№ 223
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 5 noyabr tarixli 320 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 11, maddə 1457 (Cild I); 2024, № 1, maddə 110, № 7, maddə 931, № 9, maddə 1100; 2025, № 9, maddələr 861, 870, № 12 (II kitab), maddə 1225; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 25 iyun tarixli 200 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:
1. Adında və ikinci abzasda “şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi” sözləri “şəxsin (ailənin) dövlət sosial xidmət müəssisəsinə yerləşdirilməsi və həmin müəssisəni tərk etməsi, habelə sosial xidmətin göstərilməsi” sözləri ilə əvəz edilsin.
2. Həmin Qərarla təsdiq edilmiş “Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası” üzrə:
2.1. adında “şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi” sözləri “şəxsin (ailənin) dövlət sosial xidmət müəssisəsinə yerləşdirilməsi və həmin müəssisəni tərk etməsi, habelə sosial xidmətin göstərilməsi” sözləri ilə əvəz edilsin;
2.2. 1-ci hissə üzrə:
2.2.1. 1.1-ci bənddə “şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi” sözləri “şəxsin (ailənin) dövlət sosial xidmət müəssisəsinə (bundan sonra – müəssisə) yerləşdirilməsi və həmin müəssisəni tərk etməsi, habelə sosial xidmətin göstərilməsi” sözləri ilə əvəz edilsin;
2.2.2. 1.2-ci bənd ləğv edilsin;
2.2.3. 1.3-cü bəndə “məhdudlaşan şəxslərə,” sözlərindən sonra “özünün əsas həyati tələbatını müstəqil təmin edə bilən və aktiv hərəkət qabiliyyəti olan ahıllar və 18 yaşdan yuxarı əlilliyi olan şəxslərə, sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olan şəxslərə, valideyn himayəsindən məhrum olmasına görə sosial xidmət müəssisələrində, habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərində yaşamış və həmin müəssisələri tərk etdikdən sonra yaşayış yeri olmayan şəxslərə, müəyyən yaşayış yeri olmayan şəxslərə, cinsi istismar və ya cinsi zorakılıq qurbanı olan uşaqlara,” sözləri əlavə edilsin və “çəkənlərə” sözü “çəkmiş şəxslərə” sözləri ilə əvəz edilsin;
2.2.4. 1.4-cü bənddə “şəxslərin (ailələrin) (bundan sonra – şəxslər) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi şəxslərin” sözləri “şəxsin (ailənin) müəssisəyə yerləşdirilməsi və həmin müəssisəni tərk etməsi, habelə sosial xidmətin göstərilməsi şəxsin” sözləri ilə əvəz edilsin;
2.3. 2-ci hissə üzrə:
2.3.1. adında “Sosial xidmət müəssisələrinə” sözləri “Müəssisəyə” sözü ilə əvəz edilsin;
2.3.2. 2.1.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“2.1.1. Valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisəyə yerləşdirilməsi onların valideynlərindən birinin, qohumlarının, digər qanuni nümayəndəsinin (qəyyumunun, himayəçisinin), bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının, habelə onların razılığı ilə digər şəxslərin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin (bundan sonra – Agentlik) yerli qurumlarına, “DOST” mərkəzlərinə və ya Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə müraciəti əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 aprel tarixli 111 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”a və 112 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”a əsasən həyata keçirilir.”;
2.3.3. 2.1.3-cü yarımbənddə, 2.2.1.1-ci yarımbəndin birinci cümləsində, 2.2.1.2-ci yarımbəndin ikinci cümləsində, 2.2.1.3-cü və 2.3.1-ci yarımbəndlərdə, 2.4.1-ci yarımbəndin birinci cümləsində, 2.4.3-cü yarımbəndin ikinci cümləsində, 2.4.4-cü yarımbənddə ismin müvafiq hallarında “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi” sözləri ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;
2.3.4. 2.1.3-cü, 2.2.1.3-cü, 2.2.2.2-ci, 2.3.8-ci, 2.3.11-ci, 2.4.4-cü yarımbəndlərdə, 2.5.2-ci yarımbənddə (hər iki halda) və 2.9-cu bəndin birinci cümləsində “sosial xidmət müəssisəsinə” sözləri “müəssisəyə” sözü ilə əvəz edilsin;
2.3.5. 2.1.3-cü, 2.2.1.3-cü, 2.3.5-ci, 2.4.4-cü və 2.5.2-ci yarımbəndlərə “qərar” sözündən əvvəl “bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada” sözləri əlavə edilsin;
2.3.6. 2.2.1.1-ci yarımbəndin birinci cümləsində və 2.6.1-ci yarımbənddə “dövlət sosial xidmət müəssisəsinə” sözləri “müəssisəyə” sözü ilə əvəz edilsin;
2.3.7. 2.2.1.1.2-ci yarımbənddə “müəyyən” sözü “təsdiq” sözü ilə əvəz edilsin;
2.3.8. 2.2.1.1.3-cü, 2.2.2.1.2-ci və 2.4.1.2-ci yarımbəndlərdə “yoluxucu xəstəliklərin daşıyıcısı olmaması” sözləri “aktiv hava-damcı yolu ilə keçən və ya dəri-zöhrəvi yoluxucu xəstəliklərin olmaması, habelə təhlükəli yoluxucu xəstəliklər” sözləri ilə əvəz edilsin;
2.3.9. 2.2.1.1.5-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.2.1.1.6-cı yarımbənd əlavə edilsin:
“2.2.1.1.6. psixoloji-tibbi-pedaqoji komissiyanın (bundan sonra – komissiya) qərarı.”;
2.3.10. 2.2.1.2-ci yarımbəndin birinci cümləsində, 2.4.3-cü yarımbəndin birinci cümləsində və 2.5.2-ci yarımbənddə “Sosial xidmət müəssisəsinə” sözləri “Müəssisəyə” sözü ilə əvəz edilsin;
2.3.11. 2.2.1.3-cü və 2.4.4-cü yarımbəndlərdə “2.8-ci” sözləri “2.12-ci” sözləri ilə əvəz edilsin;
2.3.12. 2.2.2.1-ci yarımbəndin birinci cümləsində, 2.3.1-ci yarımbənddə, 2.4.1-ci yarımbəndin birinci cümləsində və 2.5.1-ci yarımbəndin birinci cümləsində “dövlət sosial xidmət müəssisələrinə” sözləri “müəssisələrə” sözü ilə əvəz edilsin;
2.3.13. 2.2.2.1-ci yarımbəndin birinci cümləsində “Psixoloji-tibbi-pedaqoji komissiyaya (bundan sonra – komissiya)” sözləri “komissiyaya” sözü ilə əvəz edilsin;
2.3.14. 2.3.1-ci yarımbənddən “(sosial sığınacaq)” sözləri çıxarılsın;
2.3.15. 2.3.4-cü, 2.3.6-cı, 2.3.8-ci, 2.3.10-cu və 2.3.11-ci yarımbəndlərdə ismin müvafiq hallarında “uşaq” sözü ismin müvafiq hallarında “yetkinlik yaşına çatmayan” sözləri ilə əvəz edilsin;
2.3.16. 2.3.5-ci yarımbənddə “uşağın sosial sığınacağa daimi” sözləri “yetkinlik yaşına çatmayanın müəssisəyə” sözləri ilə əvəz edilsin;
2.3.17. 2.3.7-ci yarımbənddə “yeniyetmələrin” sözü “yetkinlik yaşına çatmayanların” sözləri ilə əvəz edilsin;
2.3.18. aşağıdakı məzmunda 2.3.12-ci yarımbənd əlavə edilsin:
“2.3.12. Müəssisədə baxımsız və ya sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların reabilitasiya müddəti 180 (yüz səksən) gündən çox olmamaqla müəyyən edilir. Fərdi plana əsasən, reabilitasiya prosesi başa çatmış həmin yetkinlik yaşına çatmayanların sosial, psixoloji və hüquqi vəziyyəti sosial işçi tərəfindən qiymətləndirilərək, zəruri olduğu halda, bu Qaydanın 2.3.7-ci yarımbəndinə uyğun olaraq onların açıq tipli xüsusi təlim-tərbiyə müəssisələrinə yerləşdirilməsi məsələsinə baxılması məqsədilə uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya müraciət edilir.”;
2.3.19. aşağıdakı məzmunda 2.4-1-ci bənd əlavə edilsin:
“2.4-1. Özünün əsas həyati tələbatını müstəqil təmin edə bilən və aktiv hərəkət qabiliyyəti olan ahıllar və 18 yaşdan yuxarı əlilliyi olan şəxslər üzrə
2.4-1.1. Özünün əsas həyati tələbatını müstəqil təmin edə bilən və aktiv hərəkət qabiliyyəti olan ahıllar və 18 yaşdan yuxarı əlilliyi olan şəxslər və ya onların qohumları, habelə onların razılığı ilə digər şəxslər müəssisəyə yerləşdirilmələri üçün Agentliyin yerli qurumlarına, “DOST” mərkəzlərinə və ya şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə ərizə ilə müraciət edirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
2.4-1.1.1. şəxsiyyəti təsdiq edən sənəd;
2.4-1.1.2. aktiv hava-damcı yolu ilə keçən və ya dəri-zöhrəvi yoluxucu xəstəliklərin olmaması, habelə təhlükəli yoluxucu xəstəliklər və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə sağlamlıq haqqında tibbi arayış;
2.4-1.1.3. əlilliyi olan şəxslərə münasibətdə TSEK-in qərarı;
2.4-1.1.4. şəxsin yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barədə müvafiq arayış;
2.4-1.1.5. 3 x 4 ölçüdə 2 ədəd fotoşəkil.
