COVID-in ən böyük fəsadı
Milyonlarla insanın yoluxmasına və ölümünə səbəb olan koronavirus orqanizmdə bir çox fəsadlara səbəb olub.
İllər ötdükcə, pandemiyadan uzaqlaşdıqca bu mənzərə daha aydın nəzərə çarpır. Mütəxəssislər COVID-19-un ən geniş yayılmış fəsadının ürək-damar xəstəlikləri olduğunu müəyyən ediblər. Son illərdə ölümə səbəb olan xəstəliklər sırasında ilk yerdə gələn ürək problemləri pandemiyadan sonra xüsusilə artıb. İnsanlar həkimlərə, əsasən, ritm pozuntusu və ürək döyüntüsü şikayətləri ilə müraciət edirlər.
Mütəxəssislər deyirlər ki, ürək problemləri vaxtında aşkarlananda əksər hallarda aradan qaldırılır. Ürək ritmi dəqiqədə 60-100 döyüntü sürətinə malikdir. Bu nizam pozulduqda insanlar narahatlıq hiss edirlər. Bu vəziyyət, adətən, zərərsiz olsa da, bəzən ciddi sağlamlıq problemlərinə də səbəb ola bilir. Çox yorulanda, qaçanda, həyəcanlananda və ya qorxu hiss etdikdə ürək döyüntüləri sürətlənir. Bu, fizioloji, yəni gözlənilən bədən reaksiyasıdır.
Ritm pozuntuları ilə bağlı asanlıqla diaqnoz qoyula bilmir. Diaqnoz üçün əvvəlcə EKQ çəkilir və yaxud pasiyentin üzərinə 24 saat və ya daha uzun müddətə "ritm holter" yerləşdirilir. Əgər bununla da dəqiq diaqnoz qoymaq mümkün olmursa, pasiyentin ürək ritmini aylarla izləmək üçün dərialtına kiçik ölçülü izləmə cihazı yerləşdirilir.
Qan laxtalanması da ciddi ürək-damar xəstəliklərinə səbəb ola və həyat üçün təhlükə yarada bilər. Bu zaman xəstələr sinə ağrısı, huşunu itirməyə səbəb ola biləcək başgicəllənmə, artan ürək döyüntüləri və nəfəs darlığı ilə qarşılaşırlar. Ritm pozuntuları qan dövranı prosesini zəiflədir. Otuz saniyədən çox davam edən sürətli döyüntülər qəfil ürək dayanmasına da səbəb ola bilər. Bu zaman güclü qan durulaşdırıcı vasitələrdən istifadə edilir, müalicə üsulları tətbiq edilir.
İnsan ürəyində ritm pozuntusu simptomları gördükdə sakit olmalı və dərindən nəfəs almalıdır. Aritmiya zamanı qan təzyiqi azala bilər, ona görə də oturmaq və ya uzanmaq tövsiyə olunur. Təhlükəli vəziyyətlərdən qaçmaq məsləhətdir. Məsələn, bəzi insanlarda susuzluq və ya stres ən böyük səbəblərdir və bunlardan uzaq olmaq ritm pozuntusunun qarşısını almaq üçün kifayət ola bilər. Daha tez-tez və ehtiyat tədbirlərinin qeyri-kafi olduğu hallarda mütləq mütəxəssisə müraciət etməli və müntəzəm dərman istifadəsinə başlanılmalıdır. Həkim tərəfindən təyin edilən müalicənin məqsədi simptomları azaltmaqdır.
Mütəxəssislər ürək-damar xəstəliklərinin qarşısını almaq üçün aktiv həyat tərzi sürməyi, stresdən uzaq durmağı, qida rasionuna və yuxu rejiminə diqqət yetirməyi tövsiyə edirlər. Fiziki aktivlik 30 yaşından sonra azalmağa başlayan əzələ kütləsini qoruyur, elastiklik və hərəkət qabiliyyətini artırır, sümükləri gücləndirir, osteoparoza qarşı qoruyur. Eyni zamanda insulin dirəncini və xolesterin səviyyəsini azaldır, beyində xoşbəxtlik hormonlarını artırır, təzyiqin stabil qalmasına kömək edir, qocalmanı ləngidir. Bu qədər faydanı heç bir pəhriz və heç bir dərmandan almaq mümkün deyil. Aktiv hərəkətlərdən ən zərərsizi və praktik olanı isə piyada gəzmək və suda üzməkdir. Gündəlik 10 min addım ürək-damar xəstəlikləri, şəkər və arterial hipertenziya riskini azaldır. Unutmamaq lazımdır ki, erkən atılan addımlar daha ciddi problemlərin qarşısını almağa kömək edir.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fransa Yeni Kaledoniyaya qoşun yeridib
17 May
Fransa kanak xalqına qarşı zor tətbiq etməklə beynəlxalq öhdəliklərini kobud şəkildə pozur...
17 May
Bəzi beynəlxalq təşkilatlar qərəz yuvasına çevriliblər
17 May
Heydər Əliyev Fondu əməkdaşlarının təltif edilməsi haqqında
17 May
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusunun verilmə...
17 May
Milli Məclisin Sədri Cenevrədə Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-...
17 May
"Anadolu Ankası - 2024" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib
17 May
Moskvada "Qelikon-opera"nın səhnəsində "Azərbaycan və Rusiya: dostluğun tərənnümü" adlı konsert olub...
17 May
Tuvalunun general-qubernatoru, Tonqa Krallığının Baş naziri və Baham Adaları Birliyinin xarici işlər...
17 May
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti DND-nin inzibati binası üçün MDF qapıl...
17 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!