09 Avqust 2026 13:40
2626
Təhsil
A- A+
Cənubi Qafqazın yeni siyasi xəritəsi: Bakı–Vaşinqton tərəfdaşlığının yüksəlişi

Cənubi Qafqazın yeni siyasi xəritəsi: Bakı–Vaşinqton tərəfdaşlığının yüksəlişi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampa ünvanladığı məktub yalnız 2025-ci il 8 avqust tarixində keçirilmiş Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə diplomatik təbrik xarakteri daşımır. Məktub mahiyyət etibarilə son bir ildə Azərbaycan–ABŞ münasibətlərində və Cənubi Qafqazın geosiyasi mənzərəsində baş vermiş dəyişikliklərin siyasi qiymətləndirilməsi kimi də nəzərdən keçirilə bilər. Prezidentin məktubunda Vaşinqton görüşünün nəticələri sülh, regional kommunikasiyalar, iqtisadi əməkdaşlıq və Azərbaycan–ABŞ strateji tərəfdaşlığı kontekstində təqdim olunur.

Məktubun əsas siyasi mesajlarından biri ondan ibarətdir ki, 2025-ci il 8 avqust Vaşinqton görüşü Azərbaycan-Ermənistan münasibətlərində sadəcə növbəti diplomatik təmas deyil, uzunmüddətli münaqişənin siyasi nəticələrinin rəsmiləşdirilməsi istiqamətində dönüş nöqtəsi kimi qiymətləndirilir. Prezident İlham Əliyev Birgə Bəyannaməni, sülh sazişinin paraflanmasını və ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciəti regionda yeni siyasi reallığın əsas elementləri kimi göstərir. 

Burada Azərbaycanın dövlət maraqları baxımından xüsusilə əhəmiyyətli məqam ondan ibarətdir ki, uzun illər davam etmiş münaqişənin həlli artıq keçmişin status-kvosunun bərpası üzərində deyil, Azərbaycanın ərazi bütövlüyünün və yaratdığı yeni regional reallığın qəbul edilməsi əsasında formalaşır. Vaşinqton prosesinin məhz bu reallığı siyasi-diplomatik müstəvidə möhkəmləndirməsi Azərbaycanın xarici siyasətinin mühüm nəticələrindən biri kimi qiymətləndirilə bilər.

Məktubda xüsusi diqqət çəkən digər istiqamət TRIPP layihəsidir. Prezident bu layihəni yalnız nəqliyyat bağlantısı kimi deyil, Cənubi Qafqazda çoxtərəfli iqtisadi əməkdaşlığın, regional təhlükəsizliyin və yeni kommunikasiya sisteminin formalaşdırılması baxımından qiymətləndirir. Bu yanaşma Azərbaycanın postmünaqişə dövründə əsas strateji prioritetlərindən biri olan regionun nəqliyyat xəritəsinin yenidən formalaşdırılması ilə üst-üstə düşür. 

Əslində burada Azərbaycanın daha geniş geosiyasi məqsədi görünür: münaqişədən sonrakı dövrü yalnız sülh dövrü deyil, regional iqtisadi inteqrasiya və kommunikasiya imkanlarının genişləndiyi yeni mərhələyə çevirmək. Bu baxımdan Azərbaycan özünü Cənubi Qafqazda nəqliyyat, enerji və iqtisadi layihələrin əsas təşəbbüskarlarından biri kimi mövqeləndirir.

Məktubun digər mühüm hissəsi Azərbaycan–ABŞ münasibətlərinə həsr olunub. Prezident İlham Əliyev qeyd edir ki, Vaşinqton görüşündən sonra iki ölkə münasibətləri keyfiyyətcə yeni strateji tərəfdaşlıq mərhələsinə keçib. Xüsusilə qarşılıqlı sərmayə, ticarət, enerji, nəqliyyat, süni intellekt və təhlükəsizlik sahələrini əhatə edən Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması bu münasibətlərin yalnız siyasi deyil, çoxşaxəli institusional xarakter aldığını göstərir. 

