22 Iyul 2024 15:13
100
CƏMİYYƏT
A- A+

COP29-un baş icraçı direktoru: Atmosferi qorumaq üçün birləşməliyik

 

COP29 kollektiv fəaliyyətdir. Bizim bir atmosferimiz var. Bunun üçün birləşməliyik. Bunu etməsək, uğursuzluğa düçar ola bilərik. İnkişaf etmiş ölkələr də birgə çalışmalıdır. Lakin Paris sazişində yer alan bir neçə məqam buna imkan vermir. Məsələn, maliyyə, texnologiya və digər məsələlər.

AZƏRTAC xəbər verir ki, bunu 2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində təşkil edilən “Yaşıl dünya naminə həmrəylik - COP29” adlı təqdimatda Azərbaycan Respublikası energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov deyib.

Nazir müavini diqqətə çatdırıb ki, COP29 çərçivəsində maliyyələşdirilmə modeli kimi məsələlər müzakirə olunacaq. Elnur Soltanov deyib: “COP29 çox gözəl fürsət olacaq. Biz Azərbaycan olaraq şəffaf bir mühit yaradacağıq. Bu günə qədər bir çox mühüm işlər görülüb, 13 fəaliyyət icra olunub. Ümid edirik ki, noyabrda konkret nəticələrə nail olacağıq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video