2.4-1.2. Müəssisəyə yerləşdirilmə barədə ərizə daxil olduğu gündən 5 (beş) iş günü ərzində şəxsin sosial xidmətə olan tələbatının qiymətləndirilməsi və müəyyənləşdirilməsi üçün sosial işçiyə ünvanlanır. Sosial işçi ərizənin ona təqdim edildiyi gündən 10 (on) iş günü ərzində şəxsin sosial xidmətə olan tələbatının qiymətləndirilməsini və müəyyənləşdirilməsini həyata keçirir və sosial xidmətin formasını, növünü, sosial xidmətin göstərilməsi yeri və müddətini özündə əks etdirən hesabat hazırlayaraq Agentliyə göndərir.
2.4-1.3. Hesabata təqdim olunmuş (bu Qaydanın 2.12-ci bəndinin tələbləri nəzərə alınmaqla) sənədlərlə birlikdə baxılaraq, 5 (beş) iş günü ərzində Agentlik tərəfindən şəxsin (ailənin) müəssisəyə yerləşdirilməsi barədə bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada qərar qəbul edilir.”;
2.3.20. 2.7-ci bənd üzrə:
2.3.20.1. adında “çəkənlər” sözü “çəkmiş şəxslər” sözləri ilə əvəz edilsin;
2.3.20.2. 2.7.1-ci və 2.7.3-cü yarımbəndlərdə “çəkən” sözü “çəkmiş” sözü ilə əvəz edilsin;
2.3.20.3. 2.7.2-ci yarımbənddə “Məişət” sözü “Yerli icra hakimiyyəti orqanına və ya polis orqanına məişət zorakılığı ilə bağlı müraciət edildikdə məişət” sözləri ilə, “çəkənlərə” sözü “çəkmiş şəxslərə” sözləri ilə əvəz edilsin;
2.3.20.4. 2.7.4-cü yarımbənddə “iş planına” sözləri “plana” sözü ilə əvəz edilsin;
2.3.21. aşağıdakı məzmunda 2.7.5-ci yarımbənd əlavə edilsin:
“2.7.5. Zərər çəkmiş uşaqlar 3 (üç) ay müddətinədək, digər zərər çəkmiş şəxslər isə 2 (iki) ay müddətinədək yardım mərkəzində sığınacaqla təmin oluna bilərlər.”;
2.3.22. 2.8-ci və 2.9-cu bəndlər müvafiq olaraq 2.12-ci və 2.13-cü bəndlər hesab edilsin və aşağıdakı məzmunda 2.8–2.11-ci bəndlər əlavə edilsin;
“2.8. Sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olan şəxslər üzrə
2.8.1. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad ediləcək şəxslərdən sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olan şəxslərin (2.8-ci bənd üzrə bundan sonra – şəxslər) müəssisələrə (sosial adaptasiya mərkəzinə) yerləşdirilməsi məqsədilə Agentlik penitensiar müəssisələrin müdiriyyəti ilə birlikdə ayda bir dəfədən az olmayaraq sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxsləri müəyyən edir və bu şəxsləri onların razılığı ilə qeydiyyata alır.
2.8.2. Penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata alınmamış şəxslər cəza çəkməkdən azad edildikdən sonra, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları sosial adaptasiya mərkəzinə yerləşdirilmək üçün Agentliyin yerli qurumlarına və ya “DOST” mərkəzlərinə ərizə ilə müraciət edirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
2.8.2.1. şəxsiyyəti təsdiq edən sənəd;
2.8.2.2. şəxsin penitensiar müəssisədə cəza çəkməkdən azad olunması haqqında arayış;
2.8.2.3. aktiv hava-damcı yolu ilə keçən və ya dəri-zöhrəvi yoluxucu xəstəliklərin olmaması, habelə təhlükəli yoluxucu xəstəliklər və psixi sağlamlıq vəziyyəti, habelə alkoqolizmə, narkomanlığa və toksikomaniyaya düçar olmaması barədə məlumat göstərilməklə dövlət tibb müəssisələrindən tibbi arayışlar;
2.8.2.4. 3 x 4 ölçüdə 2 ədəd fotoşəkil.
2.8.3. Şəxsin bu Qaydanın 2.8.2.1–2.8.2.4-cü yarımbəndlərində göstərilən sənədləri olmadıqda, həmin sənədlərin alınmasına sosial işçi tərəfindən kömək göstərilir.
2.8.4. Müraciət daxil olduqdan 5 (beş) iş günü müddətində şəxsin sosial xidmətə olan tələbatının qiymətləndirilməsi və müəyyənləşdirilməsi üçün sosial işçiyə ünvanlanır. Sosial işçi ərizənin ona təqdim edildiyi gündən 10 (on) iş günü ərzində şəxsin sosial xidmətə olan tələbatının qiymətləndirilməsini və müəyyənləşdirilməsini həyata keçirir və sosial xidmətin formasını, növünü, sosial xidmətin göstərilməsi yeri və müddətini özündə əks etdirən hesabat hazırlayır və Agentliyə təqdim edir. Sosial işçi tərəfindən hesabatın təqdim edildiyi gündən 5 (beş) iş günü ərzində Agentlik tərəfindən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxsin sosial adaptasiya mərkəzinə qəbulu barədə bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada və ya qəbulundan imtina edilməsi barədə bu Qaydanın 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada qərar qəbul edilir.
2.8.5. Şəxsin sosial adaptasiya mərkəzinə qəbul olunması barədə bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada qərar qəbul edildikdə ona sosial işçi tərəfindən sosial xidmət göstərilməsinə dair “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsi ilə müəyyən edilən sosial adaptasiya müddəti nəzərə alınmaqla fərdi plan hazırlanır.
2.8.6. Fərdi plana əsasən, adaptasiya prosesi başa çatmış penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial-psixoloji və emosional vəziyyəti sosial işçi tərəfindən yenidən qiymətləndirilərək nəticəsi barədə məlumat hazırlanır və Agentliyə göndərilir.
2.8.7. Məlumatın təqdim edildiyi gündən etibarən 5 (beş) iş günü ərzində Agentlik tərəfindən şəxsin sosial adaptasiya mərkəzini tərk etməsi və yaxud zəruriliyi əsaslandırılmaqla adaptasiya müddətinin uzadılması barədə bu Qaydanın 3 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada qərar qəbul edilir.
