Cəlilabad
rayonu cari ildə iqtisadi sahədə olduğu kimi, təhsildə də uğurlar əldə etmişdir.
Son 15 il ərzində rayonda ümumtəhsil məktəblərinin maddi-texniki bazası möhkəmlənmiş,
regionların sosial-iqtisadi inkişafına dair dövlər proqramları çərçivəsində 5 min
462 yerlik 18, Heydər Əliyev Fondunun vəsaiti ilə 1780 yerlik 4, digər mənbələr
hesabına 1000 yerlik 5, habelə 2017-2018-ci dərs ilində Prezident İlham Əliyevin
müvafiq sərəncamı ilə dövlət büdcəsindən maliyyələşməklə 408 yerlik modul tipli
5 məktəb binası tikilib istifadəyə verilmişdir.
Ümumilikdə
göstərilən müddət ərzində rayon üzrə 8 min 650 yerlik 32 yeni tikilmiş məktəb qapılarını
şagird və müəllimlərin üzünə açmışdır. Əksər məktəblər, o cümlədən Cəlilabad şəhər
4 saylı və Məşədilər tam orta məktəbləri dövlət proqramına uyğun olaraq əsaslı təmir
edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2018-ci il tarixli sərəncamı
ilə rayonda 664 yerlik 10 modul tipli məktəb binasının inşasına başlanmışdır.
Rayonda
125 ümumtəhsil, o cümlədən 14 ibtidai, 37 ümumi orta və 74 tam orta məktəb fəaliyyət
göstərir. Həmin məktəblərdə 3 min 93 nəfər pedaqoji kadr çalışır. Bunlardan 2 min
840 nəfəri ixtisas müəllimidir, 217 nəfər isə rəhbər pedaqoji kadrdır. Hazırda rayonun
ümumtəhsil məktəblərində 410 nəfər müxtəlif ixtisaslardan olan müəllimə ehtiyac
var və 2018-2019-cu dərs ili üçün müəllimlərin işə qəbulunda bunlar vakansiyaya
çıxarılmışdır.
Göstərilən
müddət ərzində məktəblərdə 28 min 561 şagird, o cümlədən I-IV siniflərdə 12 min
901, V-IX siniflərdə 12 min 421, X-XI siniflərdə 3 min 239 şagird təhsil almışdır.
Keçən dərs ilində məktəblərdə fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına
1556 nəfər beşyaşlı uşaq cəlb edilmişdir. 2018-2019-cu dərs ilində isə məktəbəhazırlıqla
əlaqədar 1967 nəfər beşyaşlı uşağın təhsilə cəlbi nəzərdə tutulmuşdur.
2018-2019-cu tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyəcək ibtidai sinif
müəllimləri üçün öyrədici təlimlərə başlanılmışdır.
Ötən dərs
ilində Cəlilabadın 10 məktəbində 19 təmayüllü sinif fəaliyyət göstərmişdir. Qarşıdakı
dərs ilində isə 11 məktəbdə 21 təmayül sinfinin fəaliyyəti təşkil ediləcəkdir.
Hazırda məktəblərdə
29 min 437 şagird yeri, o cümlədən ibtidai məktəblərdə 585, ümumi orta məktəblərdə
5 min 536, tam orta məktəblərdə 23 min 336 şagird yeri var. 75 fizika, 34 biologiya,
56 kimya, 55 ana dili və ədəbiyyat, 61 riyaziyyat, 55 tarix, 32 coğrafiya, 13 xarici
dil (linqafon), 8 informatika, 6 çağırışaqədərki hazırlıq kabineti - cəmi 395 fənn
kabineti, 103 laboratoriya fəaliyyət göstərir. Rayonun bütün ümumtəhsil məktəblərində
1480 kompüter mövcuddur.
Ümumtəhsil
məktəblərində 118 kompüter sinfi, 24 tədris emalatxanası, 26 akt zalı, 31 idman
zalı, 7 tir, 860 hektar tədris-təcrübə sahəsi, 535 yerlik 24 bufet, 16 yerlik 1
yeməkxana, 120 kitabxana var. 35 məktəbin binası birtipli layihə əsasında tikilmiş,
55 məktəb uyğunlaşdırılmışdır. 37 məktəb qəzalı və tədris üçün yararsız binalarda
yerləşir. 15 məktəbin su xətti və 11 məktəbin istilik sistemi mövcuddur.
RTŞ-nin sifarişi
əsasında II, IV, VII, VIII və XI siniflər üzrə 130 adda 109 min 894 ədəd dərslik,
49 adda 4 min 164 nüsxə metodik vəsait gətirilib məktəblərə paylanmışdır.
Buraxılış
imtahanlarında IX siniflər üzrə 2 min 250, XI siniflər üzrə isə 1513 şagird iştirak
etmiş və onların hamısı təhsil sənədi almışdır. Şəhər 1 saylı məktəb-lisey, Dövlətalıbəyli,
Günəşli kənd 2 saylı, Kürdlər, Sabirabad kənd 2 saylı, Hacıməmmədli kənd tam orta,
Ətcələr kənd ümumi orta məktəbləri buraxılış imtahanlarında yüksək nəticələr göstərmişdir.
Pedaqoji kadrların
elmi-metodik və ixtisas hazırlığnın səviyyəsini müəyyənləşdirmək məqsədilə 3 min
30 nəfər müəllim Təhsil Nazirliyi tərəfindən keçirilən diaqnostik qiymətləndirmədə
iştirak etmişdir. Builki qəbul imtahanlarında cəlilabadlı gənclər uğurla iştirak
etmişlər.
Rayon təhsil
şöbəsi görüləcək işin daha çox, qarşıdakı vəzifələrin daha böyük olduğunu dərk edir,
nöqsan və problemlərin nədən ibarət olduğunu bilir, Təhsil Nazirliyi və RİH başçısının
rəhbərliyi ilə həmin nöqsanların aradan qaldırılması və problemlərin həlli istiqamətində
lazımi tədbirlər planlaşdırır. Bunların icrası təmin ediləcəkdir.
Seyran CAVADOV,
"Azərbaycan”