29 Sentyabr 2026 14:03
107
CƏMİYYƏT
A- A+
Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb  

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb  


Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində çimərlik mövsümünün başa çatması ilə əlaqədar media subyektləri üçün brifinq keçirilib.

AZƏRTAC xəbər verir ki, brifinqdə cari ilin ötən dövrü ərzində su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilmiş tədbirlər, həmçinin kiçikhəcmli gəmilərə nəzarət sahəsində görülmüş işlərlə bağlı məlumat verilib, statistik rəqəmlər açıqlanıb.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili bildirib ki, cari ilin ötən dövrü ərzində nazirliyin nəzarət etdiyi çimərlik ərazilərində sudaboğulma halı qeydə alınmayıb.

Təhlillərin nəticəsi olaraq qeyd olunub ki, xilasedicilərin çevik müdaxiləsi nəticəsində cari ilin ötən dövründə su hövzələrində xilas edilənlərin ümumi sayı ötən ilin analoji dövrü ilə müqayisədə 31 faiz artaraq 73 nəfərdən 107 nəfərə yüksəlib. Xüsusilə çimərlik mövsümündə sudaboğulma təhlükəsi ilə üzləşən və xilas edilən şəxslərin sayı 70-dən 97-yə yüksəlib ki, bu da təxminən 39 faiz artım deməkdir.

Araşdırmalar zamanı məlum olub ki, sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərindən istifadə edilməsi nəticəsində baş verib ki, bunun da əsasında küləkli havada və ya sərxoş halda suyagirmə, uşaq və yeniyetmələrin nəzarətsiz buraxılması, o cümlədən xüsusən bölgələrimizdə çay, göl, suvarma kanalları və çimərlik üçün nəzərdə tutulmayan digər su hövzələrindən istifadə olunması kimi hallar dayanır.

Cari ilin ötən dövründə qeyri-sabit hava şəraiti və intensiv yağışlar nəticəsində fərdi yaşayış evlərində və həyətyanı sahələrdə subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş FHN-in xilasediciləri tərəfindən operativ şəkildə təxliyə edilib, 38 nəfərə müvafiq köməklik göstərilib. Qeyd edək ki, 2025-ci ilin analoji dövründə bu rəqəm müvafiq olaraq 170 və 9 olub.

Akşin Əlili, həmçinin deyib ki, cari ilin ötən dövrü ərzində qeyri-çimərlik ərazilərində FHN-in xilasetmə qurumları tərəfindən ümumilikdə 64 nəfərin cəsədi suda tapılaraq çıxarılıb. Qeyd edilən rəqəm ötən ilin analoji dövründə 85 olub ki, bu da təxminən 25 faiz azalma deməkdir. Bu rəqəmləri çimərlik mövsümü üzrə götürsək, cari ilin çimərlik mövsümündə xilasedicilər tərəfindən suda tapılıb çıxarılan cəsədlərin ümumi sayı 59, ötən ilin analoji dövründə 68 olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 13 faiz azalma deməkdir. Burada vacib bir məsələ qeyd edilməlidir ki, göstərilən 59 rəqəmindən yanlız 29-u bilavasitə çimərkən sudaboğulma faktı ilə bağlıdır. Digər halların isə ilkin araşdırmalarla müxtəlif səbəblərdən (ehtiyatsızlıq, balıqçılıq fəaliyyəti və s.) baş verdiyi müəyyən edilib.

Dövlət Xidmətinin rəsmisi brifinqdə kiçikhəcmli gəmilərə nəzarət tədbirləri barədə də məlumat verib. Bildirilib ki, xidmət tərəfindən cari ilin ötən dövrü ərzində 599 ədəd kiçikhəcmli gəmi dövlət qeydiyyatına alınıb, 1671 ədəd kiçikhəcmli gəmi texniki baxışdan keçirilib.

Qeyd olunub ki, kiçikhəcmli gəmi istifadəçiləri gəmilərin təhlükəsiz istismarı qaydalarına ciddi riayət olunmasını diqqətdə saxlamalıdırlar. Belə ki, kiçikhəcmli gəmiləri idarə edən şəxslər səfərə çıxmazdan əvvəl gəminin sazlığını, müəyyən olunmuş normaya uyğun xilasetmə və zəruri avadanlıqlarla təchiz olunmasını təmin etməli, gəminin sərnişin və yükgötürmə qabiliyyəti üzrə məhdudiyyətlərini nəzərə almalı və sərnişinləri gəmidə təhlükəsizlik qaydaları haqqında təlimatlandırmalıdırlar. Həmçinin səfər vaxtı üçün proqnozlaşdırılan hava şəraiti əvvəlcədən öyrənilməli və gəminin üzə biləcəyi maksimal dalğa hündürlüyü və küləyin sürəti nəzərə alınmalıdır. Yadda saxlamaq lazımdır ki, yelkənli və mühərrikli qayıqlar yalnız onların gəmi biletlərində göstərilmiş küləkli və dalğalı hava ilə bağlı məhdudiyyətlərə riayət etməklə istismar oluna bilər.

Dövlət qeydiyyatına alınmayan, texniki baxışdan keçirilməyən və mühərriklə təchiz edilmiş su nəqliyyatı vasitələrini müvafiq idarəetmə hüququnu təsdiq edən sürücülük vəsiqəsi olmadan istismar etməyin qadağan olduğu da diqqətə çatdırılıb.

Brifinqdə media nümayəndələrinin sualları cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

14:23
29 Sentyabr

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

14:09
29 Sentyabr

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb  

14:03
29 Sentyabr

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

14:02
29 Sentyabr

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

13:59
29 Sentyabr

AZAL-ın ixrac gəlirləri açıqlanıb

13:58
29 Sentyabr

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

13:56
29 Sentyabr

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

13:55
29 Sentyabr

376 min reabilitasiya vasitəsi, 9 min nəfər 

13:53
29 Sentyabr

Suya gedib geri dönməyənlər: bu il sulardan 54 nəfərin meyiti çıxarılıb

13:46
29 Sentyabr

Azərbaycan yeni investisiya imkanlarını iqtisadi inkişafın dayanıqlı mənbələrinə çevirir  

13:37
29 Sentyabr

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib  

13:01
29 Sentyabr

“Azərkosmos”un ulduz xəritəsi genişlənir: 17,4 milyon dollarlıq ixrac

12:45
29 Sentyabr

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib

12:22
29 Sentyabr

Bakıda 4 milyon manatdan çox dəyəri olan brilyant qaşlar aşkarlanıb

12:17
29 Sentyabr

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir  

12:08
29 Sentyabr

Vətən müharibəsinin xronikası: 29 sentyabr

12:04
29 Sentyabr

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir  

12:02
29 Sentyabr

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

12:00
29 Sentyabr

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər  

11:46
29 Sentyabr

“ Yaponiya tarixdən dərs çıxarmasa, gələcəyi olmayacaq”

11:35
29 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!