2.9. Valideyn himayəsindən məhrum olmasına görə sosial xidmət müəssisələrində, həmçinin ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərində yaşamış, həmin müəssisələri tərk etdikdən sonra yaşayış yeri olmayan şəxslər üzrə
2.9.1. Valideyn himayəsindən məhrum olmasına görə sosial xidmət müəssisələrində, həmçinin ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərində yaşamış, həmin müəssisələri tərk etdikdən sonra yaşayış yeri olmayan şəxslər yaşayış sahəsi ilə təmin edilməsi üçün “Məzun evi” sosial xidmət müəssisəsinə öz istəkləri nəzərə alınmaqla qəbul edilirlər.
2.9.2. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi hər tədris ilinin sonunda həmin tədris ili üzrə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərinin valideyn himayəsindən məhrum olmuş məzunları (bundan sonra – məzun) barədə siyahını Agentliyə təqdim edir. Təqdim olunan siyahıda adları qeyd olunan və “Məzun evi” Sosial Xidmət Müəssisəsinə qəbul olmaq istəyən məzunlardan aşağıdakı sənədlər tələb olunur:
2.9.2.1. şəxsiyyəti təsdiq edən sənədin surəti;
2.9.2.2. təhsil müəssisəsi tərəfindən verilmiş arayış (təhsil müəssisəsini tərk etməsi və valideyn himayəsindən məhrum olması barədə məlumat);
2.9.2.3. aktiv hava-damcı yolu ilə keçən və ya dəri-zöhrəvi yoluxucu xəstəliklərin olmaması, habelə təhlükəli yoluxucu xəstəliklər, alkoqolizmə, narkomanlığa və toksikomaniyaya düçar olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə dövlət tibb müəssisələrindən tibbi arayışlar.
2.9.3. Sənədlərə Agentlik tərəfindən 10 (on) iş günü müddətində baxılaraq məzunlara “Məzun evi” Sosial Xidmət Müəssisəsində yaşayış sahəsinin verilməsi barədə bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada və ya bu Qaydanın 2.9.5-ci yarımbəndinə uyğun olaraq, yaşayış sahəsinin verilməsindən imtina edilməsi barədə bu Qaydanın 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada qərar qəbul edilir.
2.9.4. Yaşayış sahəsinin verilməsi barədə qərar qəbul edildikdə Agentliklə məzun arasında müddəti göstərilmədən yaşayış sahəsinin əvəzsiz istifadə müqaviləsi bağlanılır.
2.9.5. Aşağıdakı hallarda məzuna yaşayış sahəsinin verilməsindən imtina edilməsi barədə qərar qəbul edilir:
2.9.5.1. bu Qaydanın 2.9.2-ci yarımbəndində göstərilən sənədlər tam təqdim edilmədikdə;
2.9.5.2. məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti məhdud və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;
2.9.5.3. sənədlərə baxılanadək müddətli həqiqi hərbi xidmətə çağırıldıqda;
2.9.5.4. ətrafdakıların həyat və sağlamlıqları üçün təhlükə yarada biləcək aktiv hava-damcı yolu ilə keçən və ya dəri-zöhrəvi yoluxucu xəstəliklərin, habelə təhlükəli yoluxucu xəstəliklərin daşıyıcısı və ya psixi pozuntuları olduqda.
2.9.6. Bu Qaydanın 2.9.5.1–2.9.5.4-cü yarımbəndlərində qeyd edilən hallar aradan qaldırıldıqdan sonra yenidən müraciət edilə bilər.
2.10. Müəyyən yaşayış yeri olmayan şəxslər üzrə
2.10.1. Müəyyən yaşayış yeri olmayan şəxslər, habelə həmin şəxsin razılığı ilə qohumları, qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları və ya digər şəxslər Agentliyin yerli qurumlarına, “DOST” mərkəzlərinə və ya şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə ərizə ilə müraciət edirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
2.10.1.1. şəxsiyyəti təsdiq edən sənədin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti);
2.10.1.2. aktiv hava-damcı yolu ilə keçən və ya dəri-zöhrəvi yoluxucu xəstəliklərinin olmaması, habelə təhlükəli yoluxucu xəstəliklər və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə sağlamlıq haqqında tibbi arayış;
2.10.1.3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsin olduğu yer üzrə şəhər, rayon polis orqanları tərəfindən verilmiş şəxsin yaşayış yerinin olmaması barədə arayış.
2.10.2. Müraciət daxil olduqdan 5 (beş) iş günü müddətində şəxsin sosial xidmətə olan tələbatının qiymətləndirilməsi və müəyyənləşdirilməsi üçün sosial işçiyə ünvanlanır. Sosial işçi ərizənin ona təqdim edildiyi gündən 10 (on) iş günü ərzində şəxsin sosial xidmətə olan tələbatının qiymətləndirilməsini və müəyyənləşdirilməsini həyata keçirir və sosial xidmətin formasını, növünü, sosial xidmətin göstərilməsi yeri və müddətini özündə əks etdirən hesabat hazırlayır və Agentliyə təqdim edir. Sosial işçi tərəfindən hesabatın təqdim edildiyi gündən 5 (beş) iş günü ərzində Agentlik tərəfindən şəxsin müəssisəyə yerləşdirilməsi barədə bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada və ya yerləşdirilməsindən imtina edilməsi barədə bu Qaydanın 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada qərar qəbul edilir.
2.11. Cinsi istismar və ya cinsi zorakılıq qurbanı olan uşaqlar üzrə
2.11.1. Cinsi istismar və ya cinsi zorakılıq qurbanı olan uşaqlar, habelə valideynlərindən biri, qohumları, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları və ya digər şəxslər bu barədə yerli icra hakimiyyəti orqanlarına və ya şəhər, rayon polis orqanlarına müraciət etməlidirlər.
2.11.2. Cinsi istismar və ya cinsi zorakılıq qurbanı olan uşaqlar müəssisəyə birbaşa müraciət etdikdə yerli icra hakimiyyəti orqanının və ya şəhər, rayon polis orqanının əməkdaşı həmin müəssisəyə dəvət edilir və uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya bu barədə məlumat verilir.
2.11.3. “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, cinsi istismar və ya cinsi zorakılıq qurbanı olan uşaq müraciət daxil olduqdan 3 (üç) iş günü ərzində müvəqqəti sosial xidmət müəssisəsinə yerləşdirilir. Zərurət olduğu halda aidiyyəti qurumlara sorğu göndərilir, sağlamlıq vəziyyətinin yoxlanılması üçün ərazi üzrə dövlət tibb müəssisələrinə müraciət edilir.
2.11.4. Qeyd olunan sənədlər daxil olduğu gündən 10 (on) iş günü müddətində baxılaraq, uşağın müəssisəyə yerləşdirilməsi barədə bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada qərar qəbul edilir.
2.11.5. Cinsi istismar və ya cinsi zorakılıq qurbanı olan uşaqlar 60 (altmış) gün müddətinədək müəssisədə yerləşdirilə bilərlər.
2.11.6. Uşağın müəssisəyə yerləşdirilməsi barədə qərar qəbul edildikdə ona sosial işçi tərəfindən sosial xidmət göstərilməsinə dair fərdi plan hazırlanır.
2.11.7. Fərdi plana əsasən, sosial-reabilitasiya prosesi başa çatmış uşağın sosial-psixoloji və emosional vəziyyəti sosial işçi tərəfindən yenidən qiymətləndirilərək nəticəsi barədə məlumat hazırlanır və Agentliyə göndərilir.
2.11.8. Məlumatın təqdim edildiyi gündən etibarən 5 (beş) iş günü ərzində Agentlik tərəfindən zəruriliyi əsaslandırılmaqla bu Qaydanın 2.11.5-ci yarımbəndi nəzərə alınmaqla reabilitasiya müddətinin uzadılması barədə qərar qəbul edilir.”.
2.4. Bu Qaydanın 2.12-ci bəndinin birinci cümləsində “2.1-ci, 2.2-ci, 2.4-cü və 2.5-ci bəndlərində” sözləri “2-ci hissəsində” sözləri ilə əvəz edilsin.
2.5. Bu Qaydanın 2.13-cü bəndinin birinci cümləsində “Şəxsin” sözü “Bu Qaydanın 2.8.4-cü, 2.9.3-cü və 2.10.2-ci yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla, şəxsin” sözləri ilə əvəz edilsin və “qərar” sözündən əvvəl “bu Qaydanın 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada qəbul edilmiş” sözləri əlavə edilsin.
