02 Noyabr 2024 18:29
464
CƏMİYYƏT
A- A+
COP29-la bağlı nəqliyyatın idarə olunması üzrə növbəti monitorinqlər keçiriləcək

COP29-la bağlı nəqliyyatın idarə olunması üzrə növbəti monitorinqlər keçiriləcək

COP29 konfransı ərəfəsində nəqliyyat hərəkətinin səmərəli təşkili məqsədilə Bakıda nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər davam etdirilir. Daha öncə də verilən məlumata əsasən, noyabrın 3-də saat 11:00-dan 14:00-dək davam edəcək yol nəqliyyatının monitorinq tədbirləri bütövlükdə tədbirin nəqliyyat planı və marşrutuna uyğun icra olunacaq və paytaxtın Heydər Əliyev prospekti Zuğulba yolu, Nərimanov, Xətai, Tbilisi, İnşaatçılar və Neftçilər prospektləri, eləcə də Teymur Elçin, Niyazi, Yusif Səfərov, Mehdi Hüseyn, Dəniz kənarı, Zərifə Əliyeva, Üzeyir Hacıbəyli, Kövkəb Səfərəliyeva, Bakıxanov küçələrini, həmçinin qismən İstiqlaliyyət küçəsini əhatə edəcək.

COP29 Azərbaycan Əməliyyat Şirkətindən AZƏRTAC-a bildirilib ki, həmin müddətdə qeyd edilən yollarda nəqliyyatın hərəkətinə tətbiq ediləcək məhdudiyyətlər nəzərə alınaraq sürücülərdən alternativ yollardan və ictimai nəqliyyat vasitələrindən istifadə edilməsi xahiş olunur.

COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən aparılacaq monitorinq prosesi zamanı COP29 konfransı çərçivəsində planlaşdırılan marşrutlar və nəqliyyat hərəkəti planları test ediləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İspaniya polisi krala palçıq atanların kimliyini müəyyən edəcək

21:22
04 Noyabr

Vatikan rəsmisi ilə Heydər Əliyev Fondunda görüş keçirilib  

20:31
04 Noyabr

Azərbaycan və İraq arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub  

20:29
04 Noyabr

Azərbaycanlı rəqqaslar beynəlxalq müsabiqədə birinci yerə layiq görülüblər  

19:57
04 Noyabr

Hərbi İnstitut Cənubi Koreyada “12-ci Beynəlxalq Kursantlar Həftəsi”ndə təmsil olunub

19:55
04 Noyabr

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi COP29 çərçivəsində keçiriləcək tədbirləri açıqlayıb  

19:52
04 Noyabr

COP29 ərəfəsində ictimai iaşə obyektlərinin ekoloji dayanıqlılığının qiymətləndirilməsi yekunlaşıb  

19:37
04 Noyabr

Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev: Neft” bədii filmi kinoteatrlarda nümayiş olunacaq  

19:23
04 Noyabr

Azərbaycan ilə Slovakiya arasında hərbi əməkdaşlığın cari vəziyyəti müzakirə edilib  

19:06
04 Noyabr

ASCO emissiyaların 25 faiz azalmasına səbəb olacaq 65 ədəd köhnəlmiş gəmini donanmadan çıxarır  

18:54
04 Noyabr

MTM: Alternativ enerjiyə keçid qlobal iqlim dəyişiklikləri ilə mübarizənin başlıca şərtidir

18:39
04 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib  

18:31
04 Noyabr

Bakıda və Sumqayıtda qanunsuz yaşayan 75 əcnəbi polis əməkdaşları tərəfindən saxlanılıb

18:11
04 Noyabr

Rumıniya mediası Bakıda keçiriləcək COP29-dan yazır  

18:02
04 Noyabr

Kişi voleybolçular arasında Azərbaycan Kubokunun qalibi müəyyənləşib  

17:47
04 Noyabr

Qazaxıstan və Rusiya sərhədlə bağlı danışıqlar aparıb  

17:41
04 Noyabr

Viktor Orban: Macarıstan Aİ-yə cərimə ödəməyəcək

17:39
04 Noyabr

Azərbaycan COP29 iştirakçıları üçün pulsuz xüsusi vizanı tətbiq edib

17:16
04 Noyabr

AYNA Elektron Tərəzilərin Vahid Monitorinq Mərkəzinə mediatur təşkil edib

16:58
04 Noyabr

Muxtar Babayev Çinin müvəqqəti işlər vəkili ilə COP29-a hazırlıq tədbirlərini müzakirə edib  

16:53
04 Noyabr

10 milyard smartfon tullantıya çevriləcək  

16:51
04 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!