25 Fevral 2024 09:10
1067
SİYASƏT
A- A+
Cənubi Qafqazda sülhü Azərbaycan təmin edəcək

Cənubi Qafqazda sülhü Azərbaycan təmin edəcək

 

Ermənistanın Fransanın təhriki ilə bölgəni müharibə meydanına çevirməsinə qətiyyən yol verilməyəcək

 

Fevralın 17-də Münxendə Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirildi. Siyasi şərhçilər Almaniyanın təşəbbüsü ilə baş tutan bu ikitərəfli görüşü Ermənistan-Azərbaycan arasında normallaşmaya nail olunması üçün əhəmiyyətli addım kimi qiymətləndirdilər. 
Amma üzərindən heç bir həftə keçməmiş - 2024-cü il fevralın 23-də Paşinyan "France 24" telekanalına müsahibə verərək ölkəmizə qarşı sərsəm açıqlamalar verdi, Azərbaycanın Ermənistana hücuma hazırlaşdığı kimi absurd və tamamilə böhtan xarakterli iddialar irəli sürdü. Özü də riyakar Paşinyan bu  müsahibəni Ermənistan müdafiə naziri ilə Fransa müdafiə nazirinin İrəvanda yeni əməkdaşlıq sazişləri imzaladıqları gün verdi. 
Təbii ki, Paşinyanın  Fransaya səfəri zamanı verdiyi açıqlamalar Münxendə əldə olunmuş pozitiv siqnallar və irəliləyişə zərbə oldu. Ermənistan tərəfi təkzibolunmaz şəkildə sübut etdi ki, İrəvan sülhə yox, müharibəyə hazırlaşır, özü də Fransanın türkofob, islamofob, azərbaycanofob prezidenti Makronun təhriki ilə.

 

Bu dəfə Ermənistan qurban seçilib 

 

Makronun Münxendəki irəliləyişdən narahat olaraq, bir müddət müttəfiqlik etdiyi Almaniya Kansleri Olaf Şoltsun sülh prosesi istiqamətində təşəbbüs göstərməsini qısqanclıqla qarşıladığı gün kimi ortadadır. Fransa qətiyyən Cənubi Qafqazda sülhün olmasını istəmir və buna görə də vəziyyəti gərginləşdirmək, Ermənistanı faktiki olaraq Ukrayna kimi qurban vermək bahasına, bölgədə münaqişənin heç bitməməsinə çalışır. Makronun məkrli məqsədi Ermənistandakı Rusiya hərbi bazasını Fransa bazası ilə əvəz etməkdir. Buna İrəvan hava limanından rusiyalı hərbçilərin çıxarılması, Paşinyanın yuxarıda sözügedən müsahibəsində Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurması barədə açıqlaması, Fransanın müdafiə nazirinin Ermənistan üçün ayrılmış hərbi texnika ilə İrəvana səfər edəcəyini bəyan etməsi və sair də bariz nümunələrdir. 
Vurğulayaq ki, Fransanın Rusiyanın Ermənistandakı bazasının çıxarılması və əvəzində fransız bazasının yerləşdirilməsi planından İranın kəşfiyyat orqanlarının da məlumatı var və Tehran da bundan narahat olub. Təbii ki, Qərbin Ermənistan üzərindən burnunun dibinə yerləşməsi İrana qətiyyən sərf etmir. Buna görə də çox labüddür ki, Tehran bir zamanlar özünün qırmızı cizgisi elan etdiyi Ermənistana qulaqburması belə versin...    
Siyasi iradəsi olmayan Paşinyan hökuməti ipini Fransanın, Qərbin əlinə verib və bölgəni qan gölünə çevirmək üçün müharibəyə hazırlaşır. Fransadan, Hindistandan aldığı hərbi texnikalara güvənərək revanş etmək, separatizmi yenidən alovlandırmaq iştahasına düşür.   