Bu məqam Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Bakı–Vaşinqton münasibətlərinin yeni mərhələsi artıq yalnız enerji və regional təhlükəsizliklə məhdudlaşmır. Münasibətlərin texnologiya, süni intellekt, investisiya və nəqliyyat kimi yeni sahələrə genişlənməsi Azərbaycanın ABŞ ilə əlaqələrində daha uzunmüddətli və institusional əməkdaşlıq modeli qurmağa çalışdığını göstərir.

Məktubda ABŞ tərəfindən “Azadlığı Müdafiə Aktı”nın 907-ci düzəlişinin dayandırılması müddətinin uzadılmasının tarixi ədalətin bərpası istiqamətində mühüm addım kimi qiymətləndirilməsi də diqqətəlayiqdir. Bu, Azərbaycan diplomatiyasının uzun illər ərzində ABŞ qanunvericiliyində mövcud olmuş məhdudiyyətlərə münasibətdə əldə etdiyi mühüm siyasi nəticələrdən biri kimi təqdim olunur. 

Məktubun ümumi siyasi fəlsəfəsi isə Azərbaycanın regional problemlərin həllində passiv tərəf deyil, proseslərin formalaşdırılmasında əsas aktorlardan biri olması fikrini gücləndirir. Vaşinqton görüşündən bir il sonra Azərbaycan–ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi, regional kommunikasiyaların gündəmə gəlməsi və Ermənistanla münasibətlərdə praktiki əməkdaşlıq elementlərinin meydana çıxması bu strategiyanın nəticələri kimi qiymətləndirilə bilər. 

Digər tərəfdən, məktubun siyasi əhəmiyyəti onun gələcəyə yönəlmiş mesajında da özünü göstərir. Prezident İlham Əliyev Azərbaycan ilə ABŞ arasında dostluğa, qarşılıqlı etimad və hörmətə əsaslanan strateji tərəfdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu bildirir. Bu, Azərbaycanın Vaşinqtonla münasibətləri epizodik diplomatik yaxınlaşma deyil, uzunmüddətli dövlət maraqlarına əsaslanan strateji əməkdaşlıq kimi gördüyünü nümayiş etdirir. 

Ən mühüm məqam isə budur ki, Azərbaycan Vaşinqton prosesini yalnız sülh sazişinin əldə olunması ilə yekunlaşan diplomatik hadisə kimi deyil, Cənubi Qafqazda yeni geosiyasi və iqtisadi reallığın formalaşmasının başlanğıcı kimi təqdim edir. Bu yanaşma Azərbaycanın regional liderlik iddiasını və milli dövlət maraqlarına əsaslanan çoxvektorlu xarici siyasət kursunu daha da gücləndirir.


Vasif Qafarov,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azamat Tleujanov: Qazaxıstan ilə Azərbaycan ŞƏT və Orta Dəhliz vasitəsilə iqtisadi əlaqələri gücləndirə bilər  

20:27
05 Sentyabr

Şəkidə “Kəndə gəl” yay düşərgəsində folklorla bağlı təqdimat olub

16:35
05 Sentyabr

Cıdır mövsümünün növbəti yarışlarının qalibləri məlum olub  

16:30
05 Sentyabr

“Yay Fest 2026” iki mindən çox gənci bir araya gətirib

16:25
05 Sentyabr

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

16:23
05 Sentyabr

Şimali Kipr sahillərində gəmi qəzasının 15 qurbanının axtarışı davam edir

15:40
05 Sentyabr

Bakıda “IRONMAN 70.3” yarışı ilə bağlı nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb

15:35
05 Sentyabr

Ekspert: ŞƏT yeni ticarət yollarının yaradılması üçün mühüm platformaya çevrilib  

15:32
05 Sentyabr

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

13:33
05 Sentyabr

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib  

12:45
05 Sentyabr

Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir

12:43
05 Sentyabr

Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib

12:40
05 Sentyabr

DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb  

12:37
05 Sentyabr

Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib  

12:35
05 Sentyabr

BDYPİ: Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir  

12:33
05 Sentyabr

Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək  

12:30
05 Sentyabr

Azərbaycan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə təmsil olunub  

12:24
05 Sentyabr

Yuxunu izləyən radar sistemi

11:25
05 Sentyabr

"Acer"dən yeni noutbuk

11:20
05 Sentyabr

Smartfonlar üçün kamera ovçusu

11:15
05 Sentyabr

Süni profillərə yeni məhdudiyyət

11:10
05 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!