13 May 2026 08:15
495
SİYASƏT
A- A+
Cənubi Qafqazda sülhün təşəbbüskarı da, qarantı da Azərbaycandır

Cənubi Qafqazda sülhün təşəbbüskarı da, qarantı da Azərbaycandır


Müharibələrdə tarix yazılır, sülhü isə qaliblər və məsuliyyətli dövlətlər yaradır. Bu gün Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıq da məhz bu həqiqəti təsdiqləyir. 30 ilə yaxın işğalın, ikili standartların, nəticəsiz beynəlxalq platformaların və saxta vasitəçilik missiyalarının fonunda regionda davamlı sülh üçün real yol xəritəsini ortaya qoyan məhz Azərbaycan dövləti oldu. Bu bir həqiqətdir ki, bu gün Azərbaycan təkcə öz ərazi bütövlüyünü bərpa edən ölkə kimi deyil, həm də postmüharibə mərhələsində sülh gündəliyini müəyyən edən siyasi mərkəz kimi çıxış edir.

Cənubi Qafqazda yaranan reallıqlar heç də təsadüfən formalaşmayıb. Bu reallıqların arxasında güclü dövlətçilik ənənəsi, uzaqgörən siyasi kurs və milli iradə dayanır. Məhz bu siyasi xəttin ən parlaq təzahürü Prezident İlham Əliyevin mayın 10-da Zəngilana etdiyi səfər zamanı bir daha nümayiş olundu. Bu səfərin xüsusi rəmzi mənası var idi. Səfər müasir Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin doğum günündə baş tutdu. Dövlətimizin başçısının işğaldan azad edilmiş torpaqlarda xalqla bir araya gəlməsi, əslində, tarixin, siyasi iradənin bir nöqtədə birləşməsi idi. Zəngilan sakinləri ilə görüşdə Prezident İlham Əliyev vurğulamışdır: "Bu gün Ulu Öndər Heydər Əliyevin doğum günüdür. Onun ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması idi". Bu fikir sadəcə tarixi xatırlatma deyildi, eyni zamanda siyasi varisliyin, milli məsuliyyətin və dövlətçilik iradəsinin açıq nümayişi idi.

Zəngilan bu gün Azərbaycanın gələcəyə baxışının, regionun iqtisadi xəritəsini yenidən yazmaq gücünün simvoluna çevrilib. Burada həyata keçirilən "ağıllı kənd", "ağıllı şəhər", müasir logistika, enerji və yaşayış layihələri göstərir ki, ölkəmiz müharibədən sonra dünyaya yeni inkişaf modeli təqdim edir. Prezident İlham Əliyev sakinlərlə görüşündə bildirmişdir: "Zəngilanı Azərbaycanın və bütövlükdə regionun nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik". Bu mesaj məsələnin əsas geosiyasi mahiyyətini dərk etməyə kömək edir. Bu gün Zəngilan regionun iqtisadi və strateji arteriyalarının kəsişdiyi nöqtədir. Buradan keçəcək kommunikasiya xətləri, dəmir yolları və Zəngəzur istiqamətində açılacaq yeni nəqliyyat imkanları regionun gələcəyini müəyyən edən əsas faktorlardandır. 

Bütün bu lahiyələrin reallaşması üçün isə ilk növbədə regionda davamlı sülhə nail olmaq vacibdir. Bu gün regionda ən mühüm siyasi həqiqətlərdən biri budur - Azərbaycan sülh istəyir. Amma bu sülh bəzi dairələrin nümayiş etdiyi saxta konfranslar, şou xarakterli forumlar, siyasi manipulyasiya platformaları vasitəsilə yox, real siyasi iradə və konkret addımlarla həyata keçirilir. Müharibədən sonra Ermənistana sülh sazişi layihəsini təqdim edən ilk tərəf Azərbaycan oldu. Kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası, regional əməkdaşlıq platformalarının yaradılması kimi təşəbbüslərin müəllifi də məhz rəsmi Bakıdır.

