14 Oktyabr 2026 09:50
149
Mədəniyyət
A- A+
Can sərrafı yox, söz sərrafı oldu 

Can sərrafı yox, söz sərrafı oldu 


1936-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında Qəmər xanım adlı müğənninin konsertində Mikayıl Müşfiq, Dilbər xanım və dostu Əli də iştirak edirmiş. Başdan-başa al qırmızı geyimdə olan müğənni təkrarsız səsilə salondakıları heyran edir. Müşfiq dostundan bir şeir qoşmasını istəyir. O, aşağıdakı misralarla başlayan şeiri bədahətən deyir:


Həyatın bağçadır, hər yanı bahar,

Hər yanın qırmızı, sanki laləzar,

Səndə təbiətin gözəlliyi var.

Bilmirəm ləlsən, yoxsa gövhərsən,

Qırmızı geyinmiş nə bəxtəvərsən.


Seir Müşfiqin xoşuna gəlir və deyir: "Sən çox fəhmli oğlansan, səndə İmam Əli fəhmi var". Gənc o vaxtdan Əli Fəhmi adı ilə tanınmağa başlayır.

Əli Fəhmi - Əli Ələkbər oğlu Ələkbərov 1919-cu il fevralın 17-də Bakının Sabunçu qəsəbəsində Ələkbər Hacı Gəncəlinin ailəsində dünyaya göz açıb. Elmin müxtəlif sahələrində uğurlara imza atan alimlərimizdən biri kimi tamınmış Əli Fəhmi 56 illik ömür yolunda bugünkü və gələcək nəsillər üçün dəyərli irs qoyub.

Amma valideynləri onun gələcəkdə dini elmlərə vaqif olmasını istəyirdilər. Buna görə də təlim-tərbiyəsi ilə ciddi məşğul olurdular. Əli 1926-cı ildə qəsəbədəki 10 illik məktəbin  birinci sinfinə gedir. Gündəlik dərsləri ilə yanaşı, ərəb və fars dillərini də öyrənir.

Erkən çağlarından ədəbiyyata, poeziyaya marağı onu Mikayıl Müşfiqin təşkil etdiyi ədəbi dram dərnəyinə gətirir. Burada onların  möhkəm dostluğu yaranır. Və bu isti münasibət şairin həbsinə qədər davam edir.

1936-cı ildə orta məktəbi başa vuran Əli Bakı Tibb İnstitutuna qəbul olunur. O, 1941-ci ildə bu ali təhsil ocağını fərqlənmə diplomu ilə bitirərək təyinatla Sabirabada göndərilir. Terapevt-həkim kimi əmək fəaliyyətinə başlayan gənc həkim 1949-cu ilədək rayon hərbi komissarlığında çalışır. O, həkimıliklə bərabər,  rayon mərkəzindəki orta məktəbin X sinfində dil-ədəbiyyat fənnini tədris edir.  Təyinat müddəti başa çatdıqdan sonra - 1949-cu ildə Bakıya dönür, bir neçə il 12 nömrəli poliklinikada baş həkim, tibb bacıları hazırlayan məktəbdə dil-ədəbiyyat müəllimi və tədris hissə müdiri vəzifələrində çalışır.  

Klassik poeziyaya olan hədsiz marağı onu 1952-ci ildə Azərbaycan Dövlət Universitetinə (indi BDU) gətirir.  1957-ci ildə Əli universitetin Azərbaycan ədəbiyyatı və tarixi fakültəsini (qiyabi olaraq) fərqlənmə diplomu ilə başa vurur. İstedad və tədqiqatçılıq bacarığına görə onu  universitetin aspiranturasına qəbul edirlər. Bu ərəfədə professor Feyzulla Qasımzadənin elmi rəhbərliyi ilə "Seyid Əzim Şirvaninin həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası yazır. Lakin həmin mövzu üzərində digər bir aspirantın da işlədiyi bəlli olur. Məsələ ilə bağlı müraciətlərinə baxmayaraq, heç nəyə nail ola bilmir, süründürməçilik onu bezdirir və elmi müdafiəsindən imtina edir.

Azərbaycan mətnşünası və tərcüməçisi Əli Fəhmi klassik  Şərq ədəbiyyatının bilicisi kimi Azərbaycan Dövlət Televiziyası və Radiosunda əruz vəznində yazılan və çətin oxunan əsərlərin məsləhətçisi olur. O, eyni zamanda Azərbaycan Dram Teatrında "Ölülər" pyesinin tamaşaya  hazırlanmasında yaxından iştirak edir.

Ədəbiyyatşünas alim 1961-ci ildən ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş müəllim kimi çalışır. Burada qədim dövr və mətnşünaslıqdan dərs deyir. İ.Nəsimi, M.Füzuli, S.Ə.Şirvani, klassik muğam, habelə xalq musiqisi ilə bağlı qiymətli monoqrafiya və məqalələri elmi ictimaiyyət tərəfindən maraqla qarşılanır. Onun, özündən sonrakı həmkarlarının vurğuladıqlarına görə, "Füzuli yaradıcılığının bəzi poetik xüsusiyyətləri" tədqiqatı hələ də bu mövzuda yazılmış əsərlərin ən mükəmməli hesab olunur.

