19 Fevral 2026 09:00
341
CƏMİYYƏT
A- A+
Cismi şəhid, ruhu şaddır

Cismi şəhid, ruhu şaddır


Masallıda Milli Qəhrəman Səfəralı Məmmədovun anım günü qeyd olunub


Masallıda Azərbaycanın ilk Milli qəhrəmanlarından Səfəralı Məmmədovun anım günü ilə əlaqədar məzarı və ailəsi ziyarət edilib. Ziyarət zamanı qəhrəmanın məzarı önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, xatirəsi ehtiramla yad olunub. Şəhidin ailəsini ziyarət edən rayon rəhbərliyi onların qayğı və problemləri ilə maraqlanıb.

Səfəralı Məmmədov sağ olsaydı, ömrünün 64-cü ilini yaşayardı. 1963-cü il oktyabrın 16-da Masallının Sərçüvar kəndində dünyaya göz açıb, tam orta təhsilini doğma kəndində alıb. 1981-1983-cü illərdə Minskdə hərbi xidmətdə olub. Əsgəri xidməti başa vurduqdan sonra Krasnodar şəhərinə gedərək milis sistemində işə düzəlib. Az müddətdə xüsusi bacarığı ilə seçilib. Xidmətinin ilk ilində iki dəfə mükafatlandırılıb. Səmərəli fəaliyyətini nəzərə alaraq 1988-ci ildə onu Bakı Xüsusi Orta Milis Məktəbinin (indiki Polis Akademiyası) qiyabi şöbəsində təhsil almağa göndəriblər. 1990-cı ildə məktəbi bitirən Səfəralı xidmətini vətəndə davam etdirmək qərarına gəlib. Bakıda hava limanında iş təklif etsələr də, Ağdam RDİŞ-də xidmət etməyə üstünlük verib. Çox keçmir, polis tağım komandiri kimi döyüşə atılır. Rus dilini səlis bilməsi və sarışın olması kəşfiyyatçı kimi karına gəlib. Rus zabiti görkəmində tez-tez ermənilərin arasına gedərək Fərruxda, Ağbulaq fermasında, Qarakənddə neçə-neçə ermənini əsir götürüb. 

1992-ci il fevralın 16-da igid polis Səfəralı Məmmədovun son döyüşü oldu. Xocavəndin Qaradağlı kəndində erməni cəlladları insanları vəhşicəsinə qətlə yetirib silos quyularına atmışdılar. Səfəralının başçılıq etdiyi dəstə erməni yaraqlılarını biçərək irəliləyirdi. Qeyri-bərabər döyüş olsa da, kiçik dəstə rus silahları ilə təpədən-dırnağa kimi silahlanmış çoxlu sayda erməni terrorçularını və hərbi texnikasını məhv etdi. Lakin düşmənlər Səfəralının idarə etdiyi maşını qumbaraatanla vurdular. Qəlpələrdən bir neçəsi gənc komandirin kəmərindəki əl qumbarasına dəydi. 28 yaşlı igid polis mayoru Səfəralı Qurban oğlu Məmmədov və dəstənin əksər üzvləri faciəvi şəkildə şəhid oldular. 6 iyun 1992-ci ildə ona Azərbaycan Respublikasının Milli Qəhrəmanı (ölümündən sonra) adı verildi.

Səfəralı ailə qurmamışdı. Öz xoşbəxtliyi haqqında fikirləşməyə macalı olmamışdı. Amma indi ruhu şaddır. Çünki uğrunda döyüşdüyü torpaqlarda bayrağımız dalğalanır. Masallı şəhərindəki küçələrdən biri və doğma kənddəki vaxtilə təhsil aldığı məktəb adını daşıyır. Məktəbin qarşısında isə büstü qoyulub. Haqqında "Qəhrəman polis" sənədli filmi çəkilib. Adı qəlblərdə yaşayanlardan, xatirəsi əziz tutulanlardandır. Bir evdə dünyaya göz açdı, böyüdü, bir xalqın qəhrəmanı, bir ölkənin qüruru oldu.

Hər il olduğu kimi, bu il də anım günündə bu qədirbilənlikdən, bu məhəbbətdən kövrəlmişdi qoca anası Şahdəstə xanım...

 

Seyran CAVADOV, 

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Madaqaskarda dövlət çevrilişi və Prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

09:40
04 Aprel

Bilmək istəyirəm

09:35
04 Aprel

Mina terrorçuluğu bütün bəşəriyyət üçün ağrılı problemdir

09:30
04 Aprel

Zivər bəy Əhmədbəyov - qaranlıq dövrün işıqlı memarı

09:25
04 Aprel

Bakı - Şərqlə Qərbin ortaq şəhəri

09:20
04 Aprel

Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması davam edir

09:15
04 Aprel

İdman həm də sağlam sabahdır

09:10
04 Aprel

SDU tələbələrinin layihəsi maraq doğurub

09:05
04 Aprel

Gəncədə Aprel şəhidlərinin ailələri ziyarət olunub 

09:00
04 Aprel

Qlobal çağırışlar fonunda Azərbaycanın regional inkişaf modeli

08:55
04 Aprel

Neft qiymətləri öz tarixi rekordunu yeniləyə bilərmi?

08:50
04 Aprel

Noyabr zəfəri Aprel qələbəsinin davamı idi

08:45
04 Aprel

Aprel döyüşləri Azərbaycanın hərbi gücünün ilkin təsdiqi oldu

08:40
04 Aprel

TDT ölkələri arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var

08:35
04 Aprel

TDT mühüm əməkdaşlıq platformasına çevrilib

08:30
04 Aprel

Türk Dövlətləri Təşkilatı sağlam təməl üzərində qurulur

08:25
04 Aprel

TDT-nin Bakı görüşü gələcəyin strategiyasını müəyyən etdi

08:20
04 Aprel

Türk dünyasının geosiyasi özünüdərki və yeni güc mərkəzinə çevrilməsi

08:15
04 Aprel

Azərbaycanın humanitar diplomatiyası sərhəd tanımır

08:10
04 Aprel

"Heydər Əliyev ideyaları müasir Azərbaycanın Zəfər yoludur"

08:05
04 Aprel

Ölkəmizin öndərliyi ilə TDT qlobal güc mərkəzinə çevrilir

08:00
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!