03 Noyabr 2024 00:41
471
CƏMİYYƏT
A- A+
COP29 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinq keçirilib

COP29 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinq keçirilib


COP29 konfransı tarixlərində Bakıda nəqliyyatın idarə olunması planı və bu istiqamətdə icrası nəzərdə tutulan kompleks tədbirlər barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə COP29 Azərbaycan Əməliyyat Şirkəti, Baş Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) iştirakı ilə COP29 nəqliyyat planının təqdimatına dair brifinq keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir məkanı olan Bakı Stadionunda baş tutan brifinqdə adıçəkilən qurumların nümayəndələri konfransın keçiriləcəyi müddətdə böyük ziyarətçi axınını idarə etmək məqsədilə nəqliyyat xidmətinin effektiv təşkili, iştirakçıların və yerli sakinlərin rahat hərəkətini təmin etmək üçün görülən tədbirlər barədə ətraflı məlumat verib.

Brifinqdə təqdimatla çıxış edən COP29 Azərbaycan Əməliyyat Şirkətinin nəqliyyat departamentinin direktoru Orxan Mahmudlu qeyd edib ki, ölkəmizin indiyə qədər evsahibliyi etdiyi ən irimiqyaslı tədbir olan COP29-a təşkilati hazırlıq işlərinin tələb etdiyi spesifik yanaşma həmin nəqliyyat sahəsində icra olunan tədbirlərə də şamil olunub. Belə ki, bu istiqamətdə müvafiq plan və konsepsiyanın hazırlanmasına bu ilin fevralından sentyabr ayına qədər hazırlandığı diqqətə çatdırılıb. Konsepsiya COP29 müddətində təhlükəsiz və operativ qaydada qonaqların hava limanından konfrans məkanına və əks-istiqamətdə daşınması, şəhər daxilində sərbəst hərəkətinin təmin olunması, paytaxtda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi kimi elementləri özündə ehtiva etdiyini bildirən O.Mahmudlu Bakı şəhərində fəaliyyət göstərəcək nəqliyyat qovşaqları barədə də ətraflı məlumat verib. Çıxışda həmçinin COP29 dövründə şəhərdə hərəkət edəcək xüsusi COP29 nəqliyyat vasitələri, xüsusi marşrutlu konfrans avtobusları, yüzlərlə xüsusi taksi və ekspres ictimai avtobusların fəaliyyəti, eləcə də COP29 xüsusi zolaqlar üzrə hərəkət qaydaları barədə də geniş məlumat verilib.

Daha sonra çıxış edən AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev COP29-da iştirak məqsədilə paytaxta səfər edəcək qonaqların sayı nəzərə alınaraq şəhər sakinlərini ictimai nəqliyyatdan istifadə etməyə çağırıb. O həmçinin həmən günlərdə hava limanı istiqamətində hərəkət edəcək vətəndaşları alternativ olan Zığ şossesindən istifadə etməyi də tövsiyə edib. A. Rzayev qeyd edib ki, COP29 günlərində hava limanından iki istiqamətdə - 28 May metrosu və Əhmədli metrosu, ictimai ekspres avtobuslar fəaliyyət göstərəcək, həmçinin konfrans günlərində Bakıda avtobusların marşrut xətlərində müəyyən dəyişikliklər olacaq, bununla əlaqədar vətəndaşların qarşıdakı günlərdə məlumatlandırılacağını əlavə edib.

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi Namidan Piriyev isə çıxışında COP29 günləri müddətində şəhərin müxtəlif istiqamətlərindən giriş və çıxışlarla bağlı məlumat verib. O qeyd edib ki, qlobal əhəmiyyətli bu tədbirin ölkəmizə səfər edəcək yüksəksəviyyəli qonaqların müşayiəti və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə tədbirin gedişatından asılı olaraq paytaxtın bəzi əsas küçə və prospektlərində fasilələrlə məhdudiyyətlər tətbiq olunacaq, lakin yolların bağlanmasına zərurət yoxdur. Biz sadəcə vətəndaşlarımıza tədbirin miqyasını nəzərə alaraq şəxsi nəqliyyat vasitələrindən az istifadə etməyi tövsiyə edirik.

Tədbirin sonunda media nümayəndələrini maraqlandıran sualların cavablandırılması üçün sual-cavab sessiyası keçirildi.