2.6. 3-cü hissə 5-ci hissə hesab edilsin və aşağıdakı məzmunda 3-cü və 4-cü hissələr əlavə edilsin:
“3. Müəssisəni tərk etmə qaydaları
3.1. Valideyn himayəsindən məhrum olmuş uşaqlar üzrə
3.1.1. Valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisəni tərk etməsi onların valideynlərindən birinin, qohumlarının, digər qanuni nümayəndəsinin (qəyyumunun, himayəçisinin) Agentliyin yerli qurumlarına, “DOST” mərkəzlərinə və ya Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə müraciəti əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 aprel tarixli 111 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”a və 112 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”a əsasən həyata keçirilir.
3.2. Əlilliyi olan uşaqlar üzrə
3.2.1. Uşaqlara baxmağa borclu olan əmək qabiliyyətli qohumlarının və ya digər qanuni nümayəndələrinin uşaqların ailəyə geri qaytarılması ilə bağlı Agentliyə müraciətinə əsasən və ya yetkinlik yaşına çatdıqda, o cümlədən övladlığa götürüldükdə və ya himayədar ailəyə verildikdə uşaqlar müəssisəni daimi tərk edirlər.
3.2.2. Uşaqlara baxmağa borclu olan əmək qabiliyyətli qohumlarının və ya qanuni nümayəndələrinin uşaqların ailəyə geri qaytarılması ilə bağlı Agentliyə müraciətinə 15 (on beş) iş günündən gec olmamaqla baxılaraq, uşağın müəssisəni tərk etməsi bərədə bu Qaydanın 3 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada və ya müraciətin təmin edilməsindən imtina edilməsi barədə bu Qaydanın 4 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada qərar qəbul edilir.
3.2.3. Müəssisəyə yerləşdirilmiş bu Qaydanın 2.2-ci bəndində göstərilən uşaqlar aşağıdakı hallarda və müddətə müəssisəni müvəqqəti tərk edirlər:
3.2.3.1. uşağın sağlamlıq vəziyyətində dəyişikliklər baş verdikdə müvafiq tibb müəssisəsində stasionar müalicədə olduğu müddətdə;
3.2.3.2. Fərdi Reabilitasiya Proqramına uyğun olaraq reabilitasiya müəssisəsində reabilitasiya keçdiyi müddətdə;
3.2.3.3. uşağa qulluq və kömək göstərəcəkləri barədə, həmçinin asudə vaxtının səmərəli təşkili ilə əlaqədar uşağın valideynləri və digər yaxın qohumları tərəfindən ərizə ilə müəssisənin direktoruna müraciət edildikdə, ərizədə göstərilən müddətdə, lakin 15 (on beş) gündən çox olmamaqla.
3.2.4. Bu Qaydanın 3.2.3.3-cü yarımbəndində göstərilən halda müraciətə müəssisənin direktoru tərəfindən 5 (beş) iş günü müddətində baxılaraq, uşağın müəssisəni müvəqqəti tərk etməsi barədə bu Qaydanın 5 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada və ya müraciətin təmin edilməsi uşağın mənafeyinə uyğun olmadıqda isə imtina edilməsi barədə bu Qaydanın 6 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada qərar qəbul edilir.
3.3. Baxımsız və ya sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üzrə
3.3.1. Yetkinlik yaşına çatmayanın arzusunun nəzərə alınması onun mənafeyinə zidd olduğu hallar istisna olmaqla, 10 (on) yaşına çatmış yetkinlik yaşına çatmayanın arzusu nəzərə alınmaqla, valideynlərinin, qohumlarının və digər qanuni nümayəndələrinin (qəyyumun, himayəçinin) müraciətlərinə əsasən o, müəssisəni fərdi plan ilə müəyyən edilmiş reabilitasiya müddətindən əvvəl tərk edə bilər.
3.4. Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslər (ailələr) üzrə
3.4.1. Müəssisəni tərk etməsi barədə müvafiq şəxsin (ailənin) Agentliyə müraciəti olduqda və əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə və ya əlilliyinin müəyyən edilməsi ilə bağlı qərar ləğv edildikdə müəssisəni daimi tərk edir (tərk edirlər).
3.4.2. Müəssisəyə yerləşdirilmiş şəxslər aşağıdakı hallarda müəssisəni müvəqqəti tərk edə bilərlər:
3.4.2.1. şəxsin sağlamlıq vəziyyətində dəyişiklik baş verdikdə müvafiq tibb müəssisəsində stasionar müalicədə olduğu müddətdə;
3.4.2.2. əlilliyi olan şəxs Fərdi Reabilitasiya Proqramına uyğun olaraq reabilitasiya müəssisəsində reabilitasiya keçdiyi müddətdə;
3.4.2.3. şəxsə qulluq və kömək göstərəcəkləri barədə, həmçinin asudə vaxtının səmərəli təşkili ilə əlaqədar onun yaxın qohumları tərəfindən ərizə ilə müəssisənin direktoruna müraciət edildikdə, ərizədə göstərilən müddətdə, lakin 30 (otuz) gündən çox olmamaqla.
3.4.3. Bu Qaydanın 3.4.2.3-cü yarımbəndində göstərilən hal üzrə müəssisənin direktoru tərəfindən müraciətə 10 (on) iş günü müddətində baxılaraq şəxsin müəssisəni müvəqqəti tərk etməsi barədə bu Qaydanın 5 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada və ya müraciətin təmin edilməsi şəxsin mənafeyinə uyğun olmadıqda isə imtina edilməsi barədə bu Qaydanın 6 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada qərar qəbul edilir.
3.5. Özünün əsas həyati tələbatını müstəqil təmin edə bilən və aktiv hərəkət qabiliyyəti olan ahıllar və 18 yaşdan yuxarı əlilliyi olan şəxslər üzrə
3.5.1. Müəssisə tərəfindən göstərilən xidmətlərdən imtina barədə ahılın və 18 yaşdan yuxarı əlilliyi olan şəxsin Agentliyə müraciəti olduqda və ya əlilliyi olan şəxsin əlilliyinin müəyyən edilməsi ilə bağlı qərar ləğv edildikdə həmin şəxs müəssisəni bu Qaydanın 3 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada qəbul edilmiş qərara əsasən tərk edir .
3.6. İctimai təhlükəli xəstəliyə tutulduğuna görə həyat fəaliyyəti məhdudlaşan şəxslər üzrə
3.6.1. Müəssisəyə yerləşdirilmiş ictimai təhlükəli xəstəliyə tutulduğuna görə həyat fəaliyyəti məhdudlaşan şəxslərin sağlamlığı, mənəvi və psixoloji vəziyyəti sosial işçi (həkim) tərəfindən mütəmadi qiymətləndirilərək nəticəsi barədə məlumat hazırlanır və ərazi üzrə dövlət tibb müəssisəsinə göndərilir.
3.6.2. Məlumata təqdim edildiyi gündən etibarən 5 (beş) iş günü müddətində ərazi üzrə dövlət tibb müəssisəsi tərəfindən baxılır, şəxsin sağlamlığının, mənəvi və psixoloji vəziyyətinin müəssisəni tərk etməyə imkan verdiyi müəyyən edildikdə onun müəssisəni tərk etməsi barədə bu Qaydanın 3 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada qərar qəbul edilir.
3.7. İnsan alveri qurbanları üzrə
3.7.1. “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 19 noyabr tarixli 180 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsan alverinin qurbanı olmuş uşaqların sığınacaqda yerləşdirilməsi və saxlanılması Qaydaları”nda nəzərdə tutulmuş müddət bitdikdə və yaxud fərdi sosial reabilitasiya planına əsasən, reabilitasiya prosesi başa çatdıqda insan alveri qurbanları müəssisəni tərk edirlər.
3.8. Məişət zorakılığından zərər çəkmiş şəxslər üzrə
3.8.1. Bu Qaydanın 2.7.5-ci yarımbəndində nəzərdə tutulmuş müddət bitdikdə və yaxud fərdi plana əsasən, reabilitasiya prosesi başa çatdıqda məişət zorakılığından zərər çəkmiş şəxs yardım mərkəzini tərk edir.