Prezident İlham Əliyev Zəngilandan bir daha açıq bəyan etdi: "Ermənistanı məhv etmək və ya onun müstəqilliyini əlindən almaq kimi məqsədimiz olmayıb. Biz məqsədimizə nail olmuşuq". Bu bəyanat Azərbaycanın regionda siyasi sabitlik və davamlı təhlükəsizlik istəyini ortaya qoyur. Lakin bir həqiqət də var ki, bölgədə sülhün tam bərqərar olmasını istəməyən dairələr hələ də mövcuddur. Son günlər Ermənistanda keçirilən bəzi siyasi forumlar, "təhlükəsizlik konfransları" və xarici nümayəndələrin iştirakı ilə təşkil olunan tədbirlər bu mənada diqqətdən yayınmır. Xüsusən Fransa və bu dövlətin himayəsində olan bəzi siyasi dairələrin regionda nümayiş etdirdiyi yanaşma obyektivlikdən çox, geosiyasi maraqlara xidmət edir. Fransa Prezidenti Emmanuel Makronun son illər sərgilədiyi mövqe bölgədə balans yaratmaqdan daha çox bəzi revanşist dairələrə siyasi stimul vermək məqsədi daşıyır.

Bu məqamda qeyd etmək yerinə düşər ki, hazırda Ermənistan-Azərbaycan şərti sərhədində fəaliyyət göstərən Avropa müşahidə missiyasının davranışları artıq "müşahidəçilik" çərçivəsindən çıxaraq siyasi təzyiq və geosiyasi manipulyasiya alətinə çevrilib. Ermənistan ərazisindəki bu missiyanın fəaliyyəti bölgədə etimad mühitinin formalaşmasından çox yeni gərginlik ocaqlarının yaradılmasına xidmət edir. Məsələnin ən diqqətçəkən tərəfi isə odur ki, bu destruktiv prosesə görə məsuliyyət yalnız xarici dairələrin üzərinə düşmür. Burada birbaşa siyasi məsuliyyət daşıyan tərəflərdən biri də məhz Ermənistan hakimiyyətidir. Çünki bu missiyanın fəaliyyət müddətinin uzadılmasına, onun sərhəd boyunca daha geniş manevr imkanları əldə etməsinə razılıq verən və müvafiq öhdəliklərə imza atan tərəf elə İrəvanın özüdür.

Ermənistan rəhbərliyi anlamalıdır ki, Azərbaycanla münasibətlərin normallaşması istiqamətində diplomatik təmasların intensivləşdiyi, regionda sülh müqaviləsinin imzalanması üçün real tarixi imkanların yarandığı bir mərhələdə bu cür təxribatçı addımlar heç bir məntiqə sığmır. Əksinə, bu kimi davranışlar sülh prosesinin ləngiməsinə, bölgədə süni qarşıdurma mühitinin saxlanılmasına xidmət edir.

Prezident İlham Əliyevin Zəngilandan verdiyi qətiyyətli mesajların əsas mahiyyəti də məhz bundan ibarət idi - Azərbaycan sülh istəyir, amma bu sülh xarici dairələrin ikili standartları, siyasi oyunları və saxta müşahidə missiyalarının diktəsi ilə deyil, region dövlətlərinin qarşılıqlı hörmətə və beynəlxalq hüquqa söykənən iradəsi ilə qurulmalıdır. Dövlətimizin başçısı bir daha bəyan etdi: "Avropanın guya müşahidəçiləri oradadır. Elə göstərirlər ki, guya Ermənistanı bizdən qoruyurlar. Buna ehtiyac yoxdur".