Xatırladaq ki, cari ay ərzində COP29 tarixlərində nəqliyyatın idarəedilməsi sxemlərinin sınaqdan keçirilməsi məqsədilə bir sıra genişmiqyaslı monitorinqlər keçirilib. Nəqliyyat monitorinqləri zamanı COP29-a məxsus avtobus və avtomobillər, yanğınsönüdrümə və təcili tibbi yardım maşınları, eləcə də yüzlərlə COP29 könüllüsü cəlb edilməklə müxtəlif ssenari və istiqamətlər üzrə nəqliyyatın hərəkəti uğurla sınaqlardan keçirilmişdir.

Növbəti nəqliyyat monitorinqi isə 3 noyabr tarixində saat 11:00-dan 14:00-dək keçiriləcək. Monitorinq tədbirləri Heydər Əliyev, İstiqlaliyyət, Nərimanov, Xətai, Tbilisi, Azadlıq və Neftçilər prospektləri, eləcə də Lermontov, Teymur Elçin, Niyazi, Nizami, Yusif Səfərov, Mikayıl Hüseynov, Rəşid Behbudov, Xəqani Rüstəmov, Puşkin, Abdulla Şaiq, Nizami, İzmir, Bakıxanov küçələri, həmçinin Mərdəkan, Zığ və Aeroport şoselərini əhatə edəcək. Sözügdən müddətdə qeyd edilən yollarda nəqliyyatın hərəkətinə tətbiq ediləcək məhdudiyyətlər nəzərə alınaraq sürücülərdən alternativ yollardan və ictimai nəqliyyat vasitələrdən istifadə edilməsi xahiş olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İspaniya polisi krala palçıq atanların kimliyini müəyyən edəcək

21:22
04 Noyabr

Vatikan rəsmisi ilə Heydər Əliyev Fondunda görüş keçirilib  

20:31
04 Noyabr

Azərbaycan və İraq arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub  

20:29
04 Noyabr

Azərbaycanlı rəqqaslar beynəlxalq müsabiqədə birinci yerə layiq görülüblər  

19:57
04 Noyabr

Hərbi İnstitut Cənubi Koreyada “12-ci Beynəlxalq Kursantlar Həftəsi”ndə təmsil olunub

19:55
04 Noyabr

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi COP29 çərçivəsində keçiriləcək tədbirləri açıqlayıb  

19:52
04 Noyabr

COP29 ərəfəsində ictimai iaşə obyektlərinin ekoloji dayanıqlılığının qiymətləndirilməsi yekunlaşıb  

19:37
04 Noyabr

Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev: Neft” bədii filmi kinoteatrlarda nümayiş olunacaq  

19:23
04 Noyabr

Azərbaycan ilə Slovakiya arasında hərbi əməkdaşlığın cari vəziyyəti müzakirə edilib  

19:06
04 Noyabr

ASCO emissiyaların 25 faiz azalmasına səbəb olacaq 65 ədəd köhnəlmiş gəmini donanmadan çıxarır  

18:54
04 Noyabr

MTM: Alternativ enerjiyə keçid qlobal iqlim dəyişiklikləri ilə mübarizənin başlıca şərtidir

18:39
04 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib  

18:31
04 Noyabr

Bakıda və Sumqayıtda qanunsuz yaşayan 75 əcnəbi polis əməkdaşları tərəfindən saxlanılıb

18:11
04 Noyabr

Rumıniya mediası Bakıda keçiriləcək COP29-dan yazır  

18:02
04 Noyabr

Kişi voleybolçular arasında Azərbaycan Kubokunun qalibi müəyyənləşib  

17:47
04 Noyabr

Qazaxıstan və Rusiya sərhədlə bağlı danışıqlar aparıb  

17:41
04 Noyabr

Viktor Orban: Macarıstan Aİ-yə cərimə ödəməyəcək

17:39
04 Noyabr

Azərbaycan COP29 iştirakçıları üçün pulsuz xüsusi vizanı tətbiq edib

17:16
04 Noyabr

AYNA Elektron Tərəzilərin Vahid Monitorinq Mərkəzinə mediatur təşkil edib

16:58
04 Noyabr

Muxtar Babayev Çinin müvəqqəti işlər vəkili ilə COP29-a hazırlıq tədbirlərini müzakirə edib  

16:53
04 Noyabr

10 milyard smartfon tullantıya çevriləcək  

16:51
04 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!