından azad etdi. Bu Zəfərə, bu Qələbəyə hamımız sevindik. 

Hava qaralsa da, Azərbaycan xalqının böyük oğlu Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etməyə gələnlərin ardı-arası kəsilmirdi. Əllərində gül tutmuş insanlar ürəklərində dahi rəhbərə böyük məhəbbətlə onun məzarını ziyarət etməyə gəlirdilər. Anım mərasimindəki bu böyük izdiham onu göstərirdi ki, Azərbaycan xalqının ürəyində böyük xilaskarına sevgisi, ehtiramı dünya durduqca yaşayacaq. Bütün mənalı ömrünü xalqının inkişafına, işıqlı gələcəyinə həsr etmiş nadir şəxsiyyət Ulu Öndər Heydər Əliyevin məzarı əbədi olaraq Azərbaycan xalqının ziyarətgah yeri olacaq.  


Vahid MƏHƏRRƏMOV,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb

10:48
13 Dekabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

10:47
13 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:47
13 Dekabr

İraqın keçmiş prezidenti BMT-nin qaçqınlar üzrə ali komissarı seçilib  

10:43
13 Dekabr

Polad Bülbüloğlu: Heydər Əliyevin adı və obrazı həmişə mənimlə olacaq  

10:42
13 Dekabr

Mixail Qusman: Heydər Əliyev xalqın etibar etdiyi lider idi  

10:41
13 Dekabr

Londonda Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib  

10:09
13 Dekabr

Aİ Rusiyanın dondurulmuş aktivlərinin geri qaytarılmamasına dair qərar qəbul edib  

10:01
13 Dekabr

"Ötən günlərimi qaytaraydılar..."

09:55
13 Dekabr

Bilmək istəyirəm

09:53
13 Dekabr

Masallıda "Məkr və məhəbbət"

09:50
13 Dekabr

Şirvanda payız-qış mövsümünə hazırlıq müzakirə olunub

09:47
13 Dekabr

Qarabağın qurucularına sertifikatlar təqdim edilmişdir

09:40
13 Dekabr

XİN: Çernomorsk limanına hücum nəticəsində türk şirkətinə məxsus gəmi zərər görüb  

09:38
13 Dekabr

2025: göygöllülər üçün abadlıq, quruculuq və festivallar ili

09:35
13 Dekabr

Goranboylular Ulu Öndərə ehtiramlarını elliklə ifadə etdilər

09:30
13 Dekabr

"Sən elə bir zirvəsən!"

09:25
13 Dekabr

ABŞ-dən tarixi qərar

09:20
13 Dekabr

D-8: Regionla əməkdaşlıq üçün gənclərin işgüzar platforması

09:15
13 Dekabr

Dövlət siyasətinin təntənəsi

09:10
13 Dekabr

Azərbaycanın qlobal humanitar diplomatiyasının növbəti uğurları

09:05
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!