01 Oktyabr 2024 08:30
1127
İQTİSADİYYAT
A- A+
COP29 - müzakirə üçün 5 təklif 

COP29 - müzakirə üçün 5 təklif 


Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanın sədrliyi ilə noyabr ayında Bakıda keçiriləcək. Bu faktın ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərin təşkilində zəngin təcrübəsinin qlobal səviyyədə qəbul edilməsinin göstəricisidir. Planetin gələcəyi üçün əhəmiyyətli qlobal problemlərin müzakirəsi və həlli baxımından COP29-un tarixə düşəcəyinə inanırıq.

Ətraf mühitə atılan tullantıların miqdarının olduqca çox olması və ətraf mühitə dəyən zərərin təhlükəli həddə çatması, demək olar ki, hamı tərəfindən qəbul edilir. Amma problemin hamı tərəfindən qəbul edilməsi həmin problemin həlli üçün kifayət deyil.

Eləcə də hamı tərəfindən qəbul edilir ki, ətraf mühitlə bağlı mövcud problemlərin həlli böyük həcmdə investisiyalar tələb edir. Amma həqiqət həm də odur ki, ətraf mühit problemlərinin yalnız investisiya alətləri ilə həlli mümkünsüzdür. Bu baxımdan bir sıra məsələlərə yeni baxış tələb olunur. Bakıda keçiriləcək COP29 ciddi müzakirələrlə zəngin olacaq və inanıram ki, yeni baxışlar ortaya qoyacaq.

COP29-da müzakirə üçün əhəmiyyət kəsb edəcəyini nəzərə alaraq bəzi düşüncələri paylaşmağı faydalı hesab etdik.

Əvvəla, ətraf mühit problemlərinin həlli və "yaşıl iqtisadiyyat"a keçid iqtisadiyyatda dövlətin rolunun azaldılması yox, artırılmasını tələb edir. Başqa sözlə, liberal dəyərlə əsaslanan mövcud iqtisadi inkişaf modeli əvvəllər müşahidə olunmayan ciddi çağırışlarla üz-üzədir. Liberal iqtisadi inkişaf modelinin öz ömrünü başa vurduğunu da söyləmək hələlik tezdir. Amma alternativ yanaşmalara artıq ciddi zərurət görünür. Alternativ yanaşmada dövlətin rolunun artacağı daha çox gözləniləndir. Ona görə də qlobal iqtisadiyyatda rəqabətə də yeni baxışın formalaşması tələb olunur. Çünki qlobal iqtisadiyyatda rəqabətdə dövlət rolu daha da güclənəcək. Ona görə də qlobal iqtisadiyyatda güclü dövlətlərin daha da güclənməsinə və zəif dövlətlərin daha da zəifləməsinə yol verməmək üçün yeni şəraitdə dövlətlərin "yaşıl iqtisadiyyat"da, o cümlədən "yaşıl rəqabət"də roluna dair çərçivəni, yeni vahid oyun qaydalarını müəyyən etmək üçün COP29 çərçivəsində Bakı bu müzakirələrə təşəbbüs göstərə və evsahibliyi edə bilər.

İkincisi, bəli, "yaşıl iqtisadiyyat"ı stimullaşdırmaq və yeni "yaşıl iş" yerləri yaratmaq üçün dövlətlər daha çox öz sərhədləri çərçivəsində dəstək verməyə çalışırlar. Problem ondadır ki, bir sıra hallarda beynəlxalq ticarət qaydaları belə milli dəstəyi, yumşaq desək, "alqışlamır". Həmin beynəlxalq ticarət qaydaları da liberal iqtisadi inkişaf modelinin məhsulu olduğu səbəbindən başqa cür də ola bilməz. Bu fikirləri təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, həm də digər qlobal təşkilatlara (Beynəlxalq Valyuta Fondu, Dünya Bankı) şamil etmək olar. Bu gün qlobal təşkilatların "yaşıl iqtisadiyyat" konsepsiyasının tələblərinə tam cavab vermədiyi görünür və həmin təşkilatların transformasiya edilməsi və yaxud tamamilə yenilərinin yaradılması zəruri görünür. İstər transformasiya, istərsə də tamamilə yeni qlobal təşkilatların yaradılması inkişaf etməkdə olan ölkələrin maraqları nəzərə alınmaqla həyata keçirilməlidir. Bu baxımdan Qoşulmama Hərəkatı Ölkələrinin rolu artırıla və COP29 çərçivəsində onların adından təşəbbüslər irəli sürülə bilər.

Üçüncüsü, "yaşıl iqtisadiyyat"a keçid və bununla bağlı təklif edilən ətraf mühit siyasətinin iqtisadi artıma təsiri də müzakirə predmetidir. Ən azından ilkin dövrdə bu təsirin daha çox mənfi olacağını ehtimal etmək olar. Beləliklə "yaşıl iqtisadiyyat"a keçidin təmin edilməsi və nəticədə azalan iqtisadi artım arasında da çətin seçim edilməsi ciddi müzakirələr tələb edir. İqtisadi artım tempinin azaldılması nəticəsində inkişaf etməkdə olan ölkələrin üzləşdiyi ziyanın inkişaf etmiş ölkələr tərəfindən kompensasiya edilməsi məsələsi də müzakirə oluna bilər.

Dördüncüsü, əsas problemlərdən biri ətraf mühitə atıla bilən tullantıların maksimal həcminin müəyyən edilməməsidir. Başqa sözlə, söhbət planetin gələcəyinə təhlükə yaradan tullantıların maksimal həcmindən gedir. Yəni ətraf mühitə atılan tullantıların hansı həcmindən sonra planetin gələcəyi baxımdan "geriyə saymaq" başlayır. İqtisadiyyatda hər zaman doğru olan yeganə düzgün cavabın olmadığı bəllidir. Amma buna baxmayaraq, ətraf mühitə atılan tullantıların maksimal həcmi nə qədər olmalıdır sualına yeganə düzgün cavabın tapılması vacibdir. Noyabr ayında keçiriləcək COP29-da tullantıların maksimal həcminin müəyyən edilməsi baxımından Bakı həm də qlobal mərkəzə çevrilmək şansına malikdir. Bu məqsədlə COP29-da Bakıda fəaliyyət göstərəcək və dünyanın tanınmış siyasət adamlarından ibarət Qlobal Komissiyanın və elm adamlarından ibarət Qlobal Ətraf Mühit Tədqiqat Mərkəzinin yaradılması məsələsi COP29-un gündəliyinə daxil edilə bilər.

Beşincisi, COP29 "təhsilin yaşıllaşdırılması" ilə bağlı qlobal təşəbbüs üçün də əla fürsətdir və bu baxımdan Yaşıl Təhsil Modelinin də müzakirəsi faydalı olar.


Ədalət MURADOV,

UNEC-in rektoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

“Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

01:22
18 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişiklik edilməsi haqqında

01:20
18 Dekabr

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!