Dövlətimizin başçısının bu fikirləri, əslində, bölgədə xarici müdaxilələrin mahiyyətini açır. Azərbaycan yaxşı anlayır ki, bəzi qüvvələr Cənubi Qafqazda sülhün yerli təşəbbüslərlə deyil, kənar idarəetmə mexanizmləri ilə formalaşmasını istəyirlər. Amma artıq bu mərhələ geridə qalıb. Bir vaxtlar regionda formalaşdırılmış status-kvo, işğalı legitimləşdirməyə çalışan beynəlxalq dairələr, nəticəsiz vasitəçilik institutları artıq tarixə çevrilib. Azərbaycan 44 günlük Vətən müharibəsində təkcə hərbi qələbə qazanmadı, eyni zamanda iki əsrə yaxın formalaşdırılmış geosiyasi ədalətsizlik modelini darmadağın etdi. Vaxtilə regionun taleyi xarici mərkəzlərdə müzakirə edilirdisə, bu gün birmənalı olaraq  Prezident İlham Əliyevin mövqeyi ilə hesablaşılır. Azərbaycanın siyasi çəkisi, diplomatik nüfuzu və hərbi gücü artıq beynəlxalq münasibətlər sistemində qəbul edilən reallıqdır. Prezident İlham Əliyev Zəngilanda bunu bir daha vurğuladı: "Bu gün Azərbaycanın beynəlxalq nüfuzu və hörməti ən yüksək səviyyədədir. Bunun səbəbi ləyaqətli siyasətimiz, sözümüzlə əməlimizin üst-üstə düşməsidir".

Artıq regionda geosiyasi marağı olan dövlətlər də qəbul etməlidirlər ki, Cənubi Qafqazda yeni dövrün müəllifi Azərbaycandır. Regionun gələcəyini konfrans salonlarında səslənən populist çıxışlar yox, Şərqi Zəngəzurda və Qarabağda çəkilən yollar, qurulan şəhərlər, geri qayıdan insanlar və yaradılan yeni iqtisadi imkanlar müəyyən edir.

Zəngilan artıq bir şəhərdən daha böyük məna daşıyır. O, Azərbaycanın siyasi iradəsinin, iqtisadi qüdrətinin və sülh strategiyasının ünvanıdır. Bu gün Cənubi Qafqazda hər kəs anlayır ki, sülhün taleyi rəsmi Bakının əlindədir. Çünki bu regionda sülh haqqında ən çox danışan yox, sülh üçün ən çox iş görən dövlət varsa, o da Azərbaycandır.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi yekunlaşıb

15:27
27 İyun

Hörmüz boğazında neft tankeri zədələnib

15:09
27 İyun

Hava şəraitinə görə Bakı–Naxçıvan aviareysləri ləğv edilib

14:27
27 İyun

Dünya çempionatı: İngiltərə, Portuqaliya və Argentina meydana çıxır

13:37
27 İyun

Sabah yağıntılı və küləkli hava şəraiti davam edəcək

13:16
27 İyun

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Məzun günü” qeyd olunub  

12:36
27 İyun

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər  

11:56
27 İyun

Gürcüstan DTX rəisi Ermənistana rəsmi səfər edib

11:37
27 İyun

DİN son sutka ərzində keçirilən əməliyyatların nəticələrini açıqlayıb  

11:36
27 İyun

Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər

11:26
27 İyun

Aktauda yeni konteyner habı Xəzər üzərindən Çin-Avropa marşrutunu gücəndirəcək

11:19
27 İyun

Konqoda Ebola virusuna yoluxma sayı 1203-ə çatıb

11:03
27 İyun

Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər

11:02
27 İyun

BMT: Sudan yeni humanitar fəlakətin astanasındadır

10:59
27 İyun

SEPAH regiondakı ABŞ hədəflərinə zərbələr endirib

10:57
27 İyun

Hava şəraiti qeyri-sabit keçir: ən çox yağıntı Sarıbaşa düşüb – Faktiki hava

10:39
27 İyun

Misir ilk dəfə futbol üzrə dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb  

10:39
27 İyun

Dünya çempionatı: Yeni Zelandiyaya qalib gələn Belçika qrupunu birinci sırada başa vurub

10:17
27 İyun

Gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq

10:09
27 İyun

DÇ-2026: İspaniya qrup lideri kimi pley-offa yüksəlib

10:01
27 İyun

Kabo-Verde dünya çempionatında tarix yazıb

09:34
27 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!