15 Avqust 2025 08:00
1778
SİYASƏT
A- A+
Cənubi Qafqazda sülh, sabitlik və firavanlıq dövrü

Cənubi Qafqazda sülh, sabitlik və firavanlıq dövrü


Bu, İlham Əliyevin siyasətinin prioritetidir


"...Mən avqustun 8-ni dövlətlərarası münasibətlərimizdə tarixi gün hesab edirəm və bu da bütün regiona çox müsbət təsir göstərəcək. Şübhəsiz ki, bu gün Azərbaycan ilə Ermənistan arasında baş verənlər Cənubi Qafqazda sülh, sabitlik və firavanlıq istəyənlərin hamısı üçün, bütün region üçün çox əhəmiyyətli olacaqdır".

Prezident İlham Əliyevin Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsi zamanı bəyan etdiyi kimi, Ağ Evdə keçirilən tarixi sammit bölgəmizdə uzunmüddətli sülh, yəni inkişaf, qarşılıqlı əlaqələr və tərəqqi üçün yeni parlaq səhifələr açıb. Sözügedən tarixdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən Vaşinqton görüşü zamanı Azərbaycan və Ermənistan arasında mühüm razılaşmalar əldə edilib, dövlət rəhbərlərinin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri tərəfindən "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş" layihəsi paraflanıb. Vurğulayaq ki, yekun sülh mətni hesab olunan bu sənəd Bakının irəli sürdüyü sülh şərtləri əsasında hazırlanıb. Azərbaycan və Ermənistan liderləri, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Vaşinqton sammitinin nəticəsi olaraq imzalanan Birgə Bəyannamə sülh müqaviləsinin tezliklə imzalanması üçün mühüm zəmin yaradıb. Onu da qeyd edək ki, 8 avqust tarixində sülh müqaviləsinin imzalanmamasının yeganə səbəbi Ermənistan Konstitusiyasının preambula hissəsində Azərbaycana qarşı ərazi iddialarının mövcud olmasıdır. Bakı ilk gündən qətiyyətlə tələb edir ki, yekun sülh sənədinin imzalanması üçün İrəvan Əsas Qanunda - Konstitusiyasında dəyişiklik etməlidir.  Bu dəyişiklik ediləndən sonra sülh sazişinin imzalanması üçün prinsipcə heç bir maneə qalmır. 


Dostluq rəmzi


Donald Tramp Administrasiyası Azərbaycanın liderliyi ilə başladılan sülh prosesini daim dəstəkləyir. Qazandığı hərbi zəfərlərlə bölgədə yeni reallıqlar yaradan Azərbaycan Prezidenti İlham Əliyevi ABŞ rəhbərinin ölkəsinə işgüzar səfərə dəvət etməsi bir yandan dövlətlərimiz arasındakı əlaqələrin inkişafına yeni dinamizm qazandırmaq məqsədi güdürdüsə, digər yandan bu, Ağ Ev rəhbərinin Cənubi Qafqazda barışın əldə olunmasına böyük önəm verdiyini nümayiş etdirirdi. 

Dünyanın böyük diqqət və maraqla izlədiyi bu səfər çərçivəsində "Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu" imzalandı. Yaradılan Strateji İşçi Qrupu regional bağlantılar infrastrukturunun və enerji sahəsində sərmayələrin genişləndirilməsi, eləcə də regional iqtisadi-ticari əməkdaşlığın irəlilədilməsi, həmçinin süni intellektin inkişafı kimi vacib məsələlərlə məşğul olacaq.

1992-ci ildə "Azadlığa Dəstək Aktı" adlı qanunun 907-ci bölməsinə düzəlişə əsasən, ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərilməsi qadağan olunmuşdu. Əraziləri işğal altına düşən, bir milyondan çox qaçqın və köçkünü olan ölkəmizə qarşı ermənipərəst konqresmenlərin qəbul etdiyi bu haqsız və ədalətsiz qərar Bayden administrasiyası dövründə yenidən canlandırıldı və 907-ci düzəlişdən ölkəmizə qarşı təzyiq mexanizmi kimi istifadə edilməyə çalışıldı. 

Dövlətimizin başçısının ABŞ-yə işgüzar səfəri zamanı Prezident Donald Trampın "Azadlığa Dəstək Aktı"na 907 saylı düzəlişin icrasının dayandırılması haqqında sənəd imzalaması iki ölkə arasında münasibətlərin dostluğa əsaslanmasını simvolizə etdi.

Müsahibəsində dövlətimizin rəhbəri də bildirdi: "Əlbəttə ki, "Azadlığa dəstək aktı"na edilən bu ədalətsiz 907-ci düzəlişdən mənim iştirakımla oval ofisdə imtina edilməsi çox rəmzi məna daşıyır. Prezident Tramp bunu başqa formada da edə bilərdi. O, bunu daha sonra da imzalaya bilərdi. Amma bunu hələ 1992-ci ilin oktyabrından bəri Konqres tərəfindən haqsız olaraq sanksiyaya məruz qalan Azərbaycanın Prezidentinin qarşısında etmək qərarına gəldi...

...Prezident Trampın bu rəmzi jestinin bizim üçün çox dərin mənası var".

 

Tarixi nəticələr


Vurğuladığımız kimi, Vaşinqton Cənubi Qafqazda uzunmüddətli sülhə nail olunması üçün xüsusi səylər göstərir. Təsadüfi deyildi ki, avqustun 7-də Donald Tramp öz "Truth" hesabında Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşünün mühüm əhəmiyyət kəsb etməsini yazmışdı. O, hər iki xalqın uzun illərdir ki, müharibə apardığını və bunun da minlərlə insanın ölümü ilə nəticələndiyini bildirmişdi. 

