16 Sentyabr 2023 18:42
669
İQTİSADİYYAT
A- A+

Büdcə gəlirlərinin 34,7 faizi hüquqi şəxslərin mənfəət vergisi hesabına təmin edilib  

 

Cari ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri 18 milyard 766,6 milyon manat, xərcləri isə 17 milyard 620,5 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, büdcənin icrasında yaranmış 1 milyard 146,1 milyon manatlıq profisit ümumi daxili məhsulun 1,6 faizinə bərabər olub.

Daxilolmaların 34,7 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 25,3 faizi əlavə dəyər vergisi, 5,2 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 5,2 faizi fiziki şəxslərin gəlir vergisi, 4,4 faizi aksizlər, 1,2 faizi sadələşdirilmiş vergi, 1,9 faizi vergilərin digər növləri, 22,1 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video