 

Təhlükə mənbəyi məhv ediləcək 

 

Bakının bütün beynəlxalq platformalarda Fransanın XXI əsrdə də müstəmləkə siyasəti yürütməsini  ifşa etməsi, ard-arda siyasi, diplomatik cəbhələrdə məğlubiyyətlərə uğratması, Qarabağdakı separatizmə uzanan dəstək əlini sındırması, təcavüzkar Ermənistan üzərindən Cənubi Qafqaza yerləşmək kimi çirkin planlarını pozması Parisi sarsıdıb. Bir sözlə, Azərbaycana qarşı bütün çirkin addımları nəticəsiz qalan və Prezident İlham Əliyevə məğlub olan Makron indi Ermənistanı yeni müharibəyə hazırlaşdırmaqla məşğuldur və ona hərbi dəstək verir.  
Özünü BMT və beynəlxalq prinsiplərə sadiq sivil dövlət kimi yox, irticaçı ölkə kimi aparan və kolonizator simasını gizlətməyən Fransanın hərbi dəstəyi bölgədə qüvvələr balansını dəyişməyəcək. Çünki 44 günlük müharibədə, eləcə də 23 saatlıq antiterror tədbirlərində Fransa da, bütün dünya da Azərbaycan Ordusunun təcavüzkar Ermənistanın ordusunu qarşısında necə diz çökdürdüyünə əyani şahidlik etdi. Eyni zamanda Vətən müharibəsindən sonra Azərbaycan Silahlı Qüvvələrinin daha da gücləndirildiyini bütün dünya bilir.  
Buna görə də cəmi 23 saata ermənilərin 30 il qurduğu istehkamları məhv etmiş Azərbaycana Fransa və Hindistanın Ermənistana verdiyi texnikanı darmadağın etmək üçün bir neçə saat kifayət etdiyini də bilməmiş deyil. 
Prezident İlham Əliyev bu il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində də bəyan etdi ki, Ermənistan da bilməlidir ki, nə qədər silah alsa da, onlara nə qədər ürək-dirək versələr də, əgər bizə qarşı hər hansı bir təhlükə mənbəyi olsa, biz dərhal o təhlükə mənbəyini məhv edəcəyik: "Qoy eşidən eşitsin ki, biz görsək, bizə qarşı real təhlükə, o Fransanın sınıq-salxaq "Bastion" maşınları, o konserv bankaları yox, real təhlükə yaransa, biz preventiv addımlarla həmin təhlükəni istənilən nöqtədə məhv edəcəyik".

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİR

15:59
26 Dekabr

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

15:58
26 Dekabr

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən

15:57
26 Dekabr

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

15:56
26 Dekabr

Gürcüstanın xarici işlər naziri: Hər zaman Azərbaycanın yanındayıq

15:55
26 Dekabr

Xankəndidə keçirilməsi nəzərdə tutulan “Qış nağılı” yarmarkası təxirə salınıb 

15:55
26 Dekabr

Pilot İqorun dostu: Onun itkisi təkcə ailəsi üçün deyil, həm də aviasiya sahəsi üçün böyük boşluq olacaq

15:53
26 Dekabr

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

15:14
26 Dekabr

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

14:18
26 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən

14:18
26 Dekabr

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

14:15
26 Dekabr

Təyyarə qəzasında həyatlarını itirənlərin xatirəsi İstanbulda da yad edilir  

14:11
26 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:06
26 Dekabr

Moskva sakinləri Azərbaycanın Rusiyadakı səfirliyinin binasının önünə gül dəstələri düzürlər  

14:00
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda anılır VİDEO  

13:58
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Gəncədə də anılıb  

13:51
26 Dekabr

Aktauda baş verən qəzada vəfat edən sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb  

13:47
26 Dekabr

Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub  

13:40
26 Dekabr

Türkiyənin baş konsulu: Azərbaycana və Qazaxıstana istənilən köməyə hazırıq  

13:32
26 Dekabr

Təyyarə qəzasında həlak olan Anar Babayevin qardaşı: Onunla son danışığımızı həmişə xatırlayacam  

13:31
26 Dekabr

Baş konsul: Təyyarə qəzasında həlak olanların kimliyi müəyyənləşdirilir  

13:22
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!