"Bir çox lider bu müharibəni dayandırmağa çalışıb, amma indiyə qədər heç bir nəticə əldə olunmayıb. Bu isə "Trump" sayəsində mümkün oldu. Mənim administrasiyam uzun müddətdir ki, hər iki tərəflə təmasdadır. Sabah Prezident Əliyev və baş nazir Paşinyan Ağ Evdə rəsmi sülh sazişinin imzalanması üçün mənə qoşulacaqlar", - deyə Tramp qeyd etmişdi. 

Gözlənildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə işgüzar səfəri olduqca zəngin və xalqımızın milli maraqlarının təmini istiqamətində atılmış mühüm addımlarla yadda qaldı.  

Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vaşinqton görüşünün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı. Vaşinqtonda imzalanan Birgə Bəyannamədə Minsk qrupunun ləğv edilməsi üçün iki ölkənin ATƏT-in Baş katibinə birgə müraciət edəcəyi təsdiqləndi.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Prosesi və əlaqəli strukturların (ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun) bağlanması ilə əlaqədar ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətindən sonra  ATƏT Nazirlər Şurasının bağlanma ilə bağlı qərar layihəsi ATƏT iştirakçı dövlətləri arasında yayılıb və onlar qərarın qəbul edilməsi üçün lazımi prosedurları dəstəkləməyə çağırılıblar.

Eyni zamanda Birgə Bəyannamədə yekun sülh sazişinin imzalanması üçün əsas tələblərdən biri - Ermənistan Konstitusiyasının dəyişdirilməsinin zəruriliyi təsdiq olunur.


Zəngəzur dəhlizi siyasi-iqtisadi əhəmiyyət daşıyır 


Vaşinqton sülh sammitində əldə olunan digər bir tarixi nailiyyət isə bölgədə kommunikasiyaların açılması məsələsinin öz həllini tapmasıdır. Vətən müharibəsindən sonra Prezident İlham Əliyev hər zaman bəyanatlarında  Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidinin təmin edilməli olduğunu bildirirdi. Dövlət başçımızın bu qəti tələbi də Ermənistan tərəfindən qəbul edildi. Belə ki, Azərbaycan və Ermənistan liderlərinin ABŞ Prezidentinin şahidliyi ilə imzaladıqları Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olunur. Yəni Zəngəzur dəhlizi (Trump Route for International Peace and Prosperity (TRIPP)) reallaşır. Bu marşrutun yaradılması regionda qarşılıqlı əlaqələrin inkişafını stimullaşdıracaq, iqtisadi inteqrasiyaya, canlanmaya şərait yaradacaq. Region üçün yeni investisiya imkanları açacaq bu dəhliz sülhün dayanıqlılığına da birbaşa  töhfə verəcək. Buna görə də Zəngəzur dəhlizinin reallığa çevrilməsi təkcə iqtisadi deyil, siyasi mənada da böyük əhəmiyyət daşıyır. 

"Bu gün Azərbaycan ilə Ermənistan arasında imzalananlar bizim niyyətlərimizi açıq şəkildə nümayiş etdirir - göstərir ki, biz sülh istəyirik, amma biz əlaqələrin qurulmasını da istəyirik. Biz ölkəmizin iki hissəsi arasında təhlükəsiz keçidlə inteqrasiyanı istəyirik ki, bu da daha geniş region, Ermənistanın özü üçün də çoxlu imkanlar vəd edəcək", - deyə Prezident İlham Əliyevin Vaşinqtonda müsahibəsi zamanı  vurğuladığı kimi. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

T.Ə.Bakıxanovun 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında

03:28
09 Dekabr

Azercell abunəçilərinin nəzərinə

03:25
09 Dekabr

Moskvada Xəzəryanı əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçirilib  

23:27
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

23:26
08 Dekabr

Bratislavada Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB  

22:22
08 Dekabr

İƏT Mədəniyyət Festivalı çərçivəsində növbəti panel müzakirəsi təşkil olunub  

22:20
08 Dekabr

Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib  

22:09
08 Dekabr

Misli Premyer Liqası: “Sabah” “Neftçi”yə qalib gəlib  

21:54
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri Bratislavada Devin qəsrində olublar YENİLƏNİB  

21:53
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri Bratislavada “Azadlıq Qapısı” abidəsini ziyarət ediblər  

21:41
08 Dekabr

Heydər Əliyev Fondu ilə Həmdan Bin Rəşid Əl Maktum Fondu arasında əməkdaşlıq müzakirə edilib  

21:19
08 Dekabr

“Rəqəmsal dövrdə İslam ölkələrinin mədəniyyəti” mövzusunda fikir mübadiləsi aparılıb 

21:06
08 Dekabr

Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş imzalanıb

20:49
08 Dekabr

Macarıstan Türkiyəyə 600 at satıb

20:29
08 Dekabr

Milli Məclisdə “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib  

20:29
08 Dekabr

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib  

20:23
08 Dekabr

Azərbaycan-İran parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

20:11
08 Dekabr

Ekspert: Orta Dəhliz son illər ərzində heyrətamiz artım nümayiş etdirir  

19:58
08 Dekabr

“İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların inkişafı” mövzusunda müzakirə aparılıb  

19:39
08 Dekabr

Prezident İlham Əliyev: Bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq imkanlarımızı genişləndirəcəyik

19:34
08 Dekabr

Yaponiyada 7,2 bal gücündə zəlzələ olub

19:21
08 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!