3.8.2. Yardım mərkəzlərində daxili intizam qaydalarını 1 (bir) ay ərzində iki dəfədən çox qərəzli şəkildə pozan şəxslər mərkəzin müdiriyyəti tərəfindən vaxtından əvvəl yardım mərkəzində verilmiş müvəqqəti sığınacaqdan çıxarılırlar.
3.9. Sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) olan şəxslər üzrə
3.9.1. Sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) olan şəxsin öz arzusuna əsasən və ya daxili intizam qaydalarının 1 (bir) ay ərzində iki dəfədən çox pozulması hallarında o, sosial adaptasiya mərkəzini vaxtından əvvəl tərk edir.
3.10. Valideyn himayəsindən məhrum olmasına görə sosial xidmət müəssisələrində, həmçinin ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərində yaşamış, həmin müəssisələri tərk etdikdən sonra yaşayış yeri olmadığına görə “Məzun Evi” Sosial Xidmət Müəssisəsində yerləşdirilmiş şəxslər üzrə
3.10.1. Aşağıdakı hallarda yaşayış sahəsinin əvəzsiz istifadə müqaviləsinə vaxtından əvvəl xitam verilir və məzun yaşayış sahəsini tərk edir:
3.10.1.1. mənzildən müqavilənin şərtlərini pozmaqla istifadə edildikdə;
3.10.1.2. mənzil üçüncü şəxslərin istifadəsinə verildikdə;
3.10.1.3. mənzili əvəzsiz istifadəyə götürmüş subay məzun vəfat etdikdə;
3.10.1.4. məzun daimi yaşayış sahəsi əldə etdikdə;
3.10.1.5. məzun müəssisənin direktoru tərəfindən edilən rəsmi xəbərdarlığa baxmayaraq, müəssisənin daxili intizam qaydalarını 1 (bir) ay ərzində təkrar pozduqda.
3.10.2. Bu Qaydanın 3.10.1-ci yarımbəndində qeyd edilən hallar baş verdikdə 10 (on) iş günü müddətində müəssisənin direktoru tərəfindən müraciət hazırlanaraq müvafiq qərar qəbul edilməsi üçün Agentliyə göndərilir. Agentlik tərəfindən müraciətə 5 (beş) iş günü müddətində baxılaraq, şəxsin yaşayış sahəsini tərk etməsi barədə bu Qaydanın 3 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada və ya bundan imtina edilməsi barədə bu Qaydanın 4 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada qərar qəbul edilir.
3.11. Müəyyən yaşayış yeri olmayan şəxslər üzrə
3.11.1. Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, müəyyən yaşayış yeri olmayan şəxslər 6 (altı) ay müddətinədək müəssisəyə yerləşdirilir. Həmin müddət bitdikdə və ya müəssisənin daxili intizam qaydalarını 1 (bir) ay ərzində təkrar pozduqda şəxs müəssisəni tərk edir.
3.12. Cinsi istismar və ya cinsi zorakılıq qurbanı olan uşaqlar üzrə
3.12.1. Bu Qaydanın 2.11.5-ci yarımbəndində nəzərdə tutulmuş müddət bitdikdə və yaxud fərdi sosial reabilitasiya planına əsasən, reabilitasiya prosesi başa çatdıqda cinsi istismar və ya cinsi zorakılıq qurbanı olan uşaqlar müəssisəni tərk edirlər.
4. Müəssisəyə yerləşdirilmiş şəxslərə sosial xidmətin göstərilməsi qaydaları
4.1. Əlilliyi olan şəxslərin tibbi, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqlarının inkişafı üzrə tədbirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 dekabr tarixli 519 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası”na və 521 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin abilitasiyası Qaydası”na uyğun olaraq həyata keçirilir.
4.2. Əlilliyi olan şəxs, onun qanuni nümayəndəsi və (və ya) sosial işçi bu Qaydanın 4.1-ci bəndində qeyd olunan tədbirlərin göstərilməsi üçün TSEK-ə müraciət edir. TSEK tərəfindən sosial xidmət göstərilməsi üçün müvafiq tədbir müəyyənləşdirilir.
4.3. Valideyn himayəsindən məhrum olmuş uşaqlar üzrə
4.3.1. Valideyn himayəsindən məhrum olmuş uşaqlara sosial xidmətin göstərilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 aprel tarixli 111 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”a və 112 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”a əsasən həyata keçirilir.
4.4. Əlilliyi olan uşaqlar üzrə
4.4.1. Uşaqlara yarımstasionar müəssisədə aşağıdakı xidmətlər göstərilir:
4.4.1.1. uşağın fərdi-psixoloji xüsusiyyətlərinin qiymətləndirilməsi;
4.4.1.2. uşağın cəmiyyətə adaptasiyasi və inteqrasiyası məqsədilə psixoloji yardımın göstərilməsi və əmək, özünəqulluq, məişətdə və ictimai yerlərdə davranış, özünənəzarət, ünsiyyət və həyat fəaliyyətinin digər sahələrində bacarıqlarının artırılması;
4.4.1.3. uşağın asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi, onun potensialına və maraqlarına uyğun olaraq təşkil olunan tədbirlərə cəlb olunması və digər mədəni-kütləvi tədbirlərdə iştirakının təmin edilməsi;
4.4.1.4. tibbi yardıma ehtiyacı olan uşaqlar barədə ərazi üzrə tibb müəssisələrinə məlumat verilməsi və uşağın həmin müəssisəyə müayinəyə göndərilməsi;
4.4.1.5. ilk yardımın göstərilməsi və təcili tibbi yardım briqadalarının çağırılması;
4.4.1.6. şəxsi gigiyena və sanitariya qaydalarına əməl edilməsi şərtlərinin təmin edilməsi;
4.4.1.7. funksional bacarıqları bərpa etmək üçün aktiv terapiya, fizioterapiya, gündəlik həyat fəaliyyətləri, idman terapiyası və digər tədbirlərin görülməsi;
4.4.1.8. uşaqlara hərtərəfli qabaqlayıcı-inkişafedici yardım göstərilməsi;
4.4.1.9. uşaqların hüquq və mənafelərinin müdafiəsinə dair mövcud inzibati və hüquqi prosedurlar haqqında uşaqlara və ya qanuni nümayəndələrinə izahatlar və hüquqi məsləhətlərin verilməsi.
4.4.2. Uşaqlara stasionar müəssisələrdə aşağıdakı xidmətlər göstərilir:
4.4.2.1. diyetik yeməklər də daxil olmaqla, isti yeməklərlə təmin edilməsi;
4.4.2.2. yaşayış sahəsinin təmizlənməsi;
4.4.2.3. geyim, ayaqqabı və yumşaq inventarlarla təmin edilməsi;
4.4.2.4. yataq və geyim əşyalarının yuyulması və ütülənməsi;
4.4.2.5. uşağın fərdi-psixoloji xüsusiyyətinin qiymətləndirilməsi;
4.4.2.6. uşağın cəmiyyətə adaptasiyası və inteqrasiyası (və ya reinteqrasiyası) məqsədilə psixoloji yardım göstərilməsi;
4.4.2.7. psixi inkişafın yaş xüsusiyyətlərinə uyğunluğunun təmin edilməsi istiqamətlərində korreksiya tədbirlərinin həyata keçirilməsi;
4.4.2.8. uşağın gündəlik həyatda lazım olan vərdiş və bacarıqlarının, böyük və kiçik motorika, ünsiyyət və koqnitiv bacarıqlarının inkişaf etdirilməsi;
4.4.2.9. uşaqların sağlamlıq və əqli imkanlarına uyğun olaraq, ilkin biliklərə yiyələnməsinə, təhsilə cəlb olunan əlilliyi olan uşaqların həmçinin təhsil almasına və ya peşəyə yiyələnməsinə kömək göstərilməsi;
4.4.2.10. tibbi reabilitasiya tədbirlərinin yerinə yetirilməsi;
4.4.2.11. ilk yardımın göstərilməsi və ixtisaslaşmış həkim təyinatına əsasən dərman vasitələrinin verilməsi;
4.4.2.12. şəxsi gigiyena və sanitariya qaydalarına əməl edilməsi şərtlərinin təmin edilməsi;
4.4.2.13. uşağın asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi, onun potensialına və maraqlarına uyğun olaraq təşkil olunan tədbirlərə cəlb olunması və digər mədəni-kütləvi tədbirlərdə iştirakının təmin edilməsi.