Şair-qəzəlxan Həkim Qəni (Qəni Hüseynov) Əli Fəhmidən bəhs edərək yazıb: "20 il onunla bir yerdə oturdum-durdum, heç eşitmədim ki, o, eyni sözü təkrar etsin. Əli Fəhmi gözü-könlü tox olaraq dünya malına etina etməyib". Musiqi dünyamızın canlı tarixi adlandırılan Xalq artisti Əlibaba Məmmədov isə mətbuata açıqlamasında bildirib: "Mən qəni-qəni rəhmətlik Əli Fəhmi kimi dahi ilə Əhmədxan müəllimin evində tanış olmuşam Ə.Vahidin sözlərinə yazdığım "Hisar" təsnifinin  adı ilə bağlı ("Hisar" yoxsa,  "Hasar") mübahisə də həmin görüş zamanı olmuşdu. Dövrün elm-bilik, söz-hikmət sərrafı hesab edilən Əli Fəhminin "El arasında "Hisar" deyirlər, qoy elə də qalsın" hökmü məsələni həll etdi".

Əli Fəhmi ADU-da mətnşünaslıqdan dərs deyir, qəzəllərin elmi təhlilini verir, Jurnalistika fakültəsinin tələbələrinə ərəb əlifbasını tədris edirdi. Tanınmış alimin klassiklərimizlə bağlı zəngin biliyindən kinoda, teatrda, televiziya və radioda geniş istifadə olunurdu. Tədqiqatçı-yazar Yeqzar Cəfərli "Əli Fəhmi dünyası" (Bakı, 2010) kitabında alimin araşdırmalarının zəngin məlumatlılığı ilə seçildiyini vurğulayır. Bildirir ki, o, hər hansı bir şair və yazıçı haqqında yazmaq istəyərkən qabaqcadan onun əsərlərini, fəaliyyət göstərdiyi mühiti, hətta doğulduğu təbii şəraiti belə dərindən öyrənirdi.

Əli Fəhminin XX əsrin məşhur aşıq və xanəndəsi kimi tanınan Mirzə Səttar Ərdəbili ilə bağlı məqalələrindən aydın olur ki, onun Tiflisdə nəşr olunan "Kafkaz" qəzetinin materialları haqqında ətraflı bilgisi varmış. Əli Fəhmi hətta  xanəndənin  Seyid Əzimin hansı qəzəlini daha çox  oxumasını da bilib. Tanınmış tarzən Mansur Mansurovun xatirələrinə istinadən yazır ki, Mirzə Səttar Seyid Əzimin qəzəllərini də ən çox  "Rast" və "Humayun" üstündə ifa edib. Daha çox xoşladığı nümunə isə aşağdakı misralarla bitən qəzəli olub:


Olma yarın, Seyyida, cövrü-cəfasından məlul,

Aşiqə cövrü-cəfası dilbərin ehsanıdır.


Tanınmış söz sərrafı Əli Fəhmi 13 mart 1975-ci ildə  Bakıda vəfat edib. 

Məzarı Bülbülə kənd qəbiristanlığındadır.


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ekologiya terrorçusunun COP17 keçirməyə mənəvi haqqı çatmır

10:20
14 Oktyabr

İstanbulda ədəbi-bədii proqram: "Zəfər yolundan türk dünyasına"

10:10
14 Oktyabr

Şirin MƏlikova: "Yeni kitabların nəşrini planlaşdırırıq"

10:00
14 Oktyabr

Can sərrafı yox, söz sərrafı oldu 

09:50
14 Oktyabr

Musiqi aləmində silinməz izlər qoymuş bəstəkar

09:40
14 Oktyabr

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

09:38
14 Oktyabr

Atasının kölgəsinə sığınmadı

09:30
14 Oktyabr

Masallıda və Şirvanda şəhidlərin xatirəsi anılıb

09:20
14 Oktyabr

Müharibənin bitməyən ağrıları - mina təhlükəsi

09:10
14 Oktyabr

ZƏFƏR gündəliyi

09:00
14 Oktyabr

Azərbaycan-Kamboca tərəfdaşlığında yeni səhifə açılır

08:50
14 Oktyabr

ABŞ Konqresinin "erməni hərbi əsirlər" ritorikası siyasi manipulyasiya xarakteri daşıyır

08:45
14 Oktyabr

"44" bədii filmi ilə bağlı mətbuat konfransı təşkil olunub

08:40
14 Oktyabr

Azərbaycanın nəhəng kinematoqrafiya layihələrindən birinin - "44" bədii filminin premyerası olub

08:30
14 Oktyabr

Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun BƏYANATI

08:20
14 Oktyabr

Beynəlxalq sənədlər təsdiq edildi

08:10
14 Oktyabr

Söz sahibinə çevrilən Azərbaycan

08:00
14 Oktyabr

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb

23:01
13 Oktyabr

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

22:34
13 Oktyabr

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib

22:25
13 Oktyabr

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

21:43
13 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!