4.5. Baxımsız və ya sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üzrə
4.5.1. Yetkinlik yaşına çatmayanlara müəssisələrdə sosial xidmətlərin göstərilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 7 mart tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrində yetkinlik yaşına çatmayanlara xidmət göstərilməsi Qaydası”na əsasən həyata keçirilir.
4.6. Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslər (ailələr) üzrə
4.6.1. Şəxslərə (ailələrə) stasionar müəssisədə aşağıdakı sosial xidmətlər göstərilir:
4.6.1.1. diyetik yeməklər də daxil olmaqla, isti yeməklərlə təmin edilməsi;
4.6.1.2. yaşayış sahəsinin təmizlənməsi;
4.6.1.3. geyim, ayaqqabı və yumşaq inventarlarla təmin edilməsi;
4.6.1.4. yataq və geyim əşyalarının yuyulması, ütülənməsi;
4.6.1.5. ilk yardımın göstərilməsi və həkim təyinatına əsasən dərman vasitələrinin verilməsi;
4.6.1.6. şəxsi gigiyena və sanitariya qaydalarına əməl edilməsi şərtlərinin təmin edilməsi;
4.6.1.7. funksional bacarıqları bərpa etmək üçün aktiv terapiya, nitq və ünsiyyət terapiyası, gündəlik həyat fəaliyyətləri, idman terapiyası;
4.6.1.8. hüquq və mənafelərinin müdafiəsinə dair mövcud inzibati və hüquqi prosedurlar haqqında izahatlar və hüquqi məsləhətlərin verilməsi;
4.6.1.9. sənədlərin əldə edilməsi və ya bərpası ilə bağlı müvafiq orqanlara ərizələrin (müraciətlərin) hazırlanmasında və təqdim olunmasında kömək göstərilməsi;
4.6.1.10. şəxslərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi, onların maraqlarına uyğun olaraq təşkil olunan tədbirlərə cəlb olunması və digər mədəni-kütləvi tədbirlərdə iştirakının təmin edilməsi;
4.6.1.11. şəxslərin fərdi-psixoloji xüsusiyyətinin qiymətləndirilməsi;
4.6.1.12. şəxslərin cəmiyyətə adaptasiyası və inteqrasiyası (və ya reinteqrasiyası) məqsədilə psixoloji yardım göstərilməsi.
4.7. Özünün əsas həyati tələbatını müstəqil təmin edə bilən və aktiv hərəkət qabiliyyəti olan ahıllar və 18 yaşdan yuxarı əlilliyi olan şəxslər üzrə
4.7.1. Şəxslərə yarımstasionar müəssisədə aşağıdakı sosial xidmətlər göstərilir:
4.7.1.1. fərdi-psixoloji xüsusiyyətlərin qiymətləndirilməsi;
4.7.1.2. cəmiyyətə adaptasiyası və inteqrasiyası məqsədilə psixoloji yardım göstərilməsi;
4.7.1.3. asudə vaxtın səmərəli təşkilinin təmin edilməsi, onların maraqlarına uyğun olaraq təşkil olunan tədbirlərə cəlb olunması və digər mədəni-kütləvi tədbirlərdə iştirakının təmin edilməsi;
4.7.1.4. şəxsi gigiyena və sanitariya qaydalarına əməl edilməsi şərtlərinin təmin edilməsi;
4.7.1.5. tibbi yardıma ehtiyacı olan şəxslər barədə ərazi üzrə tibb müəssisələrinə məlumat verilməsi və şəxsin həmin müəssisəyə müayinəyə göndərilməsi;
4.7.1.6. ilk yardımın göstərilməsi və təcili tibbi yardım briqadalarının çağırılması;
4.7.1.7. hüquq və mənafelərinin müdafiəsinə dair mövcud inzibati və hüquqi prosedurlar haqqında izahatlar və hüquqi məsləhətlərin verilməsi;
4.7.1.8. sənədlərin əldə edilməsi və ya bərpası ilə bağlı müvafiq orqanlara ərizələrin (müraciətlərin) hazırlanmasında və təqdim olunmasında kömək göstərilməsi.
4.8. İnsan alveri qurbanları üzrə
4.8.1. İnsan alveri qurbanlarına yarımstasionar müəssisələrdə aşağıdakı xidmətlər göstərilir:
4.8.1.1. fərdi-psixoloji xüsusiyyətlərinin qiymətləndirilməsi;
4.8.1.2. psixoloji sarsıntılarını aradan qaldırmaq üçün psixoloji dəstəyin göstərilməsi;
4.8.1.3. peşə hazırlığının, yenidən hazırlığının və məşğulluğunun təmin edilməsinə kömək göstərilməsi;
4.8.1.4. qanunvericiliklə müəyyən edilmiş müavinətlərin alınmasında kömək göstərilməsi;
4.8.1.5. hüquq və mənafelərinin müdafiəsinə dair mövcud inzibati və hüquqi prosedurlar haqqında izahatlar və hüquqi məsləhətlər verilməsi;
4.8.1.6. sənədlərin bərpası, boşanma, alimentin alınması, uşaqlarla bağlı və digər sənədlərin müvafiq orqanlara ərizələrin (müraciətlərin) hazırlanmasında və təqdim olunmasında kömək göstərilməsi;
4.8.1.7. asudə vaxtın səmərəli təşkilinin təmin edilməsi, onların potensialına və maraqlarına uyğun olaraq təşkil olunan tədbirlərə cəlb olunması və digər mədəni-kütləvi tədbirlərdə iştirakının təmin edilməsi;
4.8.1.8. tibbi yardıma ehtiyacı olan şəxslər barədə ərazi üzrə tibb müəssisələrinə məlumat verilməsi və şəxsin həmin müəssisəyə müayinəyə göndərilməsi;
4.8.1.9. ilk yardımın göstərilməsi və təcili tibbi yardım briqadalarının çağırılması;
4.8.1.10. şəxsi gigiyena və sanitariya qaydalarına əməl edilməsi şərtlərinin təmin edilməsi.
4.8.2. İnsan alveri qurbanlarına stasionar müəssisələrdə aşağıdakı xidmətlər göstərilir:
4.8.2.1. diyetik yeməklər də daxil olmaqla, isti yeməklərlə təmin edilməsi;
4.8.2.2. geyim, ayaqqabı və yumşaq inventarlarla təmin edilməsi;
4.8.2.3. yataq və geyim əşyalarının yuyulması, ütülənməsi;
4.8.2.4. yaşayış sahəsinin təmizlənməsi;
4.8.2.5. fərdi-psixoloji xüsusiyyətlərin qiymətləndirilməsi;
4.8.2.6. psixoloji sarsıntılarının aradan qaldırılması məqsədilə fərdi və qrup konsultasiyaların təşkili;
4.8.2.7. peşə hazırlığının, yenidən hazırlığının və məşğulluğunun təmin edilməsinə kömək göstərilməsi;
4.8.2.8. qanunvericiliklə müəyyən edilmiş müavinətlərin alınmasında kömək göstərilməsi;
4.8.2.9. hüquq və mənafelərinin müdafiəsinə dair mövcud inzibati və hüquqi prosedurlar haqqında izahatlar və hüquqi məsləhətlərin verilməsi;
4.8.2.10. sənədlərin əldə edilməsi və ya bərpası ilə bağlı müvafiq orqanlara ərizələrin (müraciətlərin) hazırlanmasında və təqdim olunmasında kömək göstərilməsi;
4.8.2.11. tibbi yardıma ehtiyacı olan insan alveri qurbanları barədə ərazi üzrə tibb müəssisələrinə məlumat verilməsi və şəxsin həmin müəssisəyə müayinəyə göndərilməsi;
4.8.2.12. ilk yardımın göstərilməsi və təcili tibbi yardım briqadalarının çağırılması;
4.8.2.13. şəxsi gigiyena və sanitariya qaydalarına əməl edilməsi şərtlərinin təmin edilməsi;
4.8.2.14. şəxsin cəmiyyətə adaptasiyası və inteqrasiyası (və ya reinteqrasiyası) məqsədilə psixoloji yardım göstərilməsi.
4.9. Məişət zorakılığından zərər çəkmiş şəxslər üzrə
4.9.1. Məişət zorakılığından zərər çəkmiş şəxslərə yarımstasionar müəssisələrdə aşağıdakı xidmətlər göstərilir:
4.9.1.1. fərdi məsləhətləşmələrin aparılması;
4.9.1.2. fərdi-psixoloji xüsusiyyətlərinin qiymətləndirilməsi;
4.9.1.3. məişət zorakılığı səbəbindən yaranmış psixoloji sarsıntını aradan qaldırmaq məqsədilə fərdi və qrup konsultasiyalarının təşkili;
4.9.1.4. cəmiyyətə adaptasiya və inteqrasiya (və ya reinteqrasiya) məqsədilə psixoloji yardım göstərilməsi;
4.9.1.5. peşə hazırlığı kurslarına istiqamətləndirilməsi və məşğulluğun təmin edilməsinə kömək göstərilməsi;
4.9.1.6. qanunvericiliklə müəyyən edilmiş sosial müavinətlərin alınmasında kömək göstərilməsi;
4.9.1.7. sənədlərin əldə edilməsi və ya bərpası ilə bağlı müvafiq orqanlara ərizələrin (müraciətlərin) hazırlanmasında və təqdim olunmasında kömək göstərilməsi;
4.9.1.8. tibbi yardıma ehtiyacı olan şəxslər barədə ərazi üzrə tibb müəssisələrinə məlumat verilməsi və şəxsin həmin müəssisəyə müayinəyə göndərilməsi;
4.9.1.9. ilk yardımın göstərilməsi və təcili tibbi yardım briqadalarının çağırılması;
4.9.1.10. şəxsi gigiyena və sanitariya qaydalarına əməl edilməsi şərtlərinin təmin edilməsi.
4.9.2. Məişət zorakılığından zərər çəkmiş şəxslərə stasionar müəssisələrdə aşağıdakı xidmətlər göstərilir:
4.9.2.1. tibbi yardıma ehtiyacı olan məişət zorakılığından zərər çəkmiş şəxslər barədə ərazi üzrə tibb müəssisələrinə məlumat verilməsi və şəxsin həmin müəssisəyə müayinəyə göndərilməsi;
4.9.2.2. ilk yardımın göstərilməsi və təcili tibbi yardım briqadalarının çağırılması;
4.9.2.3. şəxsi gigiyena və sanitariya qaydalarına əməl edilməsi şərtlərinin təmin edilməsi;
4.9.2.4. fərdi-psixoloji xüsusiyyətinin qiymətləndirilməsi;
4.9.2.5. məişət zorakılığı səbəbindən yaranmış psixoloji sarsıntını aradan qaldırmaq məqsədilə fərdi və qrup konsultasiyaların təşkili;
4.9.2.6. cəmiyyətə adaptasiyası və inteqrasiyası (və ya reinteqrasiyası) məqsədilə psixoloji yardımın göstərilməsi;
4.9.2.7. diyetik yeməklər də daxil olmaqla, isti yeməklərlə təmin edilməsi;
4.9.2.8. geyim, ayaqqabı və yumşaq inventarlarla təmin edilməsi;
4.9.2.9. yataq və geyim əşyalarının yuyulması, ütülənməsi;
4.9.2.10. yaşayış sahəsinin təmizlənməsi;
4.9.2.11. sənədlərin əldə edilməsi və ya bərpası ilə bağlı müvafiq orqanlara ərizələrin (müraciətlərin) hazırlanmasında və təqdim olunmasında kömək göstərilməsi;
4.9.2.12. peşə hazırlığı kurslarına istiqamətləndirilmə və məşğulluğun təmin edilməsinə kömək göstərilməsi;
4.9.2.13. qanunvericiliklə müəyyən edilmiş sosial müavinətlərin alınmasında kömək göstərilməsi.
4.10. Sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olan şəxslər üzrə
4.10.1. Sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olan şəxsə sosial adaptasiya mərkəzində aşağıdakı sosial xidmətlər göstərilir:
4.10.1.1. fərdi-psixoloji xüsusiyyətlərinin qiymətləndirilməsi;
4.10.1.2. psixoloji və emosional vəziyyətinin mütəmadi müşahidə edilməsi və qabaqlayıcı tədbirlərin görülməsi;
4.10.1.3. sosial bacarıqlarının inkişafına nail olmaq məqsədilə sosial-psixoloji məsləhətlərin verilməsi;
4.10.1.4. hüquqlarının müdafiəsi üçün hüquqi məsləhətlərin verilməsi;
4.10.1.5. sənədlərin əldə edilməsi və bərpası ilə bağlı müvafiq orqanlara ərizələrin (müraciətlərin) hazırlanmasında və təqdim olunmasında kömək göstərilməsi;
4.10.1.6. şəxslərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi, onların maraqlarına uyğun olaraq təşkil olunan tədbirlərə cəlb olunması və digər mədəni-kütləvi tədbirlərdə iştirakının təmin edilməsi;
4.10.1.7. tibbi yardıma ehtiyacı olan şəxslər barədə ərazi üzrə tibb müəssisələrinə məlumat verilməsi və şəxsin həmin müəssisəyə müayinəyə göndərilməsi;
4.10.1.8. ilk yardımın göstərilməsi və təcili tibbi yardım briqadalarının çağırılması;
4.10.1.9. şəxsi gigiyena və sanitariya qaydalarına əməl edilməsi şərtlərinin təmin edilməsi.
4.11. Müəyyən yaşayış yeri olmayan şəxslər üzrə
4.11.1. Müəyyən yaşayış yeri olmayan şəxsə yarımstasionar müəssisədə aşağıdakı xidmətlər göstərilir:
4.11.1.1. diyetik yeməklər də daxil olmaqla, isti yeməklərlə təmin edilməsi;
4.11.1.2. geyim, ayaqqabı və yumşaq inventarlarla təmin edilməsi;
4.11.1.3. yataq və geyim əşyalarının yuyulması, ütülənməsi;
4.11.1.4. tibbi yardıma ehtiyacı olan şəxslər barədə ərazi üzrə tibb müəssisələrinə məlumat verilməsi və şəxsin həmin müəssisəyə müayinəyə göndərilməsi;
4.11.1.5. ilk yardımın göstərilməsi və təcili tibbi yardım briqadalarının çağırılması;
4.11.1.6. şəxsi gigiyena və sanitariya qaydalarına əməl edilməsi şərtlərinin təmin edilməsi;
4.11.1.7. sənədlərin əldə edilməsi və ya bərpası ilə bağlı müvafiq orqanlara ərizələrin (müraciətlərin) hazırlanmasında və təqdim olunmasında kömək göstərilməsi;
4.11.1.8. müəyyən yaşayış yeri olmayan şəxslərə hüquq və mənafelərinin müdafiəsinə dair mövcud inzibati və hüquqi prosedurlar haqqında izahatlar və hüquqi məsləhətlərin verilməsi;
4.11.1.9. sosial xidmətə götürülmüş şəxsin fərdi-psixoloji xüsusiyyətlərinin qiymətləndirilməsi;
4.11.1.10. sosial xidmətə götürülmüş şəxsin cəmiyyətə adaptasiyası və inteqrasiyası məqsədilə psixoloji yardım göstərilməsi;
4.11.1.11. sosial xidmətə götürülmüş şəxslərin peşə hazırlığı kurslarına istiqamətləndirilməsi və onların məşğulluğunun təmin edilməsinə kömək göstərilməsi.
4.11.2. Müəyyən yaşayış yeri olmayan şəxsə stasionar müəssisədə aşağıdakı xidmətlər göstərilir:
4.11.2.1. diyetik yeməklər də daxil olmaqla, isti yeməklərlə təmin edilməsi;
4.11.2.2. geyim, ayaqqabı və yumşaq inventarlarla təmin edilməsi;
4.11.2.3. yataq və geyim əşyalarının yuyulması, ütülənməsi;
4.11.2.4. yaşayış sahəsinin təmizlənməsi;
4.11.2.5. tibbi yardıma ehtiyacı olan şəxslər barədə ərazi üzrə tibb müəssisələrinə məlumat verilməsi və şəxsin həmin müəssisəyə müayinəyə göndərilməsi;
4.11.2.6. ilk yardımın göstərilməsi və təcili tibbi yardım briqadalarının çağırılması;
4.11.2.7. şəxsi gigiyena və sanitariya qaydalarına əməl edilməsi şərtlərinin təmin edilməsi;
4.11.2.8. sənədlərin əldə edilməsi və ya bərpası ilə bağlı müvafiq orqanlara ərizələrin (müraciətlərin) hazırlanmasında və təqdim olunmasında kömək göstərilməsi;
4.11.2.9. onların hüquq və mənafelərinin müdafiəsinə dair mövcud inzibati və hüquqi prosedurlar haqqında izahatlar və hüquqi məsləhətlərin verilməsi;
4.11.2.10. fərdi-psixoloji xüsusiyyətlərin qiymətləndirilməsi;
4.11.2.11. cəmiyyətə adaptasiyası və inteqrasiyası (və ya reinteqrasiyası) məqsədilə psixoloji yardım göstərilməsi;
4.11.2.12. peşə hazırlığı kurslarına istiqamətləndirilmə və məşğulluğun təmin edilməsinə kömək göstərilməsi.
4.12. İctimai təhlükəli xəstəliyə tutulduğuna görə həyat fəaliyyəti məhdudlaşan şəxslər üzrə
4.12.1. İctimai təhlükəli xəstəliyə tutulduğuna görə həyat fəaliyyəti məhdudlaşan şəxslərə yarımstasionar müəssisədə aşağıdakı sosial xidmətlər göstərilir:
4.12.1.1. fərdi-psixoloji xüsusiyyətlərin qiymətləndirilməsi;
4.12.1.2. psixoloji sarsıntının aradan qaldırılması məqsədilə psixoloji yardım göstərilməsi;
4.12.1.3. xəstəliyin mərhələsindən asılı olaraq tibbi müayinələrin aparılması;
4.12.1.4. palliativ yardıma ehtiyacı olan xəstələrin ilkin müayinəsi;
4.12.1.5. xəstəliyin ağırlıq dərəcəsindən və yaranmış fəsadlardan asılı olaraq, müvafiq mütəxəssislərin konsultasiyasının təşkil edilməsi.
4.13. Cinsi istismar və ya cinsi zorakılıq qurbanı olan uşaqlar üzrə
4.13.1. Cinsi istismar və ya cinsi zorakılıq qurbanı olan uşaqlara yarımstasionar müəssisələrdə aşağıdakı xidmətlər göstərilir:
4.13.1.1. fərdi-psixoloji xüsusiyyətlərin qiymətləndirilməsi;
4.13.1.2. şəxsiyyətin dəstəklənməsi və məlumatlandırılması istiqamətlərində fərdi işin aparılması;
4.13.1.3. psixoloji sarsıntının aradan qaldırılması məqsədilə psixoloji yardım göstərilməsi;
4.13.1.4. hüquq və mənafelərinin müdafiəsinə dair mövcud inzibati və hüquqi prosedurlar haqqında onlara və ya qanuni nümayəndələrinə izahatlar və hüquqi məsləhətlərin verilməsi;
4.13.1.5. tibbi yardıma ehtiyacı olan uşaqlar barədə ərazi üzrə tibb müəssisələrinə məlumat verilməsi və uşağın həmin müəssisəyə müayinəyə göndərilməsi;
4.13.1.6. ilk yardımın göstərilməsi və təcili tibbi yardım briqadalarının çağırılması;
4.13.1.7. şəxsi gigiyena və sanitariya qaydalarına əməl edilməsi şərtlərinin təmin edilməsi;
4.13.1.8. asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi, onun potensialına və maraqlarına uyğun olaraq təşkil olunan tədbirlərə cəlb olunması və digər mədəni-kütləvi tədbirlərdə iştirakının təmin edilməsi.
4.13.2. Cinsi istismar və ya cinsi zorakılıq qurbanı olan uşaqlara stasionar müəssisələrdə aşağıdakı xidmətlər göstərilir:
4.13.2.1. fərdi-psixoloji xüsusiyyətlərin qiymətləndirilməsi;
4.13.2.2. psixoloji sarsıntıları aradan qaldırmaq məqsədilə fərdi və qrup konsultasiyalarının təşkili;
4.13.2.3. cəmiyyətə adaptasiya və inteqrasiya (və ya reinteqrasiya) məqsədilə psixoloji yardımın göstərilməsi;
4.13.2.4. hüquq və mənafelərinin müdafiəsinə dair mövcud inzibati və hüquqi prosedurlar haqqında onlara və ya onların qanuni nümayəndələrinə izahatlar və hüquqi məsləhətlərin verilməsi;
4.13.2.5. tibbi yardıma ehtiyacı olan uşaqlar barədə ərazi üzrə tibb müəssisələrinə məlumat verilməsi və uşağın həmin müəssisəyə müayinəyə göndərilməsi və müayinənin nəticəsindən asılı olaraq ixtisaslaşdırılmış tibb müəssisələrinə yönləndirilməsi istiqamətində tədbirlər görülməsi;
4.13.2.6. ilk yardımın göstərilməsi və təcili tibbi yardım briqadalarının çağırılması;
4.13.2.7. şəxsi gigiyena və sanitariya qaydalarına əməl edilməsi şərtlərinin təmin edilməsi;
4.13.2.8. dünyagörüşünün genişləndirilməsi, ünsiyyət qabiliyyətinin artırılması, yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi məqsədilə qrup və fərdi fəaliyyətin təşkil edilməsi;
4.13.2.9. pedaqoji korreksiya üçün kompleks tədbirləri təşkil etmək məqsədilə uşağın davranışını xarakterizə edən əlamətlərin öyrənilməsi, onun potensialının və meyillərinin, cəmiyyətdən təcrid olunmasının (əgər belə hal varsa) forma və dərəcəsinin müəyyən edilməsi;
4.13.2.10. diyetik yeməklər də daxil olmaqla, isti yeməklərlə təmin edilməsi;
4.13.2.11. geyim, ayaqqabı və yumşaq inventarlarla təmin edilməsi;
4.13.2.12. yataq və geyim əşyalarının yuyulması, ütülənməsi;
4.13.2.13. yaşayış sahəsinin təmizlənməsi.”.
2.5. 5-ci hissə üzrə:
2.5.1. adı aşağıdakı redaksiyada verilsin:
“Müəssisəyə yerləşdirilmiş çətin həyat şəraitində olan şəxsin (ailənin) hüquqları və vəzifələri”;
2.5.2. 5.1-ci bənddə “Sosial xidmət müəssisəsinə yerləşdirilən çətin həyat şəraitində olan şəxslərin (ailələrin)” sözləri “Müəssisəyə yerləşdirilmiş çətin həyat şəraitində olan şəxsin (ailənin)” sözləri ilə əvəz edilsin;
2.5.3. 5.1.6-cı və 5.1.7-ci yarımbəndlərdə “sosial xidmət müəssisələrində” sözləri “müəssisədə” sözü ilə əvəz edilsin;
2.5.4. aşağıdakı məzmunda 5.2-ci bənd əlavə edilsin:
“5.2. Müəssisəyə yerləşdirilən çətin həyat şəraitində olan şəxsin (ailənin) vəzifələri aşağıdakılardır:
5.2.1. müəssisənin daxili intizam qaydalarına riayət etmək;
5.2.2. sosial xidmət göstərilməsinə təsir göstərən dəyişikliklər barədə sosial xidmət göstərən subyektləri dərhal məlumatlandırmaq;
5.2.3. sosial xidmət göstərilməsinə tələbatın müəyyən edilməsi və qərar qəbul edilməsi üçün tam və düzgün məlumatları vermək;
5.2.4. sosial işçilərin və sosial xidmətçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq.”.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 20 ” “ iyul ” 2026-cı il
Əlavə 1
Əlavə 2
Əlavə 3
Əlavə 4
Əlavə 5
